tapammadı. Allaha yalvardı:
- Ya Allah! Burdan bir su çıxsın, sənə bir ağ qoç, bir
də bir qara qoç qurban verəcəm.
Birdən təpənin başından su poqquldayıb, qaynayır.
Çoban sevinir. Özü də su içir, qoyunları da. İçib doyandan
sonra verdiyi söz yadına düşür. Yaxasından iki bit tapır; biri
ağ, biri qara. Bitləri öldürüb, deyir:
- Ya Allah, bu da sənin qurbanın!
Allahın çobana acığı tutur. Çobanı da, sürüsünü də
daşa döndərir.
DƏVƏ
Qoç, öküz, dəvə yoldaşlı gedirlər. Birdən gördülər
yola bir bağ ot düşüb. Üçü də yüyürdü ki, otu yesin. Dəvə
dedi:
- Yox, belə olmaz! Gəlin hamımız öz yaşımızı deyək.
Kimin yaşı çoxdusa, ot onunku olsun.
Bu şərtnən hamı razılaşdı. Qoça dedilər ki, indi yaşını
deginən. Qoç dedi:
- Bax, Mina dağında İsmayılın əvəzinə qurban gələn
qoç quzu var ha, mən həmən quzunun böyük qardaşıyam.
Öküz dedi:
- Havaxt ki, yer qızıl öküzün üstündə bərqərar oldu,
mən də həmən o öküzün böyük qardaşıyam.
Dəvə fağır ğördü ki, ta deməyə bir söz qalmadı,
özünü sındırmadı. Tez boynunu uzadıb otu yerdən götürdü:
- İndi sizin deməyiniznən dəvə uşaqdı?..
113
İNSAN
Günlərin birində Gəbrayıl Əleyhissalam Məhəmməd
peyğəmbərə Allah -Taaladan vəhy gətirdi:
- Ya Məhəmməd, yer üzündə elə güclü insanlar
olacaq ki, tikdikləri bina min illərnən uçmayacaq, dəmiri
bir-birinə birləşdirəcəklər, göyə uçacaqlar. Ancaq bunlar
heç vaxt üç şeyi bilməyəcəklər: Qismət, Qəza, Ölüm.
SÖZ YARASI
Bir gün bir ayı ilə bir kişi dost olur. Kişi çörək
yeyəndə ayıya deyir ki, daha mən sənnən çörək
yeməyəcəm, çünki sənin ağzından su tökülür. Bu söz ayıya
çox pis təsir edir. Bərk dəyərlənir. Ayı kişyə deyir:
- Tez ol, bir daş tap, vur mənim başıma,yoxsa bu saat
səni parçalayacam.
Kişi əlacsız qalıb ayının tapşırığına əməl edir. Ayı
başından qan axa-axa çıxıb gedir. Aradan bir müddət keçir.
Kişi öz-özünə fikirləşir ki, mən vurub ayının başını yardım,
görəsən indi diridirmi? Gedim bir baş çəkim. Kişi ayının
mağarasına gəlir. Görür ki, ayı mağarada oturub. Başında
heç bir iz qalmayıb. Amma kefi yoxdur. Ayı kişini görən
kimi tanıyır. Deyir :
- Görürsən, daş yarası sağalar, amma söz yarası
sağalmaz. Sən mənim ürəyimi parçalamısan. Odur ki, mən
də səni parçalayacam.
Ayı bunu deyib kişidən qisas alır.
114
DAŞ HƏDİYƏ DÖNƏNDƏ
Deyir bir kişi Həcc ziyarətinə gedirmiş. Şər qarışır,
gecələmək üçün bir evin qapısını döyür:
- Ay ev yiyəsi, Allah qonağı istəməzsənmi?
Qapıya bir qadın çıxır:
- Allaha da qurban olum, qonağına da. Gəl, xoş
gəlibsən!
Kişi içəri girir. Sakitcə bir tərəfdə əyləşir. Görür
budur ha arvad göydən bir qara daş asıb. Uşaqların hamısı
gözünü zilləyib həmən daşa. Tez-tez də soruşurlar:
- Ana, yemək bişmədi, bəs nə vaxt bişəcək?
Arvad hər dəfə eyni cavabı verir:
- Daş hədiyə dönəndə.
Uşaqlar daşın hədiyə dönməsini gözləyə-gözləyə
mürgüləyirlər.
Bunlar yatandan sonra kişi dözə bilməyib deyir:
- Ay bacı, bir məni bu sirdən agah elə… O daşı niyə
göydən asıbsan?
Arvad cavabında qayıdır:
- Qardaş, Allahdan gizli deyil. Səndən nə gizli. Evdə
heç nə yoxdu. Uşaqların başını yozmaq üçün o daşı göydən
asmışam.
Kişi heç nə deməyib çölə çıxır. Yol xərci üçün
götürdüyü pulların yarısını xəlvətcə bacadan içəri tullayır.
Arvad pulları götürüb gedir bazara. Hər şey alıb gətirir,
uşaqların qarnını doydurur, qonağı da layiqincə yola salır.
Kişi başlayır yol getməyə. Yolda qulağına səda gəlir:
- Ey Allahın bəndəsi! Sənin ziyarətin artıq qəbul
olunub. Daha Həccə getməyin artıqdı.
115
HARAMLIQ
İki dost olur. Bunlar növbəynən uzaq ölkələrə səfərə
gedib-gəlir, alver eləyirlər. Özləri də söz verirlər ki, mayaya
haram qatmayacaqlar. Tacirin biri Baqğad səfərində
arvadına şərikli puldan bir qızıl təsək qabağı alıb gətirir.
Şəriki deyir:
- Qardaş, sən mayaya haram qatmısan.
Təsək qabağı alan boynuna almır, o biri deyir:
-
Bax, bu gördüyüm qarışqalar indiyə kimi qış
azuqələrini çöldən içəriyə daşıyırlar. İndi isə içəridən çölə
daşıyırlar.
Kişi bu işə mat qalıb günahını boynuna alır, bununla
da dostlar ayrılırlar.
ÇOBAN NAMAZI
Deyir peyğəmbər yolnan gedirdi. Gördü çoban
sürüsünü dağın döşünə yayıb, namaz qılır. Elə ikicə söz
deyir:
- Ağ qoyun, qara qoyun,
Başını yerə qoy, qoyun!
Peyğəmbər gözlədi. Çoban namazını qıldı, qurtardı.
Peyğəmbər buna öz qıldığı namazı öyrətdi. Çıxıb getdi. Bir
dağın dalından aşanda gördü çoban qaranəfəs gəlir, nə gəlir.
Peyğəmbər dayandı. Çoban gəlib çatdı. Çomağını hərrədi
buna tərəf. Dedi:
- Qardaş, sən öyrədən namaz yadımda qalmadı. Hələ
üstəlik öz namazımı da yanıldım. Ya bu saat mənim
namazımı öyrət, ya da bu çomaqla səni əzəcəm.
Birdən peyğəmbərin yadına çobanın namazı düşdü.
Tez dedi:
116
- Bax beləydi: Ağ qoyun, qara qoyun, başını yerə qoy,
qoyun.
Çoban sevindiyindən atdanıb-düşdü. Dedi:
- Yaxşı ki, yadına saldın. Allah üzünə baxdı.
Çoban qayıtdı dala. Peyğəmbər üz tutdu Allaha: «Ya
Allah, bu nə iş idi mənim başıma gəldi»? Allahdan səda
gəldi: «Ya peyğəmbər, bil və agah ol. Çobanın çoban
namazı olar, peyğəmbərin peyğəmbər».
LALƏ
Deyir bir ovçu maral izinə düşür. Maralı nişanlayır.
Maral yaralı-yaralı kolluğa sarı qaçır. Balasını kolluqda
gizlətmişdi. Ha can atırsa balasına çatammır. Düzün
ortasında qanı sel kimi axır. Maralın qanından al lalələr
bitir. Lalənin bağrındakı qara xal maralın balasını gizlətdiyi
qara kolluqdu. El arasında belə bir bayatı da var:
Əziziyəm bağrı qandı,
Ləçək al, bağrı qandı.
Lalə çox yaxşı güldü,
Onun da bağrı qandı.
TOYUĞUN DƏRDİ
Toyuğa deyirlər:
- A toyuq, sənin nə dərdin var?
Toyuq deyir:
- Eh, ən böyük dərd mənimkidi. Qız doğuram günüm
olur, oğlan doğuram ərim.
117
GƏLİN QAYASI
(Kəpəz dağındadır)
Bir gün bir gəlin başını yuyurmuş. Birdən qaynatası
içəri girir. Gəlin xəcalətindən bilmir neyləsin. Allaha