mədəniyyətini dünyaya çatdırır, dünya mədəniyyətindən
Gəncəni xəbərdar edirdi.
Məlumdur ki, Azərbaycan tarixində Gəncə qədər
yerini tez-tez dəyişən «sürüşkən» şəhərlər az tapılar.
Burada bir fakta xüsusi diqqət yetirməliyik: Gəncə yerini nə
6
qədər dəyişir-dəyişsin, heç vaxt çayın bir tərəfində
salınmayıb. Gəncə çayı həmişə şəhərin ortasından axıb və
karvanların keçib getməsi üçün bir neçə yerdən körpülər
salınıb. İndi də həmin körpülərdən bir qismi qalmaqdadır.
Bütün bunlar bir daha sübut edir ki, antik və orta əsrlər
Gəncəsi dünya mədəniyyəti tarixində bir növ körpü rolunu
oynayıb.
Ayrı-ayrı sənət növlərinin yüksək inkişaf etdiyi bu
şəhərdə Məhsəti Gəncəvi kimi böyük bir sənətkar şəhraşub,
yaxud şəhrəngiz adlanan rübai formalı zərif şerlərlə Gəncə
sənətkarlarını vəsf edib. Heç şübhəsiz ki, yalnız ticarətin,
şəhər həyatının təşəkkül tapdığı böyük şəhərlərdə
sənətkarlıq belə bir səviyyəyə çata bilərdi. Eyni sözləri
bazar folkloru haqqında da söyləmək mümkündür. Məs.
Çörəklə bağlı bir folklor nümunəsinə diqqət yetirək:
Yuxa – yolda yıxa,
Fətir – kəndə yetir,
Xamralı – xas,
Bağrına bas!
Göründüyü kimi, bu kiçik örnəkdə çörəyin üç
növünün adı çəkilir: yuxa, fətir, xamralı. Lakin Gəncədə
çörəyin başqa növləri də var: kömbə, səngək cad,
sacəppəyi, nazik və s. Buradan aydınca görünür ki, bu
şəhərdə hətta çörəyin özü bir neçə cür bişirilib. Təkcə bu
kiçik fakt Gəncənin inkişaf səviyyəsini aydın təsəvvür
etməyə kifayət edərdi.
Folklor örnəklərindən də göründüyü kimi Gəncə
iqtisadi zonası təbii bitki örtüyü ilə son dərəcə zəngindir.
Professor Ş.Əliyevin apardığı elmi araşdırmalar nəticəsində
məlum olmuşdur ki, yeni eradan əvvəl I və II minillikdə
burada çoxlu üzüm bağları və bostanlar olmuşdur. Aparılan
arxeoloji qazıntılar zamanı hələ tunc dövrünə aid qatlarda
7
mədəni bitkilərin bir qisminin (gilas, üzüm, gavalı, və s.)
toxumları tapılmışdır.
Bu ərazidə çoxlu yabanı meyvələrin (üzüm, alma,
armud, qoz, fısdıq, nar, gilas, zoğal, göyəm, əzgil və s.) və
yabanı tərəvəz bitkilərinin (şahtərə, şomu, əvəlik,
daşyarpızı, yemilik, qulançar, kök, kəvər, əməköməci,
unnuca, quzuqulağı, sirkən, qızıl pencər, qırxbuğum,
cincilim, pərpətöyün, cacıq, adi keşniş, təpə keşnişi və s.)
indi də bitməsi Gəncə florasının zənginliyini əyani şəkildə
əks etdirir. Dağlıq və dağətəyi yerləri bəzəyən gülxətmi,
böyürtkən, itburnu, yemişan, çobanyastığı, xınagülü,
qantəpər, qara yarpız kimi dərman bitkilərindən xalq
təbabətində bu gün də istifadə olunur.
Gəncəçay vadisi və ona yaxın olan ərazi təkcə bitki
örtüyü ilə deyil, eyni zamanda faunası ilə seçilir. Burada
ekoloji tarazlığı saxlamaq baxımından mühüm əhəmiyyət
kəsb edən bir çox nadir canlılar-tülkü, porsuq, ayı,
daşdələsi, meşə pişiyi, gəlincik, samur, vaşaq, təkə, cüyür,
Qafqaz maralı, hop-hop, bildirçin, meşə göyərçini, adi qur-
qur, cüllüt, çöl qağayısı, toğlugötürən, qara kərkəs, iri
yapalaq, bayquş, muymul, qara ağacdələn, sarıköynək,
meşə toyuğu, çil qaratoyuq və s. yaşayır. Onu da deyək ki,
bu heyvanların və quşların bir çoxlarının adlarına Gəncə
regionundan toplanmış folklor nümunələrində də rast
gəlirik.
Gəncə əsrlər boyu təkcə şəhər mənasında deyil, həm
də böyük bir inzibati-ərazi vahidi kimi anlaşılıb. Gəncəçay
vadisi hələ eramızdan əvvəl özünün təsərrüfat həyatı ilə
məşhurlaşmış, burada istehsal olunan məhsullar dünya
bazarlarına göndərilmiş və müxtəlif sərgilərdə nümayiş
etdirilmişdir. Maraqlı faktdır ki, XVIII əsrdə Gəncədə
becərilən Bəhrambəy üzümü Fransa sərgisinin qızıl
medalına layiq görülmüşdür.
8
Orta əsrlər Gəncəsində ticarət əlaqələrinin
genişlənməsi eyni zamanda şəhərin təsərrüfat həyatına da
öz təsirini göstərirdi. Bu ərazinin təbii iqlim şəraiti burada
bitən bir çox bitkilərin mədəni şəkildə becərilməsinə imkan
yaradırdı. Bütün dünyada boyaq vasitəsi kimi məşhur olan
boyaqotu Gəncənin Ziyadlı kəndində becərilmiş, böyük
boyaqotu plantasiyaları salınmışdır. Təkcə bir rəqəmi yada
salmaq kifayətdir: XVII əsrdə Gəncədə on iki min pud
boyaqotu istehsal olunub və dünya bazarlarına göndərilib.
Gəncə müalicəvi əhəmiyyətinə görə bənzəri olmayan
Naftalan nefti ilə də dünyada tanınmışdır. Hələ XVI-XVII
əsrlərdə Naftalan nefti bütün dünyada məşhur idi. Rus-
yapon müharibəsi zamanı yaralı əsgərlərin müalicəsində bu
neftdən istifadə olunmuşdur.
Tariximizə nəzər salsaq, bir faktı da xüsusi qeyd
etməliyik. Azərbaycan tarixinin şanlı səhifəsi olan
Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Gəncə
şəhəri olub. Dənizdə olduğu kimi şəhərlərin tarixində də
qabarmalar-çəkilmələr olur. XX əsrin ortalarında artıq
Gəncə özünün mərkəzi şəhər mövqeyini itirsə də mədəni
mərkəz rolunu saxlamaqdadır.
Gəncənin tarixi, etnoqrafiyası, folkloru barədə söhbət
açarkən bir mühüm cəhəti unutmamalıyıq. Bu şəhər milli
psixologiyamızı, adət-ənənələrimizi, xalq yaradıcılığını
öyrənmək baxımından təkrarolunmazdır, bənzərsizdir. Ona
görə də Gəncə folklorunun toplanması, yenidən xalqa
qaytarılması bütövlükdə Azərbaycan ədəbiyyatı, tarixi və
mədəniyyətinin araşdırılmasında müstəsna əhəmiyyətə
malik işlərdən sayılmalıdır.
«Gəncə folkloru antologiyası» şifahi xalq
ədəbiyyatının ən çox yayılmış janrlarını əhatə edir.
Kitabdakı bölmələr müəyyən ardıcıllıq və elmi tərtibat
prinsipləri əsasında düzülmüşdür. Topluya daxil edilən
nümunələrin böyük əksəriyyəti Gəncə regionuna məxsus
9
orijinal materiallar olduğuna görə həmin bölgənin milli
etnoqrafik xüsusiyyətlərini özündə əks etdirir. Onu da qeyd
edək ki, xalq dilinin şəhd-şəkərini yaşadan bir çox janrlara
aid materiallar ilk dəfədir ki, yazıya alınmış və kitaba daxil
edilmişdir. Lağlar, gileylər, tapşırmalar və s. bu
qəbildəndir.
«Əfsanələr, rəvayətlər və hədislər» adlanan
bölmədəki folklor örnəkləri içərisində Comərd Qəssabla
bağlı rəvayət xüsusilə diqqəti cəlb edir. Rəvayətdə gəncəli
Comərd Qəssabın adı müsəlman dünyasının ən müqəddəs