gözün üstünə qırmızı qoyarlar.
Qızılca çıxaran uşağı qırmızı geyindirərlər.
Ölən adamın papağını, baş örtüyünü evdə saxlayarlar.
Toy günü ata evində gəlinin ovcuna düyü qoyarlar.
Gəlin evdən çıxanda xəlvətcə düyü səpər, qızların adını
çəkər. Adı çəkilən qız tezliklə ərə gedər.
36
Toy günü qız yengəsi dədə evindən bir mismar götürür.
Oğlan evində qapının dalına çalır. Onda qızın yeri möhkəm
olar.
Bayramda hamı bayramlaşar. Bir-birinə sovqat aparar,
deyərlər:
- Bayramın mübarək olsun!
- Neçə təzə bayramlara çıxasan!
- Ayın-günün şad olsun!
Nüyvər yeyəndə deyərlər:
- Başımın-dişimin ağrısı pis adamlara!
Nüyvəri verənə dil-ağız eləyərlər:
- Təzə nüyvərlərə çıxasan! Ağzın şirin olsun!
Əziz ölüsü ölən adamın kürəyinə bir çimdik ölü torpağı
tökərlər. Onda ölü yiyəsi sakitləşər.
Səhər yuxudan duranda sağ ayağını atsan, işin rast
gələr.
Süpürgə yananda külək əsər.
Süpürgəni tərs qoysan qonaq gələr.
Yuxuda üzüm görmək göz yaşıdı.
Yerə tökülmüş çörəyi süpürməzlər; bərəkəti qaçar.
Bircə-bircə yığarlar. Öpüb göz üstə qoyarlar. Deyərlər:
Bərəkətinə qurban olum!
Danışanın sözünü kəsməzlər. Kəsəndə deyərlər:
«Sözünün qabağında əzizin dursun», «Sözünü balla
kəsirəm», «Dərdini unut, sözünü unutma».
Üzün alışırsa, kimsə səndən danışır.
Leysan yağanda mis qazan döyəcləyirlər.
Qaynar suyu yerə tökməzlər. Cin balaları-fəriştələr
yanar. Anası da heyifini alar.
Şər vaxtı arxın başında oturmazlar. Onda vurğun vurar.
Qız uşağı gecə güzgüyə baxmaz. Onda baxtı küsər.
37
Südəmər uşaq ilk dəfə su içənə qədər susamır.
Mələklər özləri su içirdir.
Toyuğun banlaması nəhs əlamətidir.
Sağsağan qarıldayanda qonaq gələr.
Kimisə həddən artıq tərifləmək günah sayılır.
Tərifləsən gərək belə deyəsən: «Sizdən yaxşı olmasın!».
Qızı olan ananın südü göz dərmanıdır. Bircə damcı süd
göz ağrısını sağaldır.
Yuxuda ölü görsən, gərək salavat çevirib, Quran
oxutdurasan. Ya da adına halva çalasan.
Adınada ölülər umduğu, köç elədiyi ocağa gələr, gərək
iy çıxardasan. Ölülərin adına qazan asasan.
Çörək boğazında qalarsa, demək ev adamlarından
kimsə acdır.
Kim çörəyi ovxalayıb süfrəyə töksə, qaynanası
deyingən olar.
Çörəyi diz üstə kəsməzlər. Bərəkəti qaçar.
Sel gələndə anasının ilki çölə çıxar. Əlini yağışın altına
tutar:
Mən anamın ilkisiyəm,
Ağzı qara tülküsüyəm.
Mən kəsirəm,
Sən də kəs!
Ocax ilanını öldürməzlər. Ocağın bərəkəti göyə
çəkilər.
Ziyanlıq heyvanın ətini məhsul qazanına bulamazlar.
Onda ziyanlıq artar.
Təndirdən çıxan çörəyin siftəsini kim yesə, ilk bəxti
ölər.
Deyirlər qoz ağacı əkən barını yeməz.
Xıdır Nəbi bayramında qovud ununu xəlvət yerə
qoyarlar. Xıdır həmin una barmağını batırsa, ocaqda bolluq
olar.
38
Axır çərşənbədə yumurtanı xəlvət yerə gizlədərlər.
Yanına da iki qələm qoyarlar: biri qara, biri qırmızı. Xıdır
Nəbi yumurtaya qara xətt çəksə niyyətin baş tutmayacaq.
Qırmızı xətt çəksə niyyətin hasil olacaq.
Uğruna qara pişik çıxsa, nəhs əlamətidir. Gərək ya dala
qayıdasan, ya da yerində üç dəfə hərlənəsən.
Uşaqları öyrədərlər. Çiməndə bu sözləri desin:
Ağırlığım, uğurluğum,
Tökül, tökül…
Tökül, tökül!
Göydə uçan quşlara,
Dağlara – daşlara,
Çayda çimən qızlara,
Çimməyən oğlanlara.
Tökül, tökül,
Tökül, tökül…
Gecə vaxtı uşağı çölə çıxarmazlar. Çıxartsalar başının
altına, yaxud boynunun kökünə bir tikə çörək qoyarlar.
Uşaq gül kimidir. Ananın belə nəfsi keçər, gözü dəyər.
Gərək uşağın üzünə çox baxmasın. Baxarsa, sonra öz
burnunun ucuna baxmalıdır.
Pay yeyənin dilindən pay çıxar. Gərək öz yaşıdı olan
uşağa deyə:
- Dilimdən pay çıxıb.
Həmin uşaq da əlacını göstərə:
- Tüpür, yerə düşsün!
Dilindən pay çıxan yerə tüpürməlidir. Bu sözlər və
tüpürmək üç dəfə təkrarlanır.
Yuxunu suya söylərlər. Su aydınlıqdı.
Axar su olmayan yerdə yuxunu işığa söylərlər.
Gecə yuxu söyləməzlər, söyləsələr deyərlər:
- Gündüz adına söyləyirəm.
39
Əziz adama üz verə biləcək bədbəxt hadisənin adını
çəkəndə deyərlər:
- İraq cannan!
- Dilim-ağzım qurusun!
- Ağzıma daşlar!
- Allah mənə o günü göstərməsin!
Tərəzinin üstündən addamazlar. Ziyanlıqdır.
Uşağın beşiyini boş yürgələməzlər. Onda uşaq ölər.
Yaxşı yuxunu gizlin saxlayarlar. Onda çin olar.
Paltarın siftəsini yiyəsi geyinməlidir. Özgə geyinsə
paltar sahibi ölər.
Körpə uşağın üstündən fil dişi, dağdağan, gözmuncuğu,
pişik tükü, qızıl asarlar. Onda uşağa göz dəyməz.
Bayram axşamı qapıları bağlamazlar, otaqlarda işıq
yandırarlar.
Gedənin dalınnan daş atsan, geri qayıtmaz.
Yuxuda at muraddı.
Yuxuda paltar darlıqdı.
Yuxuda saç qarışıqlıqdı, qayğıdı.
Xəmir yoğuran iki adam əlini eyni qabın içindəki suda
yusa, öc düşər.
Ölüyə çox göz yaşı axıtmazlar. Onda yeri yaş olar.
Körpə uşağın paltarı, əskisi gündüz sərilməlidir. Şər
vaxtına qalsa, uşağa sədəmə toxunar.
Əli ağır olan dula gedər.
Gec-gec gələn adamın ayağının altına dəmir atarlar.
Onda ayağı sayalı olar.
Bir şeyin tayını tapmayanda, yerdən bir ağ, bir bir qara
daş göbtürüb deyərlər:
- Ağ daş, qara daş,
Allah, buna bir yoldaş.
Bir ölünün ruhu diridən əl çəkmirsə, Quran oxudar,
adına qazan asarlar. Əgər əməl yeməsə, adını çəkər,
sarımsağı, soğanı dişləyib tullayırlar.
40
Aya salavat çevirərlər.
Hamilə qadın gözəlləşsə oğlu, kifirləşsə qızı olar.
Təndir qalananda, çörək bişəndə deyərlər:
- Bərəkətli olsun!
Təndir başına kündə gətirən kündənin qurtardığını belə
deyər: «Bərəkətdi».
Təndir canlıdı; əppək bişirən lap sonda deyər: «İçin
dolu olsun, qırağın şen!
Göyərçini vurmazlar, yuvasını uçurmazlar, günahdı
deyərlər.
Qulağın cingildəsə, deməli, sözünü danışırlar. Gərək
həmin adamın adını tapasan.
Suyu mundarlamazlar.
Axar suya tüpürməzlər.
Yazda göy guruldamamış yemlik yeməzlər.
Dədəsinə oxşayan qız xoşbəxt olar.
Hıçqıran adama qəfildən deyərlər: «Nə oğurlamısan?»
Hıçqırtı o saat kəsər.
Saçla dırnağın kəsiyini hara gəldi atmazlar, günahdır.
Sübh tezdən duranın ruzusu bol olar.