Аннотация
Bakı Dövlət Universiteti Coğrafiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin bülleteni olan "Ekvatordan Qütblərə" elmi-populyar jurnalı 2014-cü ildən etibarən mütəmadi olaraq nəşr olunur. Jurnalda bakalavr və magistrantların elmi araşdırmaları, coğrafiya, yer və təbiət elmlərinə dair maraqlı hadisə və obyektlər barədə müxtəlif məqalələr dərc olunur. Ekvotordan Qütblərə jurnalının növbəti buraxılışını oxuculara təqdim edirik. Jurnalın 2022-ci il buraxılışında 44 günlük Vətən müharibəsi, fakültə qazilərinə göstərilən diqqət və qayğı, müsahibə, planetin "qara qutusu", Mars planeti, NASA-nın tədqiqatları, Bermud üçbucağı, qara dəliklər, numerologiya, "Saxaranın gözü", "Rainbow Mountain", Yellouston Milli Parkı, qadın coğrafiyası, "Sima Humbolt", Oyuncaq və İlan adaları, "Almaz planeti", incəsənət və krossvord da daxil olmaqla peşəkar və həvəskar coğrafiyaçıların marağını cəzb edəcək çox sayda məqalə, şəkil, statistik məlumat, incəsənət nümunələri verilmişdir. Hər bir oxucumuza xoş mütaliələr arzu edirik!
Комментарии к книге "Ekvatordan Qütblərə"