Выбрать главу

Günəşin vərəmli tellərinə qarşı zavallı Bəşir ac uşağının, göç yaşlarına boğulmuş qadınının üzünə dinməz-söyləməz baxırdı. “Ox... bundan sonra bu zavallıların günü nə olacaqdır?” Bəşir utancaq gözlərini bir tərəfə qaçırtdı. Bu aralıq baxışları taxçada qoşa qoyulmuş çəkmələrə ilişdi. Birdən-birə nə isə xatırlayaraq, özünü saxlamayıb hönkürtü ilə ağlamağa başladı...

Ox, səadət nə qədər yaxın idi!..

Lakin...