Bu qiblə haqqı!
Bu qənd kimi gözüm ağarsın, əgər yalan deyirəmsə!
Bunun Minada kəsilən qurbanlığı haqqı!
Bu qəndin halvalığı haqqı!
Bu dəzgah haqqı!
Bu od kimi gözüm yansın, yalan deyirəmsə!
Bərəkət haqqı!
Anadan əmdiyim südə and olsun!
Bu halal sürfən haqqı!
Bu halal sürfədə kəsdiyim duz-çörək haqqı!
Haqq-salam haqqı!
28
Meçid haqqı!
Bu düyünün qulfallahı haqqı!
Bu nəzir haqqı!
Bu halal çörəyin haqqı!
Bu çıraq haqqı!
Bu ocaq mənə qənim olsun, yalan desəm!
Bu işığa kor baxım, yalan deyirəmsə!
Yediyim çörək haqqı!
Öləndə üstümdə su tapılmasın, yalan desəm!
And olsun bizi yaradan Allahın cəlalına!
And olsun bu küləyi Əsdirənə!
Balamın əziz canı haqqı!
Dədəmin canı üçün!
Oğlumun ölmüşü haqqı!
Balam ölsün, yalan deyirəmsə!
Pir haqqı!
Üzünün nuru haqqı!
Əzizlərimizin yatdığı torpaq haqqı!
Ətağa!
Həzrət Abbas haqqı!
Qətl haqqı!
Bu əziz gün haqqı!
Əzizlərimizin urfu haqqı! Gör hara and içirəm?!
Şamambəyimin cəddi haqqı!
Qara Seyidin cəddi haqqı!
Torpaq haqqı!
Ay haqqı!
Bu gecənin Yiyəsi haqqı!
Bügünkü günün İmamı haqqı!
And olsun kəsdiyimiz duz-çörəyə!
Sənnən kəsdiyim çörək burnumun iki deşiyindən gəlsin,
əgər yalan desəm.
İmamzadaya and içirəm!
Göy İmamın göy sandığı haqqı!
29
Mir Qafar ağanın cəddi haqqı!
Seyid Bayram ağanın cəddi haqqı!
And olsun Miskin ocağına!
Göy İmamın göy günbəzi haqqı!
Seyid Mürsəl ağanın cəddinə and içirəm!
Bu buğdanı bitirən haqqı!
Sənin canına and içmirəm. Öz canım haqqı!
Bu qızıldan qiymətli başın haqqı!
İki gözdən olum, əgər yalan deyirəmsə!
Çörək haqqı!
Bu duz haqqı!
Bu halal nemət haqqı!
Çörəyin bərəkəti haqqı!
Bu duzun tamı haqqı!
Bu tam haqqı!
And olsun əzizlərimizin üz qoyduğu yaralı torpağa!
Bu Sabahın Yiyəsi haqqı!
And olsun günü günortadan göndərənə!
Əlinnən verdiyin çörək mənə qənim olsun, yalan desəm!
Dilim qurusun, birini altdan, birini üstdən desəm!
Dədəmin urfu haqqı!
Dədəmin goru haqqı!
Gora imansız gedim, yalan desəm!
Yalan deyirəmsə, bu axar su üstümdə tapılmasın!
And olsun bu əziz bayrama!
Qurana əl basıram!
And olsun dədəm oxuduğu Qurana!
And olsun göy otu göyərdənə!
Bu süfrə haqqı!
Yalan deyənə and qənim olsun!
Yalan deyəni and kəssin!
Bu isti təndir haqqı!
Bu yanar ocaq haqqı!
Bu ocaq mənə qənim olsun, yalan desəm!
30
Sənin əziz canına and olsun!
And olsun qəriblər ağası qərib İmam Rzanın qəbrinə!
And olsun şəhidlərimizin ruhuna!
And olsun əzizlərimizin goruna!
Namusuma and içirəm!
And olsun qara daşa muraz Verənə!
And olsun bağlı qapılar Açana!
And olsun borclunu borcdan Qurtarana!
And olsun qeyb xəzinəsindən ruzu Verənə!
Bu yol haqqı!
Bu Əli yolu haqqı!
Qərib Seyid haqqı!
Aldədə haqqı!
Haçaqaya haqqı!
Başın haqqı!
31
TAPŞIRMALAR
Səni yeri-göyü Yaradana tapşırıram!
Səni o bir Allaha tapşırıram!
Səni bu işığa tapşırıram!
Səni bu gecənin Yiyəsinə tapşırıram!
Səni anda tapşırıram!
Səni əlimin əməyinə tapşırıram!
Səni kəsdiyimiz duz-çörəyə tapşırıram!
Səni bu yanar ocağa tapşırıram!
Səni bu isti təndirə tapşırıram!
Səni bu axar suya tapşırıram!
Səni gözümün yaşına tapşırıram!
Səni bu qızıllı Qurana tapşırıram!
Səni bu şərnən şamın arasına tapşırıram!
Səni bu ağ birçəyimə tapşırıram!
Səni bu Əli yoluna tapşırıram!
Səni bu əllərimə tapşırıram!
Səni bu göy otu Göyərdənə tapşırıram!
Səni bu yağışı Yağdırana tapşırıram!
Səni bu yornuq qollarıma tapşırıram!
Səni bu yuxusuz gözlərimə tapşırıram!
Səni bu axar suyun mələklərinə tapşırıram!
Səni İmamzadaya tapşırıram!
Səni oxuduğum Qurana tapşırıram!
Səni südümə tapşırıram!
Səni Haqq Yiyəsinə tapşırıram!
Səni bu Sabahın Yiyəsinə tapşırıram!
Səni Məkkə-Mədinəyə tapşırıram!
32
33
34
INAMLAR
İlin-ayın axır çərşənbəsində səhərertə su üstünə
gedərlər. Xırda daşlar gətirib çuvalların dibinə qoyarlar.
Evin ruzu-bərəkəti bol olar.
Axırıncı çərşənbədə obaşdan durub lal su gətirərlər. Su
evə çatınca heç kəslə kəlmə kəsməzlər. Lal suyu evin dörd
küncünə səpərlər. Ondan balatı tutarlar. Lal su bin-
bərəkətdi.
Astanada görüşməzlər.
Sınıq güzgünü evdə saxlamazlar.
Gecə ev süpürməzlər.
Gecə saç kəsməzlər.
Gecə dırnaq tutmazlar.
Şər vaxtı ocaqdan od verməzlər.
Şər vaxtı yatmazlar.
Qırxlı uşağın üstünə girməzlər. Girsələr, əllərini suya
çəkərlər.
Xəstədən danışanda deyərlər: Üstünüzə yüngüllük!
Ölüm xəbəri verəndə deyərlər: Üstünüzə-canınıza
sağlıq!
Asqıran olanda deyərlər: Ya Haqq Allah!
Bəd xəbər söyləyəndə deyərlər: İraq qulağınızdan!
Süfrə üstündə hər sözü danışmazlar. İşdi,danışan olsa
deyər: İraq süfrədən!
Yas yerində, süfrəni salan özü yığmalıdır.
Pay gələn qabı boş qaytarmazlar.
Təzə gəlinə üzgörümcəkliyi verərlər.
Uşağın bələyinə pul qoyarlar.
Uşağa ölü adı qoymaq istəyəndə, ölünün adına halva
çalarlar. Ad yiyəsindən icazə alarlar.
Pis xəbər eşidən adam qulağını çəkib deyər: Kiş-kişlər
olsun!
35
Böyüklər kiçiyin alnından, kiçik böyüyün əlindən öpər.
Duz yerə dağılanda dava düşər, üstünə bir qırıq qənd
qoyarlar.
Sarımsağı, soğanı ələ verməzlər, acılıqdı.
Hər adam sarımsaq-soğan əkməz. Düşər-düşməzi olar.
Ölü dalınca danışmazlar. Əgər danışası olsalar:
«Torpağı qulağında olsun», - yaxud «Şeytanları xəbər
aparmasın», - deyərlər.
Yol böyüyün, su kiçiyindi.
Böyük süfrəyə xeyir-dua verməsə, kiçik əlini uzatmaz.
Böyüyün sözünü kəsməzlər.
İki adam eyni vaxtda bir sözü desə, ikisi də sevinəcək.
Uzaq yola çıxanın dalınca su atarlar.
Ayaqqabı tərs düşərsə, işin tərs gətirəcək.
Yenicə ayaq tutan uşaq ayağını ağzına aparırsa, özünə
tay axtarır.
Evə girəndə o evə salam verərlər. Çıxanda
xudafizləşərlər.
İt arxası qapıya tərəf yatarsa, ev yiyəsinin sözünü
danışırlar.
Qayçını ağzı açıq qoysan, sözünü danışırlar.
Çəngəl-bıçaq düşəndə kişi, qaşıq düşəndə arvad qonağı
gələr.
Süfrədə qablar düzülərsə, qonaq gələr. Deyirlər yol
düşür.
Göz səyriyərsə, xəbər gələr. Xoş xəbər olsun deyə