İt ola –
Küt ola.
İlanın ağına da lənət, qarasına da.
Lalın dilini nənəsi bilər.
Ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
Xəstə tələsər, armud vaxtında dəyər.
Hər işin öz vaxtı var.
Hər şey vaxta baxar, vaxt heç nəyə baxmaz.
Söz vaxtına çəkər.
Yara yetişəndə deşilər.
Balını yadlar yeyir, mən çəkirəm bəlasın.
Ağlamağın dalı gülməkdi.
Yaman günün ömrü az olar.
Tülkü tülkülüyünü sübut eləyincə, dərisi boğazından
çıxar.
Su suyu tapar, su da çuxuru.
Kor kora lağ eləməsə, bağrı çatlayar.
Kor atın kor da nalbəndi olar.
Dost adamın eybini üzünə deyər.
Bəla gələndə «gəlirəm» deməz.
Nə altda undu, nə üstdə kəpək.
Nə ətdi, nə balıq.
Nə yardan doyur,
Nə əldən qoyur.
İnsafsız ağa,
Yağmursuz hava.
Var əli kərəm əli,
Yox əli vərəm əli.
Utanırsan üzünə ələk tut.
Ərindiyindən erməniyə ər deyir.
Xətir ucundan xəstə yatır.
Sən ağa, mən ağa,
İnəkləri kim sağa?!
75
Qızsız ana -
Duzsuz ana.
Heç kəs öz ayranına turş deməz.
Hərənin qarğası özünə qırğıdı.
İtin qursağı yağ götürməz.
İt itin ayağını basmaz.
At ölüb, itin bayramıdı.
Fərli cücə yumurtadan cikkildər.
Buğda yeyib cənnətdən çıxıb.
Qarnım üçün demirəm, qədrim üçün deyirəm.
Acam - quyruq acıyam, bağır-öfkə acı deyiləm.
Sirr sirri açar,
Kir kiri.
Sirri demə dostuna, dostunun da dosu var.
Məni aparan suya Araz deyərəm.
Keçmə namərd körpüsündən,
Qoy aparsın sel səni.
Yatma, tülkü kölgəsində,
Qoy yesin aslan səni.
Mərd ilə daş daşı, namərd ilə bal yemə.
Çox yemək adamı az yeməkdən də qoyar.
Həvəsdi - bəsdi,
Gilasdı – bəsdi.
İt harava kölgəsində yatar, elə bilər öz kölgəsidi.
Ağa deyir: Sür dərəyə!
Sür dərəyə.
Elçiyə zaval yoxdu.
Anası çıxan ağacı balası budaq-budaq gəzər.
Alim olmaq asandı, adam olmaq çətin.
Tanrı böyük, altı gen.
Dünya xali deyil.
Oğru tülküdən şir olmaz.
Aslanın erkəyi-dişisi olmaz.
Uzunsaçlının ahı yerdə qalmaz.
76
Uzunun ağlı topuğundadı.
Andın iki başı var.
Gec gələr, güc gələr.
Yeməyə də kömək, işləməyə də.
İşləməyən dişləməz.
Dost adımı ansın, bir çürük qoznan.
Yarın yara sovqatı
Bir dəstə bulaq otu.
Ara sözü ev yıxar.
Pıçı – pıçı ev yıxar.
Çomağın iki başı var.
Adam tüpürdüyünü yalamaz.
İlan yerisin, balası dalınca.
İlanı görənə lənət,
Görüb öldürməyənə lənət,
Öldürüb basdırmayana lənət.
İlan ulduz görməsə, ölməz.
Hörmət hörmətə bağlıdı.
Dəvə nə qədər arıq olsa, dərisi sarvana yükdü.
Qız yükü, duz yükü.
Bu günün işini sabaha qoyma.
Əldən qalan əlli il qalar.
Göz haqdı, qulaq nahaq.
Əl mərd olar, göz namərd.
Günü günə satma.
Hər günün öz hökmü var.
Söz vaxtına çəkər.
Ağıllı deyər: bu gün işlərəm, sabah oynaram,
Tənbəl deyər: bu gün oynaram, sabah işlərəm.
Əmanətə xəyanət yoxdu.
Borclu boclunun sağlığını istər.
Öyündə yoxdu urvalıq,
Könlündən keçir darğalıq.
Sənətkar günortaya kimi ac qalar.
77
Qızını döyməyən dizini döyər.
Göz gördüyündən qorxar.
Uşaq gördüyünü götürər.
Aşıq gördüyünü çağırar.
Nahaq qan yerdə qalmaz.
Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq nər kişinin işidir.
İtə arpa atır, ata sümük.
Xalam bildi, aləm bildi.
Oğul dayıya çəkər.
Tamahkarı yalançı aldadar.
Anasına bax qızını,
Qırağına bax bezini.
Qorxan gözə çöp düşər.
Qorx qorxmazdan, utan utanmazdan.
İş tərs gətirəndə burnun suyu gözə damar.
Hacdan gələn mən, xəbər verən sən.
İki qoçun başı bir qazanda qaynamaz.
Bir dərədə iki axsaq ceyran olmaz.
Əl əli yuyar, əl də üzü.
Südlü aş yaxşı şeydi, bir gün sizdə, bir gün bizdə.
İgid odur atdan düşə atlana,
İgid odur hər əzaba qatlana.
Qardaş adamın təkcə ölümünü istəməz.
Qarın qardaşdan irəlidi.
Yaxşı gündə yad yaxşı, yaman gündə vay qardaş.
Ayrı qardaş – yad qonşu.
Qarı düşmən dost olmaz.
Ədəbi kimdən öyrəndin?
- Ədəbsizdən.
Artıq tamah daş yarar,
Daş qayıdıb baş yarar.
Başına gələn başmaqçı olar.
Gözünlə görmədiyinə inanma.
78
Bir görmək iki eşitməkdən yaxşıdı.
Gözün ağını başa qaxarlar.
Dinsizin öhdəsindən imansız gələr.
Allahsız yerdə otur, böyüksüz yerdə oturma.
Ac toyuq yuxusunda darı görər.
Analı qızın özü böyüyər,
Anasız qızın sözü.
Qız qızıl qırığıdı.
Qızın oldu, qırmızı donunu soyun qoy.
Ağladan yanında otur, güldürən yanında oturma.
Yüz ölç, bir biç.
Məsləhətli don gen olar.
Sonrakı peşmançılıq fayda verməz.
Daldan atılan daş topuğa dəyər.
Əlinnən qoyan Allahdan irəlidi.
Ağzımı yandıran aş olsun,
Başımı yaran daş olsun!
Ağ olsun, bez olsun,
Əynimdəki təzə olsun.
Suçıxmaz arxa cuvar oldum.
Görək xəlbir sudan nə çıxardır.
Sən gedən yolu getmişəm də, qayıtmışam da.
Duza gedir.
Dişsizin yağısıdı.
Tanrısına təpik atır.
Şadlığına şitlik eləyir.
Cəhənnəmə gedən özünə yoldaş axtarır.
Dovşana qaç deyir, tazıya tut.
Dovşan balasına üçcə gün süd verər.
Dil yanılar, düzünü deyər.
Dolunu yeyib, boşa bir təpik vurur.
A qızım, sənə deyirəm, a gəlnim, sən eşit.
Qalan işə qar yağar.
Tutulan işdən gül iyi gələr.
79
Bir gözü Aydadı, bir gözü çayda.
Fikri dağdan alma-armud dərir.
Dadanan qudurandan pis olar.
Dadanmışdın duzlu dolmaya, o da bir gün olmaya.
Başımı yarıb ətəyimə qoz tökür.
Bal tutan barmaq yalar.
Çömçə tutan bizə tərəfdi.
Tamarzıdan al, dadamala ver.
Baxmaqla öyrənmək olsaydı, sallaqxanadakı itlər
hamısı qəssab olardı.
Hər keçəlin baxtı bir olmaz.
Keçəl suya getməz.
Qismətdən artıq yemək olmaz.
Elini hürküt, axsağından yapış.
Verən Allahdı.
Atalar üçətən deyib.
İgid basdığını kəsməz.
Qaranı qaraya tutmazlar.
Allahdan qorxmayan kafirdi.
Deyirəm xüdüməm; deyir neçə oğlun var, neçə qızın?
Pazı paznan çıxardarlar.
Yağın şora ziyanı yoxdu.
İtə qoşulan it damına düşər.
Qızın vətəni olmaz.
Belimizə qara yun bağladı.
Kor canavarınkını Allah yuvasında yetirər.
Qaraquş sümüyü ölçür, sonra udur.
Qurd tutduğunu bilər,
Udduğunu bilməz.
Ayağıma yer eləyim,
Gör sənə neyləyim.
Elə yerdən yıxılım, heç haram ağrımasın.
Düşməni ocaq başında tanı.
80
Hay-hayı gedib, vay-vayı qalıb.
Arını bilməyən itinin adını Gümüş qoyar.