Biri ölməsə, biri dirilməz.
Diriyə dirrik gərəkdi.
Zərb zəyərəkdən yağ çıxardar.
Hər oxuyan Molla Pənah olmaz.
Abad kənd tüstüsündən bilinər.
Abad kənd kalafasından tanınar.
Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər.
Qum göyərəndə, eşşəyin quyruğu uzananda.
Eşşəyin buynuzu çıxmayıb.
Düz əyrini kəsər.
Məclisdə yerini bil. Deməsinlər dur burdan.
Gücün çatan işdən yapış.
Ölünü qoyub dirini ağlamazlar.
Keçinin qoturu bulağın gözündən içər.
Qaçanı qovmazlar.
Palaza bürün,
Elnən sürün.
Əlim daş altdadı?!
Quyruğu qapı arasında qalıb.
Eşşəyin körpüdən keçdi?
İndi gəl bu kolu körpüdən keçirt.
Hərcayı sözün mərcayı cavabı olar.
Toyuq qaz yerişi yeriməz.
Ördək qaz yerişi yerimək istədi, öz yerişini də itirdi.
İgid ölər, adı qalar.
Lələ köçüb, yurdu qan ağlayır.
Əslini danan haramzadadı.
Ot kökü üstə bitər.
Elindən ayrılanı qurd yeyər.
Danışıq dananı qurda verər.
Gücünə bax, şələni bağla.
Hirs gələr göz qaralar, hirs gedər üz.
63
Allah bu gözü o gözə möhtac eləməsin!
Allah sağ gözü sol gözə möhtac eləməsin!
Allah sağ əli sol ələ möhtac eləməsin!
Allah hamının gözünü öz ocağında eləsin!
Bu evin işığı o evə düşməz.
Çıraq dibinə işıq salmaz.
Söymə nökər atamı, söyməyim bəy atanı.
Dəymə mənə, dəyməyim sənə.
Dədənnən dədəmi deyincə, özünnən özümü de!
At almamış nal alır.
Dalaşanda barışmağa üz saxla!
Son sözünü əvvəl demə!
Yeməkdən ümid yaxşıdı.
Adamınkı Allahdan üzülməsin!
Sonalayan sonda qalar.
Eybi çəkər eybəcər,
Dərdi çəkər dərdəcər.
Aclıq adama hər oyun öyrədir.
Ayının yüz oyunu bir armudun başındadı.
Armudun yaxşısını meşədə ayı yeyər.
Dəvə gördünmü? – İzini də görmədim.
Dəlləkliyi başımızda öyrəndi.
Kürəyi yayda al, orağı qışda.
Fürsəti fota vermək axmaqlıqdı.
Mən dəvəsi ölmüş ərəbəm.
Dövlətdə dəvə,
Külfətdə nəvə.
Ərəb nədi,
Corab nədi?!
Bazara girdin, gördün gözüqıpıq, sən də ol gözüqıpıq.
Qorxan gözə çöp düşər.
Çöp altda dəyirman tikir.
Dəyirman bildiyini eyləyir, çax-çax başını ağrıdır.
Yalanı dəyirmanda danışsan yaxşıdı.
64
Evdə dingnən dəyirmandan başqa hər şey olar.
Yüz ilin eşşəyidi, dəyirmanın yolunu bilmir.
Eşşək palçığa bir dəfə batar.
Eşşəyə dedilər mərifətini göstər, getdi samanlıqda
ağnadı.
Eşşək anqırar, tayını tapar.
Keçəl dərman bilsə, öz başına yaxar.
Keçəlin dərdi-başı,
Bir qazan ayran aşı.
Ağıl ağıldan üstündü.
O dağa yağdı qar, bu dağı yıxdı xəbər.
Ağır otur, batman gəl.
Qoyunu qoyun ayağından, keçini keçi.
Utananın oğlu olmaz.
Utanmağın da öz yeri var.
Şapalaqnan üz qızardıram.
İnsan dilindən bağlanar, heyvan belindən.
İçim özümü yandırır, çölüm özgəni.
Kor nə istər ?
- İki göz:
Biri əyri,
Biri düz.
Acıqlı başda ağıl olmaz.
At igidin qardaşıdı.
Vuran igid dədəsinə baxmaz.
Çağrılan yerə ar eləmə,
Çağrılmayan yeri dar eləmə.
Vaxtsız qonaq öz kisəsindən yeyər.
Qonağı qovmazlar, altındakı palazı çəkərlər.
Qonaq qonağı istəməz,
Ev yiyəsi heç birini.
Avara qonaq ev yiyəsini də avara elər.
Gəlin ayağa durdu, başlı başını saxlasın.
65
Qərib itin quyruğu qıçının arasında olar.
Özgəyə quyu qazan özü düşər.
Düzə zaval yoxdu.
Qazan dedi: dibim qızıldı,
Çömçə dedi: bulanıb çıxmışam.
Yalançının şahidi yanında olar.
Haqq öz yerini tapacaq.
Doğru qapıdan gələndə, yalan bacadan qaçar.
Məndən sənə öyüd,
Öz dənini özün üyüt.
Şərti şumda kəsək, xırmanda yabalaşmayaq.
Haray bəri başdan.
Yüz mamaça yığılsa, güc doğanındı.
Sağlığında Kor Fatı, öləndə badamgözlü.
Üzünə bax, halını xəbər al.
Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı.
Qara məni basınca, mən qaranı basım.
Ehtiyat igidin yaraşığıdı.
Ehtiyatlı igidin anası ağlamaz.
İgidin – igiddən nəyi artıqdır? Bir ehtiyatı.
İşi hacatnan görərlər, höcətnən yox.
Pis qonşu adamı hacatlı elər.
Qəbrə girən ölü geri qayıtmaz.
Qara gün adamı tez qocaldar.
Saç ürəkdən su içər.
Ağ gün adamı ağardar, qara gün qaraldar.
Ağacı öz içindən qurd yeyər.
Qonşunu iki inəkli istə ki, sən də bir inəkli olasan.
Barlı ağaca daş atan çox olar.
Bal tutan barmaq yalar.
Qız ağacı –
Qoz ağacı.
Gül tikansız olmaz.
Arvad bənnadır, kişi fəhlə.
66
Qonşu qonşuya baxar,
Canını oda yaxar.
Verən əli kəsməzlər.
Loxma dediyin boğmadı.
Bir tikə bir dağ aşırar.
Bir əli oddu, bir əli su.
Əl tutmaq Əlidən qalıb.
İynəynən gor qazır.
Çörəyi daşdan çıxır.
Kirpiyinnən od götürüb.
Kar nə bilir taqqıltı hardan gəlir.
Hoha var dağa mindirər,
Hoha var dağdan endirər.
Səhvsiz insan olmaz.
Varını verən utanmaz.
Kasıbın olanından.
Sanılı qozdu.
Ac qılınca çapar.
Bir atım barıtı var.
Gəlmişdi saqqal dalınca, bığı da qoydu getdi.
Gəlmişdi bay olmağa, yal-quyruğunu da qırxdılar, day
oldu.
Qaş qayırdığı yerdə vurdu gözünü də tökdü.
Ölünü öz xoşuna qoysan, kəfəni bulayar.
Özünə rəva görmədiyini başqasına da rəva görmə.
Hərə öz arşını ilə ölçür.
Hərə közü öz qabağına çəkər.
Dost gəlişi bayram olar.
Malyeməzin malını yeyərlər.
Xəsisin malı arvadın sonku ərinə qalar.
Yer oturanın,
Söz götürənin.
Ərlə arvadın torpağı bir yerdən götürülüb.
Gəlin ocaqlığa.
67
Karın könlündəki.
Hərə öz şəhərindən xəbər verər.
Ölüm atı yüyrək olar.
Ölən inək südlü olar.
İştah diş altdadı.
Dişnən dodaq arsızdı.
Boğaz boydan aşağıdı.
Aclıq bir il gedər, töhmət min il.
Özü yıxılan ağlamaz.
Ölənlə ölmək olmaz.
İtdən bir əppək borc alıb.
Milçəkdən fil düzəldir.
Milçək özü bir şey deyil, könül bulandırır.
Dəliyə hel ver, əlinə bel ver.
Dəliyə hər gün bayramdı.
Dəli dəliyə qoşulub, dəyənək göydən yağır.
Ağıllı fikirləşincə, dəli vurdu çayı keçdi.
Bir dəli bir quyuya bir daş atdı, yüz ağıllı yığıldı,
çıxardammadı.
Toy gedər, tövlə qalar.
Cavanlıqda daş daşı,
Qocalıqda ye aşı.
Yetimin əli aşa çatanda, başı daşa çatar.
Anlayanın quluyam, anlamazın ağası.
Ağası Gülüm olanın başına külüm olar.
Hamı hamıynan olanda, keçəl də papağınnandı.
Dəlini yüz öyrət, yenə öz bildiyini elər.
Qanana da qurban olum, qanmaza da. Dad yarımçıq
əlindən.
Dəli öz xeyrini -şərini bilsə, niyə adına dəli deyirlər.