Выбрать главу

- Otla, gözüm, otla!

HAÇA QAYA

Həzrət Əli Əleyhissalam hündür bir qayanın yanında

mühasirəyə düşür. Görür keçməyə yer yoxdu. Zülfüqarı

götürüb qayanın başından çalır. Qaya üç yerə bölünür,

haçalanır. Qayanın adı qalır Haça qaya.

Haça qaya çox sınaqlı ocaqdır. Ondan bir az aralıda

Həzrət Əlinin namaz qıldığı yer var: dizlərinin və alnının izi

durur.

İmam müsibəti günlərində Haçaqaya ağlayar,

qayadan qanlı göz yaşları damcılayır.

BİR TİKƏNİN OVSANATI

122

Cavan bir qız Məhəmməd peyğəmbərin yanına gəlif

deyir ki, ya peyğəmbər, mənə yaş təyin elə. Mənim neçə

yaşım olar?

Peyğəmbər Əleyhissalam qıza baxıf deyir ki, qızım,

sənin otuz yaşın olar. Qız qayıdır ki, ya peyğəmbər, düzdür,

mənim otuz yaşım var. Özüm də on beş ərə getmişəm,

amma qızam. Məhəmməd peyğəmbər qızın sözünə məhəttəl

qalır:

- Ay qız, sən bu sirdən məni agah elə görüm, bu necə

olan işdi?

Qız deyir:

- Ya peyğəmbər, canım sənə fəda, mən də belə

bədbaxtam. İndiyə kimi hası oğlana getmişəmsə, toy gejəsi

mana əlini vurmamış yatıf, savax yuxudan qalxmıyıf, ölüf.

Peyğəmbər Əleyissalamın əsavası Abuzər də onların

yanındeydı. Məhəmməd peyğəmbər Abuzərə deyir ki, sən

bu qızı oğluna almalısan. Bu sözü eşidəndə Abuzərin

qarnına sancı dolur. Amma onun nə həddi varıydı

peyğəmbərin sözünü çöyürsün. Deyir:

- Ya peyğəmbər, sən buyurandan sonra mən nəkərə-

yəm? Al deyirsən, alım.

Gün o gün olur ku, Abuzər oğluna toy eliyəsi olur.

Toy günü bir də görüllər ki, bir kor qarı gəlir, nəvəsi də

yedəyində. Adamların yanına çatanda qarı yalvarır:

- Ajam, cılpağam, Allah irzasına mana köməy eləyin.

Abuzər qarını da, nəvəsini də yaxşıcana doyuzdurur,

puldan- paradan verif yola salır. Qarı Abuzərin özünə də,

oğluna da alxış oxuya-oxuya çıxıf gedir.

Gejə tüşür, toy soğulur, ta nolasıdır, adamlar gəlini

bəyə tafşırıf dağılışdılar. Elə bu vədə qızın o biri

nişannılarını öldürən qara ilan genə özünü yetirir. Sürünə-

sürünə oğlannan qızın yatdığı döşəyin altındakı gəvənin

arasına girir. Allahdan olan kimi burdaja ilanı yuxu tutur.

123

Savax üzünüzə xeyırrıxnan açılsın, savax açılır. Bu

işin hamısı peyğəmbərə agahıydı. Peyğəmbər Əleyhissalam

deyir:

- Gedin bəynən gəlinin üstündə yatdığı gəvəni pükülü

mana gətirin!

O saat gedif gəvəni gətirillər. Məhəmməd peyğəmbər

əlindəki çubuxla gəvəni döyəşdiyir. Bir də görüllər budu ha

gəvənin arasından bir qara ilan yerə tüşdü. Peyğəmbər

Əleyhissalam ilana deyir:

-Ey Allahın dilsiz-ağıssız heyvanı, sən burda

neynəyirsən?

İlan deyir:

- Paho-vay, savax açılıb! Heş mənnən çıxmayan iş,

nətəri oluf ki, indiyənətən yatıf qalmışam? Ya Peyğəmbər,

agah ol, o qızın atası mənim erkək tayımı öldürüf. Mən

yazıx neçə illərdi təkəm. Onunçun da and içmişdim, neçə

ki, canımda can var, gərək onun qızını ər üzünə həsrət

qoyam.

Peyğəmbər Əleyhissalam adamlara buyurur ki, duz-

çörək gətirin. Duz –çörəyi ilanın qavağına qoyuf deyir:

- Səni and verirəm bu duz-çörəyə, o cavannardan əl

çək! Özun də get, filan bağçada bir qara ilan var, arvadı

ölüf. Bax onun yanına. Səni ona verdim!

İlan sürünə-sürünə çıxıf gedir. Məhəmməd

Peyğəmbər üzünü adamlara tutuf deyir:

- Bax Abuzərin oğlunu ölümdən qurtaran o kor

arvadın alxışıdı. Abuzərin verdiyi bir tikə çörək osanata

keçif.

İMAM HƏSƏNİN ARVADI

124

Günlərin bir günündə nətəri olursa Allah nəhlət

eləmiş Yezid, İmam Həsənin arvadını yoldan çıxarır. Onu

öyrədir ki, ərini öldürgünən səni oğluma alım. Arvad da

xəlvətcənə su cürdəyinə zəhər tökür. Gejə İmam Həsən

bərk susuyuf cürdəyi başına çəkir. Elə ordacana ciyarı

doğranıf ölür.

İmam Həsən ölənnən sonra Yezid arvadı öyünə

gətirir. Şər qarışır, arvad öydəki çıraxları görüf soruşur:

- Bu nədi belə yandırıfsınız?

Deyirlər bu çıraxdı, biz gejələr munun işığında

otururuq. Arvad da qayıdır ki, biz hamımız gejələr İmam

Həsənin işığına yığışardıx. Onun üzü gün kimi şox salardı.

Arvadın bu sözünə Yezidin bərk qəzəvi tutur:

- Sən ki, işığına oturduğun kişinin qədrini bilmədin,

mənim oğlumun qədrini hardan biləcəksən?

Munu deyənnən sonra arvadı qatırın quyruğuna

bağlatdırır. Deyir qatır hələ də o arvadı özünnən hərriyir,

dağda, daşda sürütməş çəkir. Onçun da əyax üstə su işmək,

əli-əl üstə çataqlamax günah sayılır. Onda qatır dayanır,

həmin o lənətdəmə arvadın yornuğu çıxır.

GƏNCƏ

Əli hökümlü pəhlivan olub. Atam-anam, balalarım

Əliyə qurban. Gəncəyə Əli şəhəri deyirlər, İmam Hüseyn

şəhəri deyirlər.

Bir gün canım qurban olmuş Əliyə Allahdan nida

gəldi. «Get filan yerə binə bas», Gəldi binə basmağa. Gördü

bir çoban qoyun otarır. Salam-kalam elədi. Dedi:

- Ay çoban qardaş, burda binə basmaq istəyirəm.

Nətərdi?

Çoban dedi:

125

- Çox gözəl. Amma bir az gənc elə. Yanı gencə olsun.

Əli dedi:

- Ay camaat, bu şəhərin adını Gəncə qoydum.

TAPMACALAR

Bir atım var mehriban,

Köksü suda hər zaman.

126

Gecə-gündüz kişnəməz,

Arpa-saman istəməz.

(qayıq, gəmi)

Bir balaca adacıq,

İçi dolu ağ muncuq.

(ağız, dişlər)

Bu gün şənbədir,

Küyləmə, düşənbədir.

Od yox, ocaq yox,

Qazanda bişən nədir?

(pendir)

Qıçları var, əli yox,

Yanları var, qabırğası yox.

(səndəli)

Daş üstə daylaq oynar.

(dolu)

Məcnunda yoxdu,

Leylidə var.

Yusifdə yoxdu,

Züleyxada var.

(«L» hərfi)

Taxcadan düşdü tapp elədi,

Gülsənəm onu happ elədi.

(siçan və pişik)

Ay gedər ha, il gedər,

Gecə-gündüz yol gedər,

Nə dili var, nə ağzı,

Nərildər aslan gedər.

127

(su)

Altı daş, üstü daş,

Arasında çətənəm

Qazanda bişən duzsuz

Aşımdı mənim.

(səməni halvası)

Bir atım var ağ alaca,

Özü gedər, yəhəri qalar.

(körpü altında su)

Biri gəlir,

Biri oturur,

Biri yatır.

(çay, ağac, torpaq)

Göydə doğulur,

Yerdə boğulur.

(torpaq)

Üç qardaşım var,

Biri suluyur,

Biri üfürür,

Biri bitirir.

(yağış, yer, günəş)

Dörd qardaşın bir papağı,