şəxsiyyətlərindən olan Əli ibn-Taliblə qoşa çəkilir.
Kitabdakı əfsanə və rəvayətlərin bir qismi dini obrazlarla
bağlıdır, bir qismi isə toponim əfsanələrdir.
Gəncə regionundan yazıya alınmış nağıllar orijinallığı
və özünəməxsusluğu ilə seçilir. «Comərd Qəssab» adlı
nağılda xalq sevimli qəhrəmanı Comərd Qəssabla Şah
Abbası qarşılaşdırır və burada da üstünlüyü Comərd
Qəssaba verir. Tarixilik baxımdan aralarında çox böyük
zaman məsafəsi olan bu iki şəxsiyyət nağıl obrazlarına
çevrilir.
«Gülməcələr» adlanan bölmədə incə yumoru ilə
seçilən və el müdrikliyinin ifadəsinə xidmət edən şifahi
xalq ədəbiyyatı inciləri toplanıb. Ayrım mahalı ilə bağlı
nümunələr həmin bölgənin ləhcəsində verilib.
Topluda «Bazar folkloru» adı altında xüsusi bir
bölmə də verilmişdir. Bu bölməyə daxil olan materiallar
sayca azlıq təşkil etsə də Gəncənin ticarət əlaqələrindən,
şəhər həyatından xəbər verən etnoqrafik dəlillər, faktlar
kimi çox dəyərlidir. Heç şübhəsiz ki, gələcəkdə bu
nümunələrin sayını artırmaq mümkündür.
Antologiyadakı uşaq folkloru örnəkləri də orijinallığı,
özünəməxsusluğu ilə seçilir. Zahirən mənasız görünən bu
nümunələr güclü məntiqi bağlılığa malikdir. Düzgülər,
oyun nəğmələri, dolamalar, yanıltmaclar gənc nəslin estetik
10
tərbiyəsində əvəzsiz rol oynayan folklor örnəkləridir. Bu
nümunələrdəki axıcılıq, lakoniklik, dinamizm, yığcamlıq,
ən başlıcası isə ahəngdarlıq onların tez əzbərlənməsinə və
uzun müddət yadda qalmasına kömək edən bədii
keyfiyyətlərdəndir. Eyni zamanda bunlar kainat
qanunlarının sadələşmiş şəklidir.
Nənələrimizin həsrətindən, niskilindən, göynəyindən
göyərmiş, sevincindən pərvazlaşmış, gül açmış kövrək
bayatılar Azərbaycanın hər yerində olduğu kimi Gəncədə
də geniş yayılmışdır. Bu bölgədən toplanmış bayatılar və
ağılar sisteminə salınmış və kitaba daxil edilmişdir.
Dərdini, sevincini, bayatı həzinliyi ilə dilə gətirməyi
bacaran bu xalq yaratdığı şerləri mahnıya çevirmiş, musiqi
dili ilə daha təsirli formada ifadə etmişdir. Həmin
nümunələri bütöv şəkildə olmasa da «Mahnılar» və «Mahnı
yarpaqları» başlığı altında topluya daxil etməyi
məqsədəuyğun saymışıq.
Materiallardan istifadə etməyi asanlaşdırmaq üçün
kitabın sonunda «Söyləyicilər haqqında məlumat»
verilmişdir.
Gəncə folkloru hikmət dəryasıdır. Bu dəryadan
çıxardığımız az-çox nə varsa, hamısı xalqın öz malıdır,
özünə qaytarırırq. Gəncəmizi kitabın növbəti cildini
hazırlamaq işində köməyə çağırırıq. Göstərilən hər cür
iradlar, tənqidi qeydlər üçün əvvəlcədən öz
minnətdarlığımızı bildiririk.
RUZIYƏ QULIYEVA
11
ALQIŞ VƏ DUALAR
Allah süfrəni açıq eləsin!
Allah köməyin olsun!
Ağgünlü olasan!
Allah qəfil xata-baladan saxlasın!
Allah gözünə işıq versin!
Allah əziz eləsin!
İman yiyəsi olasan!
Əlinnən verdiyin qabağına çıxsın!
Xoşxəbər olasan!
İşin irəli!
Cibin dolu olsun!
Üzün ağ olsun!
Səni görüm «neyləyim», «necə eləyim» deməyəsən!
Allah ruzunu başından töksün!
Qədəmin uğurlu olsun!
Bəxtindən yarıyasan!
Əllərin var olsun!
Əlin-qolun ağrımasın!
İstəyinə çatasan!
Allah şəfa versin!
Yastığın yüngül olsun!
Bala dağı görməyəsən!
Qonşuluqdan əksik olma!
Ümid yeri olasan!
Həmişə toylarda!
Şadlıqlarda görüşək!
Şadlıqda qal!
Evinə şadlıq apar!
Axır qəmin olsun!
Dörən-döşən pay götür!
Başın uca olsun!
12
Allah toy qismət eləsin!
Urzun başından yağsın!
Allah yaman gün verməsin!
Allah ömür versin!
Allah canını sağ eləsin!
Həmişə evində-eşiyində!
Hər səfərdən sağlıqnan!
Allah kölgəni üstümüzdən əksik eləməsin!
Ağgünlü, ağ yaylaqlı olasan!
Allah sənə bir şirin pay versin!
Allah səni göyərtsin!
Min budaq olasan!
Allah malına bərəkət versin!
Sözünün qabağında əzizin dursun!
Balalarından yarıyasan!
Allah əvəzini versin!
Allah özü qıymasın!
Balan sağ olsun!
Oğlun sağ olsun!
Toyunda xərcləyək!
Toyunu görək!
Allah sənə də gəlin qismət eləsin!
Nəvə-nəticəli olasan!
Səni görüm yüz yaşa!
Oğul-qız toyu görəsən!
Qapın həmişə xeyirliyə açılsın!
Bəxtin üzünə gülsün!
Bağlı qapın açılsın!
Ulduzları barışsın!
Qoşa qarısınlar!
Xoşbaxt olasan!
İşin avand olsun!
Allah bazar versin!
Allah uğur versin!
13
Uğruna xeyir!
Qazancın xeyirliyə qismət olsun!
Allah bədnəzərdən iraq eləsin!
Qonaq – qaralı olasan!
Allah amanında!
Gözün aydın olsun!
Aydınlıq içində olasan!
Muştuluğun borc olsun!
Yorulmayasan!
Sağ ol!
Allah balalarını gözünə çıraq eləsin!
Günün günündən xoş keçsin!
Allah yox yerdən ruzunu yetirsin!
Üzün ağ osun!
Qabağından duru sular axsın!
Xeyir qabağına çıxsın!
Axırın xeyir olsun!
Yaman gözdən iraq!
Sabahın xeyir!
Axşamın xeyir!
Gecən xeyrə qalsın!
Şirin yuxular görəsən!
İşığa söyləyirəm!
Suya söyləyirəm!
Qapına toylara gələk!
Allah səni heç kəsə möhtac eləməsin!
Xoş xəbərini eşidək!
Ayağın sayalı olsun!
Əməyin əlində qalmasın!
Süfrən dolu olsun!
Alnına gün doğsun!
Günün yağlı olsun!
Allah səni sevindirsin!
Allah qəbul eləsin!
14
Allah ovsanatdan çıxartmasın!
Allah ürəyinə görə versin!
Allah səni dar amanda qoymasın!
Allah dardan qurtarsın!
Güllü –çiçəkli olasan!
Allah başatan versin!
Əlində – ovcunda qalsın!
Yekə qız olsun!
Yekə oğlan olsun!
Allah özü xeyrə calasın!
Allah xeyrə döndərsin!
Allah səni anana başatan versin!
Yarıyanlardan olasan!
Allah bəxtini açsın!
Günün ağ olsun!
Neçə belə bayramlara çıxasan!
Ağzın şirin olsun!
Allah səni gülməkdə eləsin!
Oyunun olsun!
Toyunda oynayaq!
Əlinnən verdiyin balalarının qabağına çıxsın!
Allahın kərəmi uca olsun!
Qurbanın qoyun olsun!
Qayım-qədim olsun!
Adınnan yaşasın!
Sağlığına qismət!
Toylara geyəsən!
Ağız şirinliyinən!
Sağlıqnan işlədəsən!
Bayramın mübarək!