Выбрать главу

etmək lazımdır. Onda ziyil yoxa çıxar.

Ay, səni xoş gördük,

Ziyil, yerin boş gördük.

88

BƏDNƏZƏRDƏN QORUNMA

Gecə yatanda, uzaq səfərə çıxanda, hər hansı bir işə

başlamaq istəyəndə bədnəzərdən qorunmaq üçün bu sözləri

oxuyarlar:

Bismi-bismi bismillah,

Bismi sübhən qülfallah.

Qülfallahnan İmam Hüseynin

Möhrünü yazaram,

İmam Hüseynin möhrünnən

Pisin, oğrunun, bədnəzərin

Ağzını, gözünü bağlaram.

Dörd yanımız hasar olsun,

Hasarı müxtəsər olsun

O bir Allah üsütümüzdə yar olsun.

TÜSTÜ ÇOBANA

Tonqal başında duranlar tüstüyə deyər:

Tüstü çobana,

Qatıq çalana.

TÜSTÜ BAZAR

Tüstü bazar,

Tüstü bazar,

Bizdə çörək yoxdu,

89

Qonşumuzda çoxdu.

TAPIL-TAPIL

Nəyisə axtarıb tapmayanda dönə-dönə deyərlər:

Tapıl-tapıl,

Yağlı kökə bişirrəm.

Tapılmasan,

Küllü kökə bişirrəm.

AĞ DAŞ, QARA DAŞ

Bir şeyin tayı tapılmayanda deyərlər:

Ağ daş, qara daş,

Allah, buna bir yoldaş.

90

XALQ MAHNILARI

BIR OTAQ TIKDİRDİM

Bir otaq tikdirdim tamam buxarı,

Bir usta istərəm çəkə yuxarı,

Bir oğlan sevmişəm mahud çuxalı.

Nəqarət

Ay qız, ay qız, qara tel, ağlama,

O üzü dönmüş yara bel bağlama.

Bir otaq tikdirdim durna telindən,

Üstünə tökdürdüm, xurma çöpündən,

Bir oğlan sevmişəm Urum elindən.

Nəqarət

Ay qız, ay qız, qara tel, ağlama,

O üzü dönmüş yara bel bağlama.

AY GÜLÜM

Çağırdım bağdan,

ay gülüm,

Hay verdi dağdan,

ay gülüm,

Yaylığın al gəl!

91

***

Əlində ələk,

ay gülüm,

O çərxi-fələk,

ay gülüm,

Xalis ipəkdən,

ay gülüm,

Çarşabın al gəl!

***

Əlində taxta,

ay gülüm,

Qoy yerə toxta,

ay gülüm,

Köynəyin al gəl!

***

Gəlirdim cütdən,

ay gülüm,

Çıxdı məsciddən,

ay gülüm,

«Söhbəti» çitdən,

ay gülüm,

Dirliyin al gəl !

***

O mən deyəni

ay gülüm,

Xudmən deyləni,

ay gülüm,

Zilqeyd deyləli

ay gülüm,

92

Başmağın al gəl !

***

Əlində sazı,

ay gülüm,

Xoşdur avazı,

ay gülüm,

Qırmızı qanovuz,

ay gülüm,

Örpəyin al gəl !

YARI ÖZGƏLƏRƏ YAR OLAN CANIM

Mən öləndə məzarımı qazarsan,

Sirr sözümü başdaşıma yazarsan,

İncimərəm gözəllərlə gəzərsən.

Gülü qönçələrdə tar olan canım,

Yarı özgələrə yar olan canım.

Yarıma deginən mənə saz alsın,

Onu çalım dərdi-qəmim azalsın,

Əgər ölsəm getsin ayrı qız alsın.

Gülü qönçələrdə tar olan canım,

Yarı özgələrə yar olan canım.

Az danış, az danış, çatladı bağrım,

Nuhun dəryasında qarğ olan canım,

Gen dünya başına dar olan canım,

Yarı özgələrə yar olan canım.

93

QURBAN OLUM QOLTUĞUNDA BAYAZA

Qız: Qurban olum qoltuğunda bayaza,

Gecə soyuq, dalın vermə ayaza,

Toylar oldu toyun qaldı payıza,

Gəl-gəl edir sənə İsanın qızı,

Özü göyçək, yanaqları qırmızı.

Oğlan: Qurban olum qoltuğunda Qurana,

Gecə soyq, dalın vermə borana,

Toylar oldu, toyun qaldı bayrama,

Gəl-gəl edir mənə İsanın qızı

Özü göyçək, yanaqları qırmızı.

CÜRDƏYİ GÖTDÜM, NƏNƏ

Qız: Cürdəyi götdüm, nənə,

Mən suya getdim, nənə.

Veran qalmış çeşmədə

Yaylığım itdi, nənə!

Nənə: Alma barıydı, qızım,

Heyva, narıydı, qızım.

Veran qalmış çeşmədə

Kimlər varıydı, qızım?

Qız: Alma barıydı, nənə,

Heyva narıydı, nənə.

Veran qalmış çeşmədə

Mahmud varıydı, nənə!

94

Nənə: Mahmudu görrəm, qızım,

Bir soraq allam, qızım.

Yaylıq Mahmudda olsa,

Bir qanlar sallam, qızım.

Qız: Əymə nənə, əymə nənə,

Gülləri budaqdan əymə,

Yaylıq Mahmudda olsa,

Xətrinə dəymə, nənə!

HÜNDÜR BARIDAN AŞARAM

Oğlan: Hündür barıdan aşaram,

Ördəyi, qazı qoşaram.

Səni mənə versələr,

Hacının qızın boşaram.

Qız: Hacının qızının malı da var,

Üzündə bir cüt xalı da var,

Hara gedirsən məni də apar,

Görənlər desin yarı da var.

BULAQ BAŞI

Bulaq başı pıtıraq,

Yarı çağır oturaq,

Bir o desin, bir də mən,

Bu soydadan qurtaraq.

Bulaq başı lilipar,

Yaylıq gətir, gül apar,

Danışmaqnan doymarıq,

95

Gəl dilimdən dil apar.

MAHNI YARPAQLARI

YELLƏNCƏKDƏ YELLƏNNƏM

Yelləncəkdə yellənnəm,

Sındı belim, a yar-yar.

Yar ki yara bab olmadı,

Oldu zülm, a yar-yar.

DAMLAR ÜSTƏ XORUZ BANLAR

Damlar üstə xoruz banlar,

Onun dilin kimlər anlar?

Anam gələr, üzüm danlar,

Oğlan, dur get sabah oldu,

Yandı bağrım kabab oldu.

GƏLMİRSƏN

Ələyi mahna eləyib,

Saca niyə gəlmirsən?

Gecələr gündüz olub,

Gecə niyə gəlmirsən?

Ətriyandan can bəslədim,

Bizə niyə gəlmirsən?

96

GƏLİNİZ ARTIRAQ BAZAR QİYMƏTİN

Gəliniz artıraq bazar qiymətin,

Kasıb görsün bərəkuyların hörmətin.

Biz bərəkuylar nə günə qalmışıq,

Boş xurcunu çiynimizə salmışıq.

Çatladı bağrım, qadan alım sənin,

Mən də sənin kimi qadan alım sənin.

MƏNİM ADIM MİSİRDİ

Mənim adım Misirdi, Misir,

Altımda var bir parça həsir.

Ayağımı qandal kəsir,

Məni görən analar ağlasın,

Gözəl yarım Zöhrə ağlasın!

AY QIZ, SƏNİN ƏDALARIN

Ay qız, sənin ədaların,

Nə xoş gəlir sədaların.

Yara gəlsin qadaların,

Sözümə qail olasan,

Anama gəlin olasan.

ZALIM CƏLLAD

Zalım cəllad, nə kəsibsən yanımı,

Bəlkə yazan belə yazıb yazımı?

97

Sındırarsan sədəflicə sazımı,

Yarəbb, görən bir də kimlər çalacaq?!

FƏLƏYİN BAĞINDA

Fələyin bağında əkdirdim kələm,

Gedirdim qürbətə, qayıdam gələm.

Dəryalar mürəkkəb, meşələr qələm,

Qələm də olmasa, yaza bilməsən,