Выбрать главу

Otuz ilə yelinlədi, qırx ilə qulunladı.

Xalxa aftafa-ləyən gələndə bizə də sarımsaqdöyən

gələr.

Ev satan qırx gün varlı olar, ev alan qırx gün kasıb.

Keçi öldü, qoturu kəsildi.

İki arvadlı ev zibilli olar.

Yağmasa da guruldayır.

Göy üzünə bulud gəldi, vay sarının halına,

Təknədən əppək qurtardı, vay qaranın halına.

Yüyrək at özünə qamçı vurdurmaz.

Məscid tikilməmiş kor əsasını dirədi.

Əvvəl məscidin içi, sonra çölü.

Fərasətli oğulun papağı şiş durar.

Təmiz gəlin, tarıx gəlin, bir umacağın olsun görək.

Qaynanan ölsün görək.

51

Bir qız ərə gedir, yüz qız yelə.

Soğan kimi acı olma, bal kimi şirin.

İti öldürənə sürüdərlər.

Oynaca ümid olan, ərsiz qalar.

Gündə gedən kül üstə,

Ayda gedən gül üstə.

Gəzən ayağa daş dəyər.

Gəzəyən gəzə bilməz,

Gəzməsə dözə bilməz.

Biz gəlmişik gəlin görməyə,

Gəlin gedib təzək dərməyə.

Kabab iyinə getdim, gördüm eşşək dağlanır.

Qara ağarmaz,

Su qurtarmaz.

Nadiri taxtda görüb, Süleymanı qundaqda.

Yağ-yağnan qaynayar, yarma yenə quru qalar.

Oğlan evi alınca, qız evi ölüncə.

Sağalarsa, həkiməm,

Sağalmasa, mən kiməm ?

Səhər bəzəyi – el bəzəyi,

Günorta bəzəyi – yar bəzəyi,

Axşam bəzəyi – yer təzəyi.

Xaşıl da damarmış.

Cökədən saz da olur, paz da.

Söz sözü gətirər, arşın bezi.

Evin kiçiyi olunca, donuz otaranın böyüyü ol.

Aşı bişirən yağ olar,

Gəlinin üzü ağ olar.

Arvadı əri saxlar,

Pendiri dəri.

Ər eldən gələr, oğul beldən gələr, bəs qardaş hardan

gələr?

Ağam bir xanım aldı,

Davanı satın aldı.

52

Toyun yaraşığı oynamaqdı, ölümün yaraşığı ağlamaq.

Qarğalar mənim toyuğum, yumurtasını ki, görmürəm.

Dəvəni xəlbirlə sulayır.

Yarından ayrılan yeddi il ağlar, elindən ayrılan ölüncə

ağlar.

Yuxu dediyin ölümdü.

Qurddan qorxan qoyun saxlamaz.

Qurd qocalanda köpəyə gülünc gələr.

Axtaran tapar.

Almanı soy ye,

Armudu say ye.

Qoyunun oldu əlli,

Adın oldu bəlli.

Qoyunun oldu yüz,

Süd gölündə üz.

Kasıbın sözü,

Ulğunun közü.

Kələklə gələn, küləklə gedər.

Yağıda olsun, yanımda olsun.

Keçi can hayında, qəssab piy axtarır.

Arpaya qatsan at yeməz, kəpəyə qatsan it.

Qara kişmişi cibə tökərlər, ağ ayranı itə.

Ətin çiyi ət gətirər, xəmirin çiyi dərd gətirər.

Qız deyər: Qarnımı doydur, qora basdır,

Oğlan deyər: Qarnımı doydur, qara basdır.

Armud kaldı, yemək olmur, hər sözü demək olmur.

Düzəldi hər yarağı, qaldı saqqal darağı.

Birənin ya qınını aldın, ya canını.

Təzə girdi bazara,

Köhnə düşdü azara.

Köhnə bazara təzə nırx qoyur.

Yüz dərənin başı bir dağa bağlıdı.

Hər çayın bir dənizə yolu var.

Qoy mənim xoruzum özgə çəpərində banlasın.

53

Bir günün dirisi min ilin ölüsündən yaxşıdı.

İt hürər, karvan keçər,

Yel qayadan nə aparar?

Bağda ərik var idi, salamməlik var idi,

Bağdan ərik qurtardı, salamməlik qurtardı.

Adamın adı çıxınca, canı çıxsın.

Olacağa çarə yoxdu.

Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa

deyərlər.

Ayran duru, çörək quru,

Ağız yara, qanın qara.

Sifarişnən hacı qəbul olunmaz.

Deyir: Dədən acından öldü.

Deyir: Tapdı, yemədi?

Yaxşılığa yamanlıq,

Kor eşşəyə samanlıq.

Dərə xəlvət, tülkü bəy.

Başına kül də sovursan, uca küllükdən sovur.

Bulaq gözünü kor istəməz.

Var adamın gözünü açar.

Dünyanın malı dünyada qalar.

Babam öldüyünü bilsəydim, qulağı dolusu darıya

dəyişərdim.

İnsaf da dinin yarısıdı.

Gözələ baxmaq savabdı.

Sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Qəm qəm gətirər, dəm dəm.

Mus-mus deyincə, birdəfəlik Mustafa de!

Qazan altdan köz,

Adam altdan söz.

Həmişə bayram şənbəyə düşməz.

Çay hər axanda qızıl alma gətirməz.

Ac qulağım,

Dinc qulağım.

54

Soruşan dağlar aşar,

Soruşmayan düzdə çaşar.

Qoç döyüşünə qoç dayanar.

Ayağını nərdivana bir-bir qoy.

Ağzına sığan söz danış.

Baltanı ağaca vurduqca ağac deyər: Canım səndəndi.

Kar dedi: səs gəlir. Kor dedi: odur bax oğru gəlir.

Çolaq dedi: durun qaçaq. Lüt dedi: tərpənməyin,

gələrlər soyundurarlar.

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Aza dedilər: hara gedirsən? Dedi: çoxun yanına.

Paxılın yeri cəhənnəmdi.

Kişi tüpürdüyünü yalamaz.

Beş barmağın beşi də bir olmaz.

Dəmiri isti-isti döyərlər.

Varlıya bəli deyərlər, yoxsula dəli.

Bir tikənin qırx il haqqı var.

Bir tikəni bilməyən min tikəni də bilməz.

Verən əli kəsməzlər.

Kürd qızından belə oğul?

İşi kim görər? – Boynuna düşən.

Dəmiri dəmirlə döyərlər.

Ev yıxanın evi yıxılar.

Acığın dövlətə ziyanı var.

Acda iman olmaz, toxda aman.

Qarğa özünü quş bilər, xəşil özünü aş.

Adam öz evinin ağası da olar, nökəri də.

Dişin ağrıyır çək qurtar, qonşun pisdi köç qurtar, canın

pisdi öl qurtar.

Elin keçdiyi körpüdən sən də keç.

Dəmiri çox döyərsən itilənər, əlini kəsər.

Yaxşılıq elə balığı at dəryaya, balıq bilməsə də Xalıq

bilər.

Dəvə böyüdükcə çulu da böyüyər.

55

Oğru yadına daş salma.

Min xala yığışa, bir ananın yerini verməz.

Balıq başdan iylənər.

Südnən girən sümüknən çıxar.

El dəlisini çölə atmaz.

Görünən kəndə bələdçi lazım deyil.

Eşşəyə gücü çatmır, palanı tapdalayır.

Kim eşşək olsa, biz ona palanıq.

Aranda tutdan olduq,

Dağda qurutdan.

Kor kimdi?- Nabələd.

İlanın ağına da lənət, qarasına da.

Hər işini bab elə,

Görən desin habelə.

Suda boğulan əlini saman çöpünə atar.

Ağac naziklikdən, insan yöğunluqdan.

Atı atın yanına bağlasan, həmrəng olmasa da

həmxasiyyət olar.

Yalançıdan yan qaç.

Məsçidin qapısı açıq olanda nolar, bəs itin həyasına nə

gəlib?

Üz verəndə astar istəyir.

Doğruya zaval yoxdu.

Hər şeyin təzəsi, dostun köhnəsi.

Azacıq aşım,

Ağrımaz başım.

Az işdən çox iş çıxar.

Gecə dərd artıran olar.

Adını çıxart, dəyirmanda dur.

İlanın balası özünə qənimdi.

Əbləh odur dünya üçün qəm yeyə,

Tanrı bilir kim qazana, kim yeyə.

Dünya quyruqdu-yeyənə.

Dünyanın quyruğu uzundu.

56

Bacarana baş qurban.

Qonaq evin gülüdü.

Qonaqsız ev suyu qurumuş dəyirmandı.

Döymə qapımı, döyərlər qapını.

Asta vur,

Usta vur.

Az olsun, yaxşı olsun.

Acda nə var ki, gicə də nə verə?

Mart çıxdı –

Dərd çıxdı.

Özü üçün yatıb, özgələr üçün yuxu görür.