Выбрать главу

1947-ci ildə Hindistanın bölüşdürülməsi zamanı milyonlarla müsəlman,hindli, sikh yeni formalaşdırılmış sərhəddin yanlış tərəfində qaldılar.Ümumi ölü sayı 500 000-dən 1 milyona qədər hesablanır. 7 milyon müsəlman Pakistana, təxminən eyni qədər də sikh və hindli də Hindistana köçmüşdü. Vəhşilik Pəncabın sıx məskunlaşmış düzənliklərində xüsusən dəhşətli olmuşdur. Köçürülmələr zamanı on minlərlə insan məşəqqətlərə dözməyərək həlak olmuşdu.

Tədqiqatçılar II Dünya Müharibəsindən sonra həmin müharibə zamanı digər xalqlara və millətlərə qarşı amansızcasına genosid siyasətini həyata keçirən almanlara qarşı eyni siyasət həyata keçirildiyini yazırlar. Belə ki, həmin dövrdə 12 milyon, bəzi araşdırmaşılara görə, 14 milyon və daha çox alman birbaşa deportasiya edilmişdir. Bu müasir tarixdə bir etnik qrupun ən böyük köçürülməsi və ya yerdəyişməsi və müharibədən sonrakı Mərkəzi və Şərqi Avropada ən geniş yerdəyişmədir (ümumilikdə 20 milyon adam yerini dəyişib). Zorakılıq aktları ilə yanaşı aclıqdan və xəstəlikdən ölən almanların sayı 500 mindən 2 milyona qədər dəyişir. Xeyli alman əhali ölüm və əmək düşərgələrinə göndərilmişdi. R.C.Rammel hesablayıb ki, Polşada 1 585 000, Çexoslovakiyada 197 000 alman öldürülüb. Bu hadisələr adətən əhali transferi və ya etnik təmizləmə kimi təsnif olunur.

“Filippində ABŞ-ın qısa tarixi" əsərindən görünür ki, 1899-1902-ci illər Filippin-ABŞ müharibəsi və Sakit okean kampaniyası zamanı Birləşmiş Ştatlar tərəfindən başladılmış özünün Sakit okean proqramının tərkib hissəsi olan, bir milyondan çox filippinlinin həyatı bahasına başa gəldiyi iddia olunan əməliyyatlar təşkil edilmiş soyqırımdır. Con M. Geytsin "Filippində müharibə qurbanları" əsərinə görə, Filippində bütün ölənlərin sayı 1,4 milyondan çoxdur.

Böyük Britaniya XVII əsrin ortalarında Yeni Model Ordunu İrlandiyaya göndərdi. Oliver Kromvelin başçılığı ilə yaradılan, sonra digər parlament generallarının komandanlığına keçən Yeni Model Ordu burada etnik təmizləmə aktını həyata keçirdi. Bu siyasət Kromveli simvolizə edən "Cəhənnəmə və ya Konnauta" deyimi ilə ifadə edildi və tarixçilər tərəfindən soyqırım olmasa da, etnik təmizləmə kimi xarakterizə olundu. Böyük irland aclığı illərində İrlandiya yalnız öz 9 milyonluq əhalisini yox, 18 milyon əhaliyə kifayət edəcək qədər ərzaq, kətan, yun istehsal edirdi. Bu baxımdan tarixçilər hesab edirlər ki, aclıq süni olub və yemək qıtlığına əsaslanmayıb, əksinə Britaniya hökuməti irland məhsulunun ixracını təşkil etmək üçün limanları bağlamadı. Con Mitçelin dediyi kimi “Tanrı kartof zərərvericilərini göndərdi, ingilislər isə aclıq yaratdılar”(wikipedia.org/wiki).

İllinoys Universitetinin beynəlxalq hüquq üzrə professoru Frensis A. Boyl 1996-cı il 2 mayda Nyu-Cersi Holokost Təhsili üzrə Komissiyasına rəyində göstərib ki, hökumət zorakılığı SCQACK-nın 2-ci maddəsinin a, b və c bəndlərini pozaraq soyqırım törədib. O qeyd edir ki, "Aydındır ki, İrlandiya kartof aclığı dövründə – 1845-1850-ci illərdə Britaniya hökuməti İrlandiyada ümumi olaraq irland xalqı adlandırılan milli, etnik və irqi qrupun bir hissəsinin məhvinə yönəlmiş böyük aclıq siyasətini həyata keçirmişdir." Hüquq professoru Çarlz E.Rays da 2-ci maddəyə əsaslanaraq oxşar rəy vermişdir ki, hökumət soyqırım törədib. İrlandiya tarixçisi Kormak O’Qrada hesab edir ki, 19-cu əsrin əvvəllərində zəifləmiş 8-9 milyonluq irland xalqı aclıq zamanı emiqrasiya və aclıqdan 4 milyona düşmüşdür.

Soyqırım üzrə tədqiqatçı-alim V.D.Rubinşteyn "Soyqırım" kitabında Kormakla razılaşlaşdığını yazır.

Rusiya çar imperiyası təxminən 100 il Şimali Qafqazın şimal-qərbində çərkəzlərə qarşı onların Qara dəniz sahilindəki daimi mövqelərini ələ keçirmək üçün mübarizə aparıb. Bir çox tarixçilər kimi Antero Leytzinger ilkin olaraq "Turkistan News"da nəşr olunmuş "Çərkəz soyqırımı"adlı məqaləsində yazırdı ki, bu soyqırım 19-cu əsrdə çar Rusiyası tərəfindən çərkəzlərə qarşı törədilmiş, demək olar ki, tamamilə unudulmuş və 19-cu əsrin ən böyük soyqırımı olmuşdur. Təxminən 1-1,5 milyon çərkəz öldürülmüş, çarın əmri ilə müsəlman əhalisinin əksəriyyəti (müsəlman osetinlər və kabardinlər istisna olmaqla) əsasən Osmanlı İmperiyasına deportasiya olunmuş, bu, digər 1,5 milyon çərkəzin sürgün olunmasına səbəb olmuşdur. Bu xalqın 90%-i məhv və ya deportasiya edilmişdir. Çar Rusiyası dövründə azərbaycanlılara, Orta Asiya xalqlarına və digər xalqlara qarşı belə cinayətkar hərəkətlər həyata keçirilmişdir. Belə ki, 1918-1920-ci illər ən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. İrəvan da - azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.

Sovet İttifaqında 1920-ci və 1930-cu illərin əvvəllərində vətəndaş müharibəsi zamanı bolşeviklər Don kazaklarına qarşı soyqırım kampaniyası həyata keçiriblər. Ən real hesabata əsasən 1919-1920-ci illərdə 3 milyon əhalidən 300-500 mini öldürülmüş və sürgün edilmişdir. 1932-33-cü illərdə Sovet aclığı Ukraynaya, Qazaxıstana və Rusiyanın bəzi sıx məskunlaşmış regionlarına təsir etmiş, Ukraynada "Qolodomor" adlandırılmışdır. Hesablamalara görə bütün Rusiyada 10 milyon, o cümlədən Ukraynada 7 milyon, Şimali Qafqazda 1 milyon və digər bölgələrdə daha 1 milyon insan ölmüşdür.

2009-cu ildə Polşa Ukraynadan 1940-cı ildə Sovet NKVD-si tərəfindən 20 min polyak rəsmisinin öldürüldüyü, Polşanın intellektualların, rəsmilərin, mülkədarların və başqalarının bütöv bir sinfindən məhrum edildiyi Xatın kütləvi qətliamının məqsədlərini göstərən sənədləri almışdır.

Rusiyada "Mərcimək əməliyyatı"na 1943-cü ilin 13 oktyabrında təşəbbüs göstərilmişdir – 120 000 nəfər çeçen İnquş Respublikasına körpülər tikmək üçün aparılmış, qalanlar Sibirə sürgün edilmişlər. Əksər hallarda müqavimət qırğınla qarşılanıb. Bütün Şimali Qafqazda 700 000 nəfər öldürülmüşdür. Dalxat Ediyevə görə, 724 297 nəfər, o cümlədən, əksəriyyəti – 412 548 nəfər çeçen, 96 327 nəfər inquş, 104 146 nəfər kalmık, 39 407 nəfər balkar və 71 869 nəfər qaraçay). Sibirin fövqəladə sərt mühitinə dözməyib ölənlər daha çox idi(wikipedia.org/wiki).

M. Hassan Kapar özünün "Sovet müdaxiləsi və əfqan cavabı, 1979-1982" kitabında sovet müdaxiləsini "Ölkə boyu soyqırım" adlandırır və on minlərlə əfqanın öldürüldüyünü yazır.

1994-cü ildə isə Ruandada Avropa dövlətlərinin xeyir-duası ilə 800 000-lik tutsi xalqına divan tutulmuş, insanlar vəhşicəsinə öldürülmüşlər.

Kxmer hakimiyyəti, yaxud daha formal Kampuçiya Kommunist Partiyasının rəhbəri Pol Potun rejimində 1975-1979-cu illərdə həyata keçirilən politisid və genosiddə təxminən 1,5 -3 miyon arasında kambocalı öldüyü hesablanıb.

Ümumiyyətlə, insanlıq adına yaraşmayan, bəşəriyyəti məhvə sürükləyən terror, genosid hallarına qarşı dünya ictimaiyyəti tez cavab verməli, cinayətkarlar cəzalandırılmalıdır. Bunun üçün dünya birliyi əldə olan bütün imkanlardan istifadə etməlidir.

Kitabdakılar

Akif Nağı. Tarix üzrə fəlsəfə doktoru.

Dağlıq Qarabağ münaqişəsinin həllində İslam Həmrəyliyi əsas amil kimi.....................................................................................................................4

Asya Əhmədova. Tədqiqatçı.

Gözü yolda qalan kəndim.................................................................................................................7

Atilla Oral (Türkiyə). Tədqiqatçı.

Nuri Paşa Türk varlığının yükselmesi için çalışan idealist bir Türk aydını................................................................................................................14

Arunas Spraunyus (Litva). Politoloq.

Пытающаяся усидеть на двух геополитических «стульях» Армения и демократические ценности – сочетание несочетаемого..................................................................................................20