Hamısı birdən qoyur.
(stol)
Tapdım bir haça,
Lazımdır saca.
Atdım bir itə,
İt də lap qoca.
128
(kösöv)
Göydən yerə buz yağır,
Görün necə düz yağır.
Darı boyda, qoz boyda,
Görmədim qarpız boyda.
(dolu)
El-oba yatdı,
Ölü qıçın uzatdı.
(cəftə)
Eləmi qan ayağı,
Kəkliyin qan ayağı.
Aşıq bir hikmət görüb,
Üç başı, on ayağı.
(sağıcı, inək və dana)
Sağsağan səkər,
Quyruğun bükər.
Qaz qıqıldar,
İliyin tökər.
(nehrə)
Bir inəyim var: hanı-hanı,
Buynuzları sübhanı.
Onu sağanın əli gərək,
Dəmirdən qolu gərək.
(ilan)
Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Əyilir su içməyə,
Bəyirir oğlaq kimi.
129
(araba)
Göydən gəlir yağış kimi,
Suyunu dadmaq olmaz.
Toxuyur Culfa şalı,
Onu da geymək olmaz.
(hörümçək)
Bu dağlar kömürdəndi,
Keçən gün ömürdəndi.
Qardaşım bir meyvə yedi,
Saplağı dəmirdəndi.
(şiş və kabab)
Səfər bu evdə yatır,
Qol-qanadın o biri evə atır.
(bostan)
Atası donqar Əli,
Anası yastı Pəri,
Qızı ellər gözəli,
Oğlu hamıdan dəli.
(tənək, yarpaq, üzüm, şərab)
Qazan aldım,
İçinə quyruq saldım.
Qazan əridi,
Quyruq qaldı.
(ayaq, ayaqqabı)
Əlim ətdə,
Gözüm süddə,
Başım yunda.
(qoyunun sağılması)
130
O nədir ki, göbəyindən nallanır.
(pul)
Dəryada bir gül bitib,adı yox,
Şirinlikdən yemək olmaz, dadı yox.
(yeni doğulmuş uşaq)
Ana bir qız doğdu,
Nə əli var, nə ayağı.
(yumurta)
O nədir ki, uzun hoqqar,
Onu tapmayan olsun çaqqal.
(qarğıdalı)
Ləkdə yatır mışıl-mışıl,
Çiçəyi sarı, özü yaşıl.
(xiyar)
Bir dərədə yeddi təpə,
Bir təpədə yeddi dəlmək,
Bir dəlməkdə yeddi tülkü,
Bir tülkünün yeddi balası,
Eyləyir neçə hamısı?
(iyirmi səkkiz tülkü balası)
İlim-ilim ilməsi,
İlmə xatun düyməsi,
Hər kəs onu tapmasa,
Yeddi ilin xəstəsi.
131
(üzərrik)
Sildim, süpürdüm,
Gəl oynayaq, a dıvraq.
(cəhrə)
Bizdə bir kişi var,
Köndələn yatışı var.
(farmaş)
Qaraca-qaraca qağalar
Bizdən sizə yorğalar. (sac)
Bizdə bir kişi var,
Saqqalı yer süpürər.
(süpürgə)
Kəkliyin qan ayağı,
Daşlara qan ayağı.
O nədir ki,
Üç başı, on ayağı.
(inək sağan, inək, buzov)
Həşədən, ay həşədən,
Bir səs gəlir meşədən.
Atanın beş oğlu var,
Hamısı bir peşədən.
(corab milləri)
Gedər- gələr,
Evə girməz.
(qapı)
132
Yerdə doğar, göydə ölər.
(tüstü)
Qaşıqda oturur, ayaqlarını sallayır.
(əriştə)
Çəpərdən bir kişi baxır,
Ağzından ayran axır.
(bulaq)
Ağ yumaq,qırmızı yumaq,
Nə vaxt gəldi bizə qonaq.
(xalça)
Dəmirdən at, şeytan milçək,
Allahdan qüdrət.
(tüfəng)
Gecə qızarar,
Gündüz bozarar.
(çıraq)
Hap-hapı,
Dəmir qapı.
Şah ölkəsi,
Xan bağı.
(hamam)
Evimizdə bir kişi var,
Ağzında qırıx dişi var.
(oraq)
Ağac başında qalır,
Taxdadı dalı.
133
(xirnik)
Xəccəbanı, Xəccəbanı,
Altı qıçı var, iki dabanı.
(tərəzi)
O nədir ki, suya girəndə dağılar,
Sudan çıxanda, yığılar.
(at quyruğu)
O nədir ki, yerir-yerir, izi yox.
(bulud)
Geri baxır, gözü yox.
(zəli)
O nədir ki, ilğın yanır,
Közü yox.
(saman)
Suya girir, lillənir
Sudan çıxır dillənir.
(at buxovu)
- Ay quş, hardan gəlirsən?
- Qanlı qaya dibindən.
- Qanın niyə quruyub?
- Allah belə buyurub.
(qoyun quyruğu)
Qara toyuq,
Qarnı yarıq.
(buxarı)
Qara ayı yağladım,
134
Qaya dibinə bağladım.
(sac)
Min minarə,
Dibi qarə.
Yüz min çiçək,
Biri yarpaq.
(Göy, Yer, ulduzlar, Ay)
Bir damcı fit daşı,
Yandırır dağı-daşı.
(istiot)
Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi.
Əyilib su içəndə
Uluyur qara qulaq kimi.
(ərdo)
Tat tatı götürdü,
Tat oğlunu götürdü.
Oğlu yarpaq götürdü,
Yarpaq torpaq götürdü. (ev)
Atası üç yaşında,
Oğlu bazara gedər.
(xiyar)
Bir papağı var,
Min yarpağı.
(kitab)
Bir qarpızım var,
Cığır üstünə dünya sığır.
(qlobus)
135
Özü qara,
Sözü ağ.
(lövhə)
Bakıda bişər,
Gəncədə düşər.
(məktub)
Altı daşdı, daş da deyil,
Buynuzu var, qoç da deyil,
Qanadı var, quş da deyil.
(baramaqurdu)
Yer altda yağlı qamçı.
(ilan)
Ay ağalar, dur gedək,
Karvanını vur gedək.
Min bir açıq qapını
Bir kilidə vur gedək.
(qəbristanlıq)
Yer altında yağlı böyrək.
(siçan)
Hacılar haca gedər,
Dolanar gecə gedər.
Bir yumurta içində
Qırx-əlli cücə gedər.
(nar)
Dam üstündə,
Dana dingildər.
(dolu)
136
Dam dam üstə,
Dam dirək üstə.
Yeddi motal
Bir dirək üstə.
(istiot)
Yük üstə para kömbə.
(ay)
Çil toyuq, çiləmə toyuq,
Başını kəsdim qanı yox.
(gəbə)
Sarıdı, zəfəran deyil,
Dəmirdir, qiymətlidir.
(qızıl)
Dünyada ən şirin hiss.
(yuxu)
O hansı heyvandır ki,
Balasını doğub, qaçır.
(maral)
Çıxdım çölə, gördüm çöldə bir pəhlivan var:
Yeddi qat poladdan paltar.
(göy qurşağı)
Uzun-uzun uzatdım, suladım, taxdım.
(İynə-sap)
Dünyanı bəzər, özü lüt gəzər.
(iynə)
137
Alçaq dağdan qar yağar.
(ələk)
Üstü yaşıl, məxmərdi,
İçi şirin şəkərdi.
(qarpız)
Altı haça, üstü haça,
İki üzük, iki qılça.
(qayçı)
Yol üstə qazan qaynar.
(bulaq)
Qaçdım o təpəyə,
Qaçdım bu təpəyə.
Ayağım düşdü
Dərin küpəyə.
(çəkmə)
Mən gedirəm, o da gedir,
Yanımda tık-tık edir.
(ürək)
Bir balaca boyu var,
Dam dolusu toyu var.
(çıraq)
Dağdan gəlir, daşdan gəlir,
Qudurmuş bir aslan gəlir.
(sel)
138
Tap tapmaca,
Gül yapmaca.
Məməli xatın,
Dişləri yox.
(toyuq)
Üstü zəmi, biçərlər
Altı bulaq, içərlər.
(qoyun)
Gəlirdim kənddən,
Səs verdi bərkdən.
Ağzı sümükdən,
Saqqalı ətdən.
(xoruz)
Qara qatır qapıda yatır.
(qıfıl)
Bizdə bir kişi var,
Nənəmlə işi var.
(cəhrə)
Başını kəsdim, qanı yox.
(xalça)
Atdım atana,
Dəydi kotana,
Dəryada balığa,
Çöldə ceyrana.
(tüfəng)
Uzun qız uzanar,
Özünə köynək qazanar.
139
(oxlov)
İnsandan qabaq yaranır, insandan tez ölür.
(ürək)
Atdan hündür,
İtdən alçaq.
(yəhər)
Hət dedim, hüt dedim,
Qapı dalında yat dedim.
(süpürgə)
Halalar ay halalar,
Düzdə ceyran balalar.
Ayağından su içər,
Dimdiyindən balalar.
(buğda)