Выбрать главу

Bir neçə kəlməynən dil mənə göndər.

BİRİ MƏNƏM

Ürəyimdə dürlü-dürlü yara var,

Təbib gəlsə, Yarəbb, ona çara var,

Bu dünyada iki baxtı qara var,

Biri mənəm, Yarəbb, biri kim ola?

98

M İ F L Ə R

OVÇU PİRİM DAŞ OLDU

Ovçu Pirim adında bir kişi varıydı. Bir gün bu kişi

ova gedir. Görür ki, iki ilan dalaşır. İlanın biri ağ idi, biri

qara. Ovçu Pirim tüfəngini qaldırıb qara ilanı vurmaq

istəyir. Amma qara ilanın əvəzinə ağ ilanı yaralayır. İlanlar

qaçıb gedirlər.

Ovçu Pirim evinə qayıdır. Bir gün iki ilan gəlib Ovçu

Pirimə deyir ki, ilanların padşahı səni yanına çağırır. Ovçu

Pirim ilanlarla gedir. Yolda ilanlar ovçu Pirimə deyirlər:

- İlanların padşahı səndən nə istədiyini soruşacaq.

Onda deynən ki, heç nə istəmirəm, eləcə mənim ağzıma üç

dəfə tüpür. İlanlar padşahı deyəcək ki, axı sən insansan,

mən ilan. Ağzına tüpürsəm ölərsən. De ki, sən tüpür,

ölmərəm.

Ovçu Pirim ilanlar ilə gəlib ilanlar padşahının yanına

çıxır. İlanlar padşahı ovçu Pirimdən soruşur ki, niyə mənim

qızımı yaralamısan? Ovçu Pirim görür ki, həmin yaraladığı

ağ ilan orada yatır. O, ilanı görməməzliyə vurur. Ovçu

Pirim cavab verir ki, mən qara ilanı vurmaq istəyirdim,

güllə ağ ilana dəydi.

İlanların padşahı heç nə deməyib bütün ilanları bir

yerə yığdı. Sonra ovçu Pirimdən soruşdu:

- Bax gör qara ilan bunlardan hansıdır?

Ovçu Pirim baxıb dedi ki, həmin ilan burada yoxdu.

İlanların padşahı vəzirə buyurdu ki, gör hansı ilan burda

yoxdu? Vəzir qara ilanın burada olmadığını söylədi.

İlanların padşahı iki qanadlı ilan yolladı ki, gedib qara ilanı

gətirsinlər. Bir göz qırpımında gətirdilər. İlanların padşahı

99

qara ilanı öldürdü. Sonra ovçu Pirimdən nə istədiyini

soruşdu. Ovçu Pirim dedi ki, səndən heç nə istəmirəm. Sən

mənim ağzıma üç dəfə tüpür. İlanlar padşahı dedi:

- Sən insansan, mən ilan. Ağzına tüpürsəm ölərsən.

Ovçu Pirim əl çəkmədi, yenə dedi:

- Sən tüpür, ölmərəm.

İlanlar padşahı ovçu Pirimin ağzına üç dəfə tüpürdü,

özünə də bərk-bərk tapşırdı:

- Bax bu sirri heç vaxt, heç kimə açma. İşdi sirri

kiməsə açsan, dönüb daş olacaqsan. Bir də yadında saxla:

kim səni çağırsa cavab, vermə.

Ovçu Pirim evinə qayıdanda gördü ki, bütün dağlar,

daşlar, otlar, güllər, heyvanlar hamısı onu çağırır. O, heç

kimə cavab vermədi, yoluna davam etdi. Gəlib evinə çatdı.

Ovçu Pirim başına gələnləri arvadına söylədi. Bu sirri

açdığına görə Ovçu Pirim daş oldu.

OCAX İLANI

Bir evdə ocax ilanı yaşayırmış. Özünün də bir neçə

balası var imiş. Bir gün ev sahibi ağır xəstələnir. Qonşu

qadın xəstəyə baş çəkməyə gəlir. Nətəri olursa ilan

balasının biri evin ortasına düşür. Qonşu qadın ilanı götürüb

çölə atır. İlan yuvasına qayıdanda balasının birini tapa

bilmir. Elə bilir öldürüblər. Heyfini çıxmaq üçün otağın bir

küncünə qoyulmuş qatıq qazanına yaxınlaşır, içinə zəhər

tökür. Qayıdır öz yuvasına. Bunu görən qonşu qadın

əhvalatı ev yiyəsinə danışır. Ev yiyəsi ilanın balasını gətirib

düşdüyü yerə qoyur. İlan balasının sağ olduğunu görüb

yuvasına aparır. Sonra yenidən otağa düşür. Qatıq qazanını

dolanıb onu tökür.

100

YEDDİQARDAŞ İLAN

Bir kişi yolnan gedirdi. Gördü ki, iki ilan oynaşır.

Kişi ilanın birini öldürür. Sən demə, bunlar yeddiqardaş

ilan imiş. O biri ilan kişini güdür. Kişi bunu başa düşüb

ordan köçüb gedir başqa yerə.

Bir gün bir dəvə karvanı gedir. Dəvələrin beli yüklü

idi. İlan girir dəvələrdən birinin belindəki yükün içinə.

Karvanı aparanlar ilanı öldürmür. Onlar yol üstündə

biçinçilərin taxıl biçdiyini gördülər. Biçinçilərdən biri

yanıqlı səslə oxuyurdu. İlan səsi eşidən kimi yükün içindən

çıxdı, həmin səsə qulaq asmağa başladı. Sonra yükün

üstündən düşüb getdi. Karvanı saxladılar, gördülər ki, ilan

gedib bir su cürdəyinin içinə girdi. Gedib su cürdəyinin

ağzını möhkəm bağladılar. Cürdəyi də götürüb biçinçilərin

yanına gəldilər. Əhvalatı söylədilər. Oxuyan kişi ilanın onu

güddüyünü başa düşdü. Adamlar cürdəyi ocağın içinə

tulladılar. Cürdək partladı. İlanın sümüyünün bir qırığı

kişinin gözünə düşdü. Kişinin gözü kor oldu.

QARA PİŞİK

Şəmkirdə bir Alı kişi var imiş. Bir gün Alı kişini

qonşu kəndə toya çağırırlar. Kişi gəlir toya. Toyda görür ki,

tanımadığı bir qadın ortaya çıxıb oynayır. Əynindəki paltar

da arvadınındır. Alı kişi qalır məhəttəl. Axırda əlini yağlı

xörəyə bulayıb çəkir paltarın kürəyinə. Qadının xəbəri

olmur.

Axşam kişi evinə qayıdır. Arvadına deyir ki, sənə

aldığım o ipək paltarı bura gətir. Arvad səbəbini soruşanda

kişi deyir:

101

- Sənin həmin paltarını bu gün toyda tanımadığım bir

adamın əynində gördüm. Əlimi yağa batırıb kürəyinə

vurdum.

Arvad paltarı gətirir. Görürlər ki, həqiqətən də kürəyi

yağlıdı. Alı kişinin evində bir qara pişik var imiş. Kişi

bunları danışanda pişik ayağa durub kişinin üzünə tüpürür ,

qeybə çəkilir.

UCUBUNUX

Deyirlər Ucubunux adında çox uzun bir adam olub.

Ucubunux o qədər uzunuymuş, əlini salıb dəryanın düz

dibindən balıq tutarmış. Həmin balığı Günəşdə qızardıb

yeyərmiş.

BƏXT YAZAN

Bir kişi varıydı. Bu kişi hər gün aparıb bir quyuya

çörək qırıntıları tökərdi. Günlərin bir günündə kişi ölür.

Öləndə oğluna vəsiyyət eləyir ki, aparıb o quyuya çörək

tullasın. Oğlan dədəsinin vəsiyyətinə əməl eləyir. Bir gün

öz-özünə deyir bu quyuya düşüm görüm orda nə var ki,

atam hər gün ora çörək tökürdü. Oğlan girir quyuya. Bir az

gedəndən sonra çatır quyunun dibinə. Quyunun dibinə

çatanda görür burada bir nurani kişi oturub. Qabağındakı

kağızlara nə isə yazır. Oğlan kişidən kim olduğunu soruşur.

Soruşanda kişi deyir:

- Oğul, mən bəxt yazanam.

Oğlan bir də soruşur:

- Onda de görüm mənim bəxtimi necə yazmısan?

Nurani kişi cavab verir:

102

- İndi ki, bilmək istəyirsən, qoy deyim. Dünən gecə

naxırçının bir qızı olub. Onu sənə yazmışam.

Oğlan deyir:

- Mən bu yazını pozaram.