Axırın paxır olsun!
Allahın qəzəbinə gələsən!
Dilinə qarayara çıxsın!
Ağzını qara molla yumsun!
Ağzın zəhər dadsın!
Yurdunda keçi başı tutan qalmasın!
Günün göy əskiyə düyülsün!
Günün günündən qara gəlsin!
Allah lənət eləsin!
Qazancın qana dönsün!
Evin yıxılsın!
Çırağın keçsin!
Səni bedava dərdə düşəsən!
Əndamına piltələr qoyulsun!
Boğazına qarayara çıxsın!
Boğazına şiş batsın!
Yastığın ağır olsun!
Səni görüm ölməyəsən: yeddi il bir üzünün üstə yatasan,
yeddi il bir!
Şeytan olub divara yapışasan!
Qolların qurusun!
Dilin çürüsün!
Qanın daşlara dağılsın!
Qanın qotura dərman olsun!
Qanına bələn!
Anan səni ağlasın!
Meydini görüm!
Səni yanasan!
Allah səni əlimdən alsın!
Yarandığın günə peşman olasan!
22
Adın batsın!
Adın adlara qoyulsun!
Üzün heç ağ olmasın!
Üzün qara olsun!
Ömrün gödəlsin!
Allah başına mən ağırlıqda daş salsın!
Qolların yanına düşsün!
Ciyərin yansın!
Öləndə üstündə su tapılmasın!
Gora əliuzanıqlı gedəsən!
Əlin çörəyə çatmasın!
Bəxtin qara çalınsın!
Səni daşa dönəsən!
Çörək atlı olsun, sən piyada!
Allah sənə qotur versin, dırnaq verməsin!
Allah düşmənimi də sənə möhtac eləməsin!
Səni qanının içində oynayasan!
Yəhərin dönsün!
Yəhərin qanla dolsun!
Vayına oturum!
Meydini ağlıyım!
Belin sınsın düz ortadan!
Səni şil olasan!
Barmaqların topal olsun!
Barmağın qurusun!
Alnına gün doğmasın!
Yurdunda bayquşlar ulasın!
Yurdun itsin!
Səsin batsın!
Sinənə çalın-çarpaz dağ çəkilsin!
Xoş gün görməyəsən!
Görüb görəcəyin elə bu olsun!
Axır gedişin olsun!
Allah cəzanı versin!
23
Başına qara yaylıq salınsın!
İgid arxan yerdə qalsın!
İt əlindən əppək almasın!
İtnən bir qabda yal içəsən!
Qızıl gülləyə tuş gələsən!
Anan qanını yalasın!
Anan mələr qalsın!
Ağlar günə qalasan!
Üzünə daş yamansın!
Üzün batsın!
Üzünü mürdəşir yusun!
Yarımayasan!
Papağın boş qalsın!
Boyunu yerə soxum!
Boyuna boz ip ölçüm!
Gordan gora hoppanasan!
Allah səni həmişə mənə möhtac eləsin!
İmanına qorxaq tula bağlayım!
Gora imansız gedəsən!
Adın daşlara yazılsın!
Kökün kəsilsin!
Kökün qazınsın!
Toxumunuz Yer üzündən biryolluq kəsilsin!
İynən tikiş tutmasın!
Allah sənə umur ucu verməsin!
Niyyətin gözündə qalsın!
Gələnin qabağınnan baxasan, gedənin dalınnan!
Xudavəndi-aləm gözünü töksün!
Burnuna duzlu sular qoyulsun!
Ağrım ürəyinə!
Qadanı qara yer alsın!
Üzünü gor görsün!
Gözün tökülsün!
Vurğun vursun!
24
Heç eynin açılıb üzün gülməsin!
Barmağın xına tutmasın!
Səni yarımayasan!
Qucağın qundaq, ağzın quymaq tanımasın!
Əlin boş olsun, üzün qara!
Ağzın yaşmaq, ayağın başmaq görməsin!
Dilbilməz əlində qalasan!
Səni bimar qalasan!
Səni gözdən olasan!
Cibində siçanlar oynasın!
Bin-bərəkətin göyə çəkilsin!
Toyun vaya dönsün!
Ürəyinə güllə dəysin!
Qapın bağlı qalsın!
Qəfil bəlaya tuş gələsən!
Şərə düşəsən!
Özündən qıllısına rast gələsən!
Qulağın Quran səsi eşitməsin!
Yığvalın qara gəlsin!
Ağzından çıxan qoynuna dolsun!
Səni heç sağ olma!
Qarnında gora getsin!
Parça-parça olasan!
Heç ürəyin açılıb, üzün gülməsin!
Gözün əllərdə qalsın!
Külün göyə sovrulsun!
Kül başına!
Bala böyüdüb barını yeməyəsən!
Oğul toyu görməyəsən!
Heç bərəkallah almayasan!
Üzün gülüb, ürəyin açılmasın!
Bir yerdə oturub, min yerə qurd salasan!
Heç başın uca olmasın!
El içində xar olasan!
25
Allah dilini gödək eləsin!
Qarnına qara xamırrar bağlansın!
Mənim qara yaylığım sənin başına salınsın!
Gözün ovcuna qoyulsun!
Gorun çatlasın!
Qadam ağzına!
Yarımayasan!
Allahın ucuz ölümü yoxdu, öləsən!
Üzün tüpürcəkli olsun!
Səni sonsuz öləsən!
Evin başına uçsun!
Süysünündən vurul!
Bizə dəyənə Allah dəysin! Biz ki, heç kəsin toyuğuna kiş
demirik. Yatar oğlağına daş atmırıq.
Bayramın qara geysin!
Qan qusasan!
Səni görüm ər çörəyi yeməyəsən!
Mən görən gündən görəsən!
Günüm sənə borc olsun!
Al qanın göl olsun, göl qanın xırman!
Səni görüm yeddi qıznan bir süfrəyə əl uzadasan!
Əndamın iylənsin!
Sinənə Əli-Vəli dağı çəkilsin!
Gözünə tikan batsın!
Öləndə ağzına su tökən tapılmasın!
Səni səhərə sağ çıxmayasan!
Sənə and qənim olsun!
Əllərimin əməyi səni tutsun!
Havayı güllə bu üzündən girib, o üzündən çıxsın!
Səni görüm öz canının hayına qalasan!
Allah başını qatsın!
Allah səni mənə çox görsün!
Səni xain ilan vursun!
Allahdan istəmişəm, səni diri olasan, dilənçi olasan!
26
Quran sənə qənim olsun!
Səni anda düşəsən!
Qulağına yuyucu barmağı girsin!
Tay-tuşdan seçkin olasan!
Qəfil xataya düşəsən!
Dilinə düyün düşsün!
Baca-baca olasan, a belə bacı!
Başın duran yerdə ayağına daş dəyməsin!
Yeyib-içdiyin zədən-zədən burnundan gəlsin!
Səni heç yarımayasan!
Ağlına keçə yamayım!
Qurda-quşa yem olasan!
Səni heç artıb-aramayasan!
Süfrəmdə yediyin halal çörək səni tutsun!
Canın qara yerdə qalsın!
Saqqalın doğransın!
Səni bildiyin boyda dərdə düşəsən!
Vay xəbərin gəlsin!
Sağ gedib salamat qayıtmayasan!
Dilindən dara çəkiləsən!
Qarğa-quzğuna yem olasan!
Allah olan-qopan ağlını da əlindən alsın!
Dəli ol, düzlərə düş!
Görüb-görəcəyin elə bu olsun!
Allah bəlanı versin!
Qolun yanına düşsün!
Qulağına qara pambıq tıxansın!
Kor olasan!
Kor olub yedəkdə gəzəsən!
Seyidlərin cəddi sənə qənim olsun!
And yiyəsi sənə qənim olsun!
Uğrun daşa dəysin!
Pis gözə bıçaq batsın!
Yaman gözə tikan batsın!
27
ANDLAR
And olsun bizi yaradan Allahın birri birliyinə!
Allah haqqı!
And olusun Yeri-Göyü Yaradana!
And olsun bizi yoxdan xəlq Eləyənə!
And olsun gecəni-gündüzü Yaradana!
Bu qızıllı Quran haqqı!
And olsun Yerin-Göyün Sahibinə!
And olsun Yerə-Göyə!
And olsun gecənin-gündüzün Sahibinə!
And olsun bu otu bitirənə!
And olsun yağışı Yağdırana!
And olsun küllü-məxluqatınYiyəsinə!
Yer haqqı!
Göy haqqı!
Bu su haqqı!
And olsun bu suyun mələklərinə!
Kəpəz haqqı!
Qoşqar haqqı!
İmamzada haqqı!