Выбрать главу

yalvarır ki, məni daşa döndər. Gəlin yerindəcə daş olur.

Gəlinin yanında daş uşaqnan daş sandıq da var.

QARA İNƏK ZAĞASI

(Daşkəsən rayonu, Xaçbulaq kəndinin Əmirvar

yaylağındadır)

Bir yetim qız varymış. Bu qız çox gözəl imiş.

Analığın gözü qızı götürməzmiş. Qızı hər gün döyərmiş,

söyərmiş, əl boyda quru çörək verərmiş.

Qızın bir qara inəyi var imiş. Hər gün ağlaya-ağlaya

inəyini örüşə apararmış. İnək də mehrini qıza salıbmış. Qız

ağlayanda inək onun gözünün yaşını yalayırmış. Dilini ota

vurmazmış. Ögey ananın buna paxıllığı tutur. Axşam kişisi

evə gələndə deyir:

- Kişi, ya bu inəyi kəs, ya da mən çıxıb gedirəm

dədəm öyünə.

Kişi çox dil tökür. Arvad iki ayağını bir başmağa

dirəyib durur. Kişinin əlacı kəsilir. Razılıq verir. Qara inək

bunu eşidir, qaçır. Yetim qız da inəyin dalınca. İnək girir

bir zağaya. Qız da inəknən bir yerdə. Kişi qıznan inəyi çox

axtarır, tapa bilmir. O zamandan zağanın yanında dörd

bulaq qaynayır. Bulağın hərəsi inəyin bir əmcəyidir.

118

TORPAQ QALA

(Tovuz rayonunun Bozalqanlı kəndi yaxınlığında, Kür

çayının sahilindədir)

Torpaq qala böyük bir kənd imiş. Bu kənddə bir bacı,

bir qardaş varıymış. Qız çox gözəl imiş, həm də ağıllı.

Qardaş da axmağın biri. Bir gün bacısına gözü düşür. Qız

bunu duyur. Üzünü göyə tutur, Allaha yalvarır:

- Ey Tanrım, məni daşa döndər! Belə yaşamaq

ölümdən betərdi.

Allahtaala qızın səsini eşidir. Qız dönüb daş olur.

Bu işə Allahın qəzəbi tutur. Kəndi yerlə yeksan edir.

Zəlzələ olur. Evlər uçub dağılır, təkcə divarları qalır. O

vaxtdan həmin kəndə Torpaq qala deyirlər.

OVSUNÇU QƏBRİ

(Murğuzallar düzündədir)

Bir kasıb oğlan var imiş. Dövlətli bir kişinin qızına

vurulur. Qız da oğlanı sevir. Qızın ata-anası qızlarını lütün

birinə vermək istəmir. Oğlan çox fikirləşir, çox baş sındırır,

axırda qazanc yolu tapır. Deyir bir torba tikdirim, ilan

torbası. Düşüm düzlərə ilan tutum, dişlərini torbaya salım.

Qapı-qapı gəzib oysunçuluq eləyim.

Oğlan anasından icazə alır, gedir peşəsinin dalınca.

Bir-iki ilan tutur. Dişini çıxarıb, salır torbaya. Düşür

kəndlərin canına. Başlayır camaatı oysunlamağa. Hər

oysunladıqca da pul alır. Ha belə-belə, ha belə-belə, yavaş-

yavaş kasıblığın daşını atır.

Günlərin bir günündə oğlan yenə gedir ilan tutmağa.

Deyir bu dəfə gedim ilanlar mələşən Murğuzallar düzünə.

İlanlar bu işdən duyuq düşür. Oğlan əlini ilana uzadan kimi

119

ilanlar birləşir. Hamısı oğlanı çalır, tas-tas eləyir. Heç kəsin

xəbəri olmur. Oğlan ölür, meydi də qalır düzün ortasında.

Aradan bir xeyli vaxt keçir. Oğlandan səs-soraq

çıxmır. Bir çoban düzdə qoyun otaranda oğlanın cırıq-cırıq

olmuş paltarını, bir də sür-sümüyünü tapır, gəlir kəndə,

camaata xəbər verir. Oğlanın anası bir başına döyür, bir

dizinə. Hamı gedir həmən yerə. Oğlanın cırılmış paltarını,

sür-sümüyünü yığıb basdırırlar. Üstünə o qədər torpaq

tökürlər ki, olur təpə. Təpəyə deyirlər Ovsunçu qəbri.

Adamlar həmin təpənin torpağından gətirib öz həyətinə

səpir. Ovsunçu torpağı hara tökülsə, altı il həmən yerə ilan

gəlməz.

SAVALAN DAĞI

Deyir otuz altı ildən bir Savalan dağında gurultu

qopur. Bu səs üç gündən sonra kəsir. Səs kəsilən kimi yekə

bir yarrağan açılır. Lilli su axmağa başlayır. Üç günün

tamamında yarrağan açılanda qopan yekə bir daş öz yerinə

düşür. Su da başlayır dumduru axmağa.

ƏŞRƏF OCAĞI

(Yevlax rayonu Qarxum kəndi)

Qarxum kəndində Əşrəf adında bir seyid varıymış. Bu

seyid sınaqlı seyidlərdən imiş. Seyid Əşrəfin duaları ağır

xəstələrə şəfa verərmiş. Öləndən sonra qəbri ziyarətgaha

çevrilib. Seyidin qəbri üstündə nəzir-niyaz paylayırlar.

Ocağlıq verilir seyidin qızına. Bir dəfə bir ilan qızın

dizinin üstünə çıxıb yatır. Adamlar ilanı seyidin qızından

aralamaq istəyirlər. Qız tərpəndikcə ilan daha bərk sarılır.

Hamı qorxuya düşüb səsini kəsir. Bir müddətdən sonra ilan

120

özü sürüşüb gedir. İlan tez-tez gəlir, qızın dizləri üstündə

yatır. İlan qıza vurulubmuş. Bu möcüzəni görənlər Seyid

Əşrəfin qızına da seyid övladı kimi inanmağa başlayırlar.

Günlərin birində seyidin qızına elçi gəlir, toy olur.

Qız qonşu kəndə ərə gedir. Həmin kənddə də qıza inanırlar.

İlan bir xeyli görünmür. Qız başlayır rahat yaşamağa. Çox

çəkmir ilan yenə qızı tapır. Gündə bir dəfə qızın dizi

üstündə yatır. İlan tez-tez gəldikcə qız başlayır qorxmağa.

Qorxusundan ölür. Qızı da atasının yanında basdırırlar.

QIZ QALASI

(Xanlar rayonu, Köşkü kəndi)

Deyilənə görə qədim Gəncə vaxtılə Kəmənd dağının

ətəklərində olub. Bu dağın belində uca qala hasarları,

keşikçi qülləsi varıymış. Qala divarları qaya üstündən

çəkilib. Qalanın suyu Sarıyal dağından saxsı borularla

gəlirmiş. Sonralar bu qalanı dağıtmışlar. Varlı-hallı bir

tayfanın qızı uçan qülləni təzədən tikdirmişdir. Düşmənlər

basqın eləyəndə qülləyə od vurmuşlar. Qalanın daşları

üzərində oğuzların əl izləri durur. Bu qalaya Qız qalası

deyirlər.

NOVRUZ BAYRAMI

Novruz bir kasıb kişiydi. Hər bayramda təzə paltar

geyərdi, yumurta boyayardı, Şax bəzəyərdi. Dedilər:

- A Novruz, niyə belə bəzənmisən?

Novruz dedi:

- Bu bayram ən əziz bayramdı. Lap belə bir toyuğum

da olsa, satıb bəzənəcəm.

121

Novruzun sözü Allahtaalaya xoş getdi. Ona binəsib

bu bayramın adı Novruz bayramıdı.

QARININ BORCU

Deyir qarının bir sürü oğlağı varıydı. İl gümrah

gəlibmiş. Bayramdan sonra köbələk, dombalan hamısı

çıxıbmış. Hər yan gömgöy imiş. Qarı oğlaqları buraxır göy

ota. Deyir:

-

Mart, gözünə barmağım,

Dərd, gözünə barmağım.

Yaza çıxdı oğlağım.

Mart bunu eşidir. Yazdan on gün borc alır. Bir

tufan, bir çalpoy eləyir, gəl görəsən. Qarının oğlaqları

qırılır.

On gün sonra hava açılır. Qarı otların üstündə

çəlhim çəkir. Öz-özünə deyir: