Выбрать главу

Bərkdə əli yoxdu.

Yel əsib, qoz tökülüb.

Gördüyündən göz kirəsi istəyir.

Uzaq yerin döymənci holalıynan gələr.

Yayın yağıntısı,

Qışın yığıntısı.

Ağacnan daşın nə yoldaşdığı.

Qonşudan gələnnən öynə olmaz, o da vaxtlı-vaxtında.

Camışınan gəzən dananı qurd yeyər.

Tez durannan tez öyrənən xeyir tapar.

Anasına bax qızını,

Torbasına bax duzunu.

Oğlan öyündə heç nə yoxdu. Qız öyündə dıqqır-

duqqurdu.

Doğruluq – dost qalası. Dolan gəl, öz öyündü.

Qohum qohumunan dalaşdı,

Əbləh ona yanaşdı.

Acnan danışan əcəlinnən danışır.

Qonağı abırınan qarşılayar, ağılınan yola salar.

Kotan nə bilir, qaraqayış nə çəkir.

Yaxşı gündə yad qonşu,

Yaman gündə gəl, qardaş.

Toy bəysiz, gəlin yengəsiz.

Su özünə yol eylər.

Bayquş xaraba sevər.

Ata doğrayıb, bala yeyər.

Qardaşa baxarlar, bacısını alarlar.

El dəlisini çölə atmaz.

Pulu pul qazanar.

Sabun qara palazı ağartmaz.

Dədə yanında ədəb olar, gədə yanında əda.

Qoç quzu ikən quyruq tutar.

81

Yoğun yortar, nazik artar.

Tatı tamarzı görüb əlinə bağır-öfkə uzadır.

Heç kəs anasının qarnında öyrənmir.

Ayağı pilləkənə bir-bir qoyarlar.

Nə qədər çox bilsən, yenə bir az biləndən soruş.

Ağıl ağıldan ustündü.

Vara yox deyənin varı yoxa çıxar.

Dişindəkini dırnağına salma.

Ağacdan maşa olmaz,

Arvaddan paşa.

Yatan öküz yük götürməz.

Unu ələkdən,

Xəmiri biləkdən.

Yara yiyəsini ağrıdar.

Bəhməzi kupdən,

Arvadı kökdən.

Çıxmayan cana ümid çoxdu.

MÖVSÜM-MƏRASİM NƏĞMƏLƏRİ

82

ÜZƏRLİK YANDIRMA MƏRASİMİ

Ta qədimlərdən bu günə kimi yaşamaqda olan üzərlik

yandırma mərasimi pis gözdən, bədnəzərdən qorunmaq

üçün təsirli vasitələrdən biri sayılır. Mərasimdə istifadə

olunan üzərlik yalnız insan nəfsi toxunmayan, yəni xoruz

səsi eşitməyən yerdən yığılıb qurudulmalıdır. Üzərliklə

birlikdə çox zaman soğan, sarımsaq qabığı da yandırılır.

Həmin tüstünü nəzər toxunmuş adama iylədir və oxuyurlar:

Üzərliksən, havasan,

Hər dərdlərə davasan,

Pis gözlərə yavasan.

Üzərliyim çartlasın,

Yaman gözlər pırtlasın.

Bu nəğmədən sonra üzərlik çıtlayırsa, bəd rühlar,

bədnəzərin nəfsi evdən qovulur. Göz dəymiş adam üç dəfə

yanan üzərliyin üstündən keçirdikdən sonra mərasim sona

çatır.

YAĞIŞI KƏSMƏK

Yağış həddindən çox yağıb kəsilmək bilməyəndə

insanlar qorxuya düşür. Onda anasının ilki olan uşaq mis

qazan götürüb daşla döyəcliyir, özü də belə oxuyur:

Mən anamın ilkiyəm,

Ağzıqara tülküyəm,

Mən kəsirəm,

Sən də kəs!

DUZ YANDIRMA MƏRASİMİ

83

Duz yandırma da üzərlik yandırma törəni kimi icra

olunur. Göz dəyən adamın başına bir çimdik duz hərləyib,

gözü dəyməcəli adamların adlarını çəkə-çəkə ocağa atır və

oxuyurlar:

Bir ovuc duz,

Ocaqda qız!

Yanıb kül olsun

Balama dəyən göz.

XIDIR ELLƏZ

Xıdır Nəbi bayramına Xıdır Elləz də deyirlər. Kiçik

çillədən on gün keçmiş ev adamlarının sayına görə palıd

çubuğu kəsirlər. Çubuqların başına pambıq doluyurlar.

Sonra duğda doldurulmuş məcməyinin içinə sancırlar.

Qaranlıq otağın bir küncünə qoyub pambığı yandırırlar.

Sübh tezdən baxırlar ki, buğdanın üstündə at nalının izi var.

Bu, Xıdır Elləzin atının izidir. O gecə Xıdır peyğəmbər hər

qapıdan öz payını götürüb gedər.

XIDIR NƏBİ

Xıdır Nəbi bayramında uşaqlar hansı evə torba atsalar

xorla oxuyarmışlar:

Xıdır Nəbi, Xıdır Elləz,

Bitdi çiçək, oldu yaz.

Mən Xıdırın quluyam,

Boz atının çuluyam.

Xıdır gəldi hayınan,

Bir qaraca dayınan,

84

Qara day palçığa batdı,

Xıdır yanında yatdı.

Çatma-çatmaya,

Çatma yerə batmaya.

Kim Xıdırın payın verməsə,

Əri yanında yatmaya.

HOLAVARLAR

İranadakı1 boz öküz,

Qoparıbdı toz öküz.

Alıb yerin canını,

Çıxsın yaman göz, öküz.

Dağların enişi var,

Diki var, enişi var,

Cütə gedən öküzün

Özünün yerişi var.

Kotanın xodakları,2

Partlayıb dodaqları.

Qarğayın kotan sınsın,

Dincəlsin xodakları.

Öküzlər qoşa getdi,

Güc vurdu daşa getdi,

Cütün macı3 qırıldı,

Zəhmətim boşa getdi.

1 İrana – cütün açdığı şırım

2 Xodak – kotanın hissəsi

3 Mac – cütün hissəsi

Öküzüm gedər başdan-başa

85

Kotanını qoşaram qoşa,

Holal ho yeri, ho yeri.

Yaxşı ək, qoy buğda bitsin,

Düşmənlərin dönsün daşa.

Halal ho yeri, ho yeri.

Öküz, boynunu yağlaram,

Boyunduruğun bağlaram,

Holal ho yeri, ho yeri,

Öküzüm, sən xərəyə çəkməsən,

Səni gözüm üstə saxlaram,

Holal ho yeri, ho yeri,

Holal ho yeri, ho yeri.

SAYAÇI SÖZLƏRİ

Tut qoyunun belini,

Ələ gəlmir yelini.

Bir doyunca görəydim

Onu sağan gəlini.

Saya yaxşı sayadı,

Yeri-yurdu qayadı.

Onun gözəl sözləri

Yatanları oyadır.

Təkəmə bir tay gətir,

Tikələri say gətir.

Təkəni tez yola sal,

Özünə bir tay gətir.

Yaxşı adam çox yaşar,

86

Vay pisidir öləndə.

Kül təkənin başına,

Qaynanası öpəndə

Qoyunum, ağ qoyunum,

Dərisi yağ qoyunum.

Mən öləndə istərəm

Qalasan sağ qoyunum.

Ala kərə, tayın gördüm,

Özünü görmək istərəm,

Qara kürə özüm gördüm,

Tayını görmək istərəm.

Nənəm qoyunun ağı,

Gedir dolanır dağı.

Qızlara cehiz ağı,

Uşağa bələk bağı.

Qarı tutanda yağı,

Gəlin yeyir qaymağı.

Nənəm sarıbaş qoyun,

Qarlı dağlar aş qoyun.

Yağından plov olar,

Quyruğundan aş, qoyun.

87

OVSUNLAR

QURDAĞZI BAĞLAMA

Qulfu qulfu,

Allah qulfu.

Qulfu

Süleyman Allah qulfu.

Qulfunu götdüm əlimə,

Adını gətdim dilimə.

Dörd yanın hasar olsun,

Hasarın müxtəsər olsun.

Ovsunun sözlərini arada fışqırıq çalmaq şərti ilə bir

nəfəsə üç dəfə təkrar etmək lazımdır. Onda qurdun ağzı

bağlanar və örüşdən qayıtmayan mal-qara salamat gələr.

ZİYİLİ YOX ETMƏ

Təzə ay doğanda aya baxa-baxa ziyilə köhnə süpürgə

çəkmək, yaxud öpmək şərti ilə bu sözləri üç dəfə təkrar