Çox yaşayan çox bilməz, çox gəzən çox bilər.
El gözü sərraf olar.
Quş dənə gələr, milçək qana.
Bala bağır ətidi.
Uzundraz beynamaz,
Xeyrə – şərə yaramaz.
Ərsiz arvad –
Yüyənsiz at.
Taylı tayını tapar.
Taylı tayını tapmasa, günü ax-vayla keçər.
Çətini öyrənənə qədərdi.
Küsülü qardaş, gəl bu yükü çataq, sonra yenə küsünüz
yerində qalsın.
İlan ilandı, torpağı isrifnən yalayır.
Bir dana bir naxırın adını batırar.
Xeyirsöyləməzə dedilər: - Xeyir söylə, gələndə
papağımı sənə verrəm. Dedi: İndidən ver, bəlkə getdin
qayıtmadın.
Pul əl çirkidi.
Ayağını yorğanına görə uzat.
Yetim yarımaz, yarısa da qarımaz.
İştahın çəkməyən xörəyi yemə.
Çıraq dibinə işıq salmaz.
57
Səksən, doxsan –
Bir gün yoxsan.
Gülmə qonşuna,
Gələr başına.
Adam iki dəfə uşaq olar.
İki cürə qoca var: ipək qoca, köpək qoca.
Ağıl yaşda deyil, başdadı.
Toxun acdan nə xəbəri.
Dadanan qudurandan pis olar.
Tamarzıdan al, dadamala ver.
Gözdən tük qapır.
Yumurtadan yun qırxır.
Cavanın beyni qandı.
At alanda cavan, arvad alanda qoca gözünnən bax!
Qoca quyruq yedirdər,
Çavan yumruq.
Dəymə mənə, dəyməyim sənə.
Mənə dəyməyən qurd yüz yaşasın.
Adını eşit, üzünü görmə.
Taqqıltısını eşidərəm, üzünü görmərəm.
Cidanı çuvalda gizlətmək olmaz.
Bundan Fatıya tuman olmaz.
Axmaq köpək qaysavadan pay umar.
İt ulduza hürür.
Çox bilirsən, az danış.
Varlının gözü dar olar.
Kasıb ürəkli olar.
Ağzıma dad, qarnıma vay.
Malın mal olunca, bazarın bazar olsun.
Qurd balası qurd olar.
Siçandan olan çuval dibi kəsər.
Boğaz boydan aşağıdı.
Biri yeyər, biri baxar, Qiyamət onda qopar.
Bala baldan şirindi.
58
Könlü balıq istəyən quyruğunu buzlu suya qoyar.
At mıxını qopardanda bir yerə vurar, beş də özünə.
Toy da olsa toyuğun yasıdı, yas da olsa.
Qaz vur, qazan doldur.
Bu dünya belə gəlib, belə də gedəcək.
Olan oldu, torba doldu.
Pəh – pəhlə plov olmaz, yağ ilə düyü gərək.
Özgə atına minən tez düşər.
Özgə danası bağlayanın çatısı əlində qalar.
Özgə özgənin itini hololo bayatıynan çağırar.
Özgənin sözünü özgəyə deməyə nə var.
At özgənin, it özgənin.
Ev oğrusunu tutmaq olmaz.
Tək əldən səs çıxmaz.
Nə yoğurdu, nə yapdı,
Hazırca kökə tapdı.
Əl əldən üstün olar.
Əl ələ hökm edər.
Mollanın qarnı beşdi, biri həmişə boşdu.
Çeynənən saqqız çürüyər.
Yetmişində öyrənən gorunda çalar.
İşləməyən dişləməz.
Hər saatın bir hökmü var.
Hərə bir tük versə, kosa da saqqalı olar.
Asta qaçan namərddi.
Gördün yemək,
Ta nə demək?
İlan vuran ala çatıdan qorxar.
Süddən ağzım elə yanıb, qatıqdan da qorxuram.
Aftafa görməyən xorruyar.
Dünya gör-götür dünyasıdı.
Qulaq hər gün təzə bir söz eşitməsə, düz bir qarış
uzanar.
Oğrudan oğruya halaldı.
59
Yağışdan çıxdıq, yağmura düşdük.
Gözü ilə görən mən, xəbər verən sən?
Əsil dost qardaşdan irəlidi.
Dost min olsa azdı, düşmən bir olsa çox.
Borc qaldıqca balalar.
İlanın dili,
Dəvənin kini.
Yanmayan yerdən tüstü çıxmaz.
Qonağın ruzusu özündən qabaq gələr.
Yoxdan Allah da bezardı, bəndə də.
Zərərin yarısından qayıtmaq özü də igidlikdi.
Quru süfrəyə dua olmaz.
Allah heç kəsin əvvəlini əziz, axırını ucuz eləməsin.
Allah adamı sonku ayıbından saxlasın.
Bir gün duz yediyin yerə düz qırx gün salam ver.
Hərənin öz örüşü özünə xoş gələr.
Ağac bar gətirəndə başını aşağı əyər.
Bar gətirən ağaca balta çalmazlar.
Su sudu, o da bir yerdə duranda iylənər.
Axar su murdar götürməz.
Su aydınlıqdı.
Qanı qannan yumazlar, qanı suynan yuyarlar.
Bu ilki sərçə bildirki sərçəyə cik-cik öyrədir.
Siçan olmamış çuval dibi kəsir.
Belə qorxursan pişikdən,
Niyə çıxırsan deşikdən ?
Borclunun dili gödək olar.
Andına inanım, ya qoltuğundakı xoruza ?
İtnən yoldaşlıq elə, ağacını yerə qoyma.
Tumanının balağını möhkəm tut, qonşunu oğru görmə.
Verdin – adındı,
Yedin – dadındı,
Saxladın – yadındı.
Keçən günə gün çatmaz.
60
Hərə öz keçəlini özü yaxşı qaşıyar.
Hər kəs öz ölüsünü oxşar.
Qonşuya ümid olan şamsız qalar.
Dəvə nə qədər arıq olsa, dərisi bir eşşəyə yükdü.
Suda boğulan saman çöpünə əl atar.
Qozbeli qəbir düzəldər.
Su meymunun xirtdəyinə qalxanda balasını ayağının
altına qoyar.
Meymun baxar güzgüyə,
Adını qoyar özgəyə.
Yıxılana balta çalan çox olar.
Yüyürən yıxılana baxmaz.
Min dərd varsa, minbir də dərman var.
Milçək şirəyə qonar.
Toyuğun uçuşu zibilliyə qədər olar.
Başın girməyən yerə bədənini soxma.
Şirin dil ilanı yuvasından çıxardar.
Yetimin ahı yerdə qalmaz.
Yetimə can – can deyən çox olar, çörək verən az.
Qaz vur, qazan doldur.
Suyun lal axanı,
Adamın yerə baxanı.
Vur demək, özü vurmaqdı.
Görənnən gördürən yarıdı.
İt itnən boğuşdu,
Yolçuya girəvə düşdü.
Əli aşından da oldu, Vəli aşından da.
Dünya beş gündü, beşi də qara.
Yüz fikir bir borcu ödəməz.
Borclu borclunun sağlığını istər.
Qara sudan qaymaq tutur.
Acıqlandın, yüzə kimi say.
Acığın tutdu, bir parç su iç.
Çobanın könlü olsa, təkədən pendir tutar.
61
El atan daşı qaldırmaq olmaz.
Elin yumruğu ağır olar.
Koxanı gör, kəndi çap.
Bir kəndin koxası mürdəşir ola,
Heç olar ki, orda xeyir iş ola.
Asta gedən çox gedər.
Torpağı daşdı yerdən,
Qızı qardaşdı yerdən.
Qorx payızdan, qabağından qış gəlir,
Qorxma qışdan, qabağından yaz gəlir.
Qışın günü adamı isitməz.
Qorxulu baş salamat olar.
İtin qulağını kəssən, beşi deyər uzundu, beşi deyər
gödəkdi.
Xain xoflu olar.
İçdin üzüm suyunu,
Tökdün üzün suyunu.
Gah lələ şələni minər,
Gah şələ lələni.
Ay var bir günə dəyməz,
Gün var, min ayə dəyər.
Bir gördün yoldaş, iki gördün qardaş.
Təzə bardaq suyu sərin olar.
Təzə süpürgə yaxşı süpürər.
Dedilər: Əzrayıl oğul paylayır.
Dedi: Özününkü özünün olsun, mənimkinə dəyməsin.
Cücəni payızda sayarlar.
Söz son gülənindir.
Kiminin əvvəli, kiminin axırı.
Sən saydığını say, gör fələk nə sayır ?
Nə əkərsən, onu da biçərsən.
Nə tökərsən aşına, o da çıxar qaşığına.
Topal xoruz olmamış sabah açılmırdı ?
Dədən olmamış anan kimnən yatırdı ?
62
Hər dərdin dərmanı var, axtarıb tapan gərək.
Dərd verən dərmanını da verər.