107
108
ƏFSANƏLƏR, RƏVAYƏTLƏR,
HƏDİSLƏR
OZAN
Deyirlər ölümündən qorxan bir arvad var imiş.
Günlərin bir günü arvad üzünü ərinə tutub deyir:
- A kişi, ağlıma bir fikir gəlib. Gəlsənə, ölümün
əlindən qaçaq.
Kişi də cavabında qayıdır ki, arvad, sən nə danışırsan,
heç ölümdən qaçmaq olar?
Arvad iki ayağını bir başmağa soxub dediyindən
dönmür ki, dönür:
- Axtaran tapar deyiblər, kişi, gəl el-el, oba-oba düşüb
gəzək, harda qəbristanlıq görməsək orda yaşayaq. Yəqin ki,
qəbir olmayan yerdə ölüm-itim də olmaz.
Arvadın dediyi söz kişinin beyninə batır. İkisi də bir-
birinə qoşulub başlayırlar kəndbəkənd, şəhərbəşəhər
gəzməyə. Hansı yerdə qəbristanlıq görürlərsə, dabanlarına
tüpürüb qaçırlar. Uzun sözün gödəyi, çox gəzib dolanandan
sonra gəlib çatırlar Ozana. Hər yana göz gəzdirirlər,
görürlər qəbristanlıq adında şey yoxdur. Arvad
sevindiyindən bilmir neyləsin. Kişiyə deyir:
- Bax kişi, bura əsil mən deyən yerdi. Görürsənmi
buranın adamları ölmürlər. Gəl indi özümüzə yurd-yuva
düzəldək.
Ər-arvad ikisi də Ozanı bəyənirlər. Başlayırlar
Ozanda yaşamağa. Bir gün kişi arvadını evdə qoyub iş
dalınca gedir. Bu gedəndən sonra necə olursa arvad bir
balaca naxoşlayan kimi olur. Tez Ozana xəbər yayılır ki,
bəs filankəsin arvadı sozalır, durmayın gəlin.
109
Kənddə məmə deyəndən pəpə yeyənə kimi nə qədər
adam varıydısa, hamısı yığılır. Bir göz qırpımındaca
arvadın başını kəsirlər. Ətini də alışma eləyib hamıya
paylayırlar.
Axşam düşür, kişi qayıdır evinə. Görür, ay dadi-
bidad, arvad nə gəzir? Kişinin səsinə qonşu özünü yetirir,
başlayır dil-ağız eləməyə :
- Boy, ay qonşu, sən nə halal adamsan! Bir tikə
çörəyin ovsanata düşdü, arvadın az qalmışdı murdar olsun.
Elə zornan bıçağa gəldi. Elə yağlı, elə şirin əti varıydı, heç
yerə düşmədi. Sən Allah, bizi bağışla, yadımızdan çıxıb,
sənə pay saxlamaq. Bir də baxdıq arvadın təkcə başı qalıb.
Odey onu da asmışıq təndirdə qaynayır.
Kişi qazana tərəf baxıb deyir:
- Ay arvad, nə gəzirdin Ozanda,
Başın qaynayır qazanda!…
COMƏRD QƏSSAB
İmamlarımız zamanında Gəncə şəhəri İmamzadanın
yaxınlığında olub. Həmən vaxtı Gəncədə Comərd Qəssab
adında imanlı, səxavətli bir qəssab yaşayıb. Qəbri bu
yaxınlara kimi dururdu. Bu adamın Həzrət Əli
əleyhissalama sevgisi o qədər güclü idi ki, onun adına
ayrıca otaq tikdirmişdi. Qapısını da bağlamışdı. Özü də əhd
eləmişdi ki həmin otağa ilk dəfə Həzrət Əli əleyhissalamın
mübarək qədəmləri toxunsun. Həzrət Əli əleyhissalam
əsabəsi Qulu Qənbərnən Gəncə şəhərinə gəlir. O bilirdi ki,
Comərd Qəssab onun adına otaq tikdirib. Bir sikkə verib
Qulu Qəmbərə deyir:
- Gedərsən Comərd Qəssabın dükanına. Deynən ağam
deyir mənə bir girvənkə ət versin.
110
Qulu Qəmbər gəlir dükana. Pulu uzadıb həmin
Comərd Qəssaba ki, ağam deyir bir girvənkə ət versin.
Comərd Qəssab əti tərəziyə qoyub çəkməmiş verir:
- Ağam Əli eşqinə nə artıq olmaz, nə əskik.
Qulu Qəmbər əti gətirir Həzrət Əlinin yanına. Əli
əleyhissalam buyurur:
- Qaytar əti, sikkəmizi al gətir. Deynən lazım olmadı.
Gətirir həmən Qəmbər əti verir Comər Qəssaba ki,
ağam deyir lazım olmadı, sikkəmizi qaytarsın. O da
daxıldan pulun birini götürüb verir Qulu Qəmbərə. Qulu
Qəmbər gətirir ağasının yanına. Həzrət Əli pulu əlinə
alanda görür o verən pul deyil. Deyir:
- Get deginən ağam deyir mən verən sikkəni
qaytarsın.
Comərd Qəssab o sikkəni ayrı yerə qoymuşdu. Qulu
Qəmbər bir də qayıdır. Sikkəni istəyəndə həmin pul
sıçrayıb düşür düz Comərd Qəssabın ovcuna. Comərd
Qəssab Qulu Qəmbərə deyir:
- Get ağana de ki, bu gecə mənim qonağımdı.
Axşam düşür, qonaqlar gəlirlər. Həmən ev ki,
Comərd Qəssab Həzrət Əlinin adına tikdirmişdi,
qapısındakı qıfıl öz-özünə açılır. Qonaqlar girirlər içəri.
Comərd Qəssab qonağın kim olduğunu bilib döşənir Həzrət
Əli əleyhissalamın ayaqlarına. Bunlar başlayırlar söhbətə.
Birdən Comərd Qəssabı çağırırlar. Durub gedəndə görür bir
yəhudidir. Əlində də bir şüşə var. Yəhudi başlayır
yalvarmağa:
- Səni and verirəm ağan Əliyə! Mənə müsəlman qanı
lazımdı. Bir şüşə müsəlman qanı verəsən.
Oydu ki, yəhudi ağası Əlinin adını çəkdi, Comərd
Qəssab yox deyə bilmədi. Bircə oğlu var idi. O biri otaqda
başını kəsib qanını şüşəyə doldurdu. Verdi yəhudiyə.
Meydin üstünə bir palaz çəkib keçir Həzrət Əlinin otağına.
111
Otağa daxil olandan sonra ortalığa təam gəlir. Comərd
Qəssab əlini süfrəyə uzadır:
- Ağa, təam elə!
Həzrət Əli əleyhissalam deyir:
- Comərd Qəssab, sənin oğlun ki, var, o gəlməsə, mən
bu təama əl vuran deyiləm.
Comərd Qəssab yenə təklif eləyir:
- Ya ağa, buyur təam elə, uşaqdı gələr.
Həzrət Əli əleyhssalama hər şey agah idi. Süfrəyə
tərəf baxmır. Belədə Comərd Qəssab naəlac qalır:
- Ya ağa, Allahdan gizlin deyil, səndən nə gizlin?
Uşağın başını kəsdim, qanını da ağamın eşqinə yəhudiyə
verdim.
Ağam Həzrət Əli əleyhssalam gəlir o biri otağa.
Palazı götürür uşağın üzündən. Dəstəmaz alır, iki rükət
hacət namazı qılır. Ağzının liqabından çəkir uşağın
boğazına. Uşaq asqıqır, qalxır ayağa.
Comərd Qəssab əsil Əli aşiqi olduğunu sübut eləyir.
Hamı gəlir ağam Əlinin ziyarətinə. Həzrət Əli Qulu
Qəmbəri də götürüb süvar olur Ərəbistana.
QARAĞAC
Bır qıznan bir oğlan bir-birini sevir. Hər iki tərəf buna
razılıq vermir. Belə olanda qız oğlana qoşulub qaçır.
Qohumlar bunların dalınca düşür. Oğlannan qızın əlacı
kəsilir. Allaha yalvarırlar:
- Ay Allah, elə elə ki, biz burda yox olaq.
Allah oğlanla qızın duasını eşidir. Həmin yerdə iki
ağac bitir. Böyüyü oğlan, bir az balacası qız. İndi həmin
ağaca qarağac deyirlər.
112
AĞ QOÇ, QARA QOÇ
(Murğuz dağının başındadır)
Bir çoban qoyun otarırdı. Bərk susamışdı. Su