Kösöyü götür,
Bizi qovala.
ARAZ GƏLIR
Araz gəlir,
Lil gəlir
Dəstə-dəstə
Gül gəlir,
O gülün birin
Üzəydim,
Saç bığıma
Düzəydim.
Saç bığım qatar-qatar,
Üstündə
Oğlan yatar,
Oğlanın əl yaylığı,
385
Ucunun zər yaylığı.
Oğlan mənə
Bir qızıl alma,
Mən oğlana
Can bağışlaram.
DIMBILI KİŞİ TAR ÇALIR
Dımbılı kişi tar çalır,
Arvadı qarmon çalır,
Uşaqları oynayır,
Qonşuları əl çalır.
MƏMMƏDALI
Məmmədalı,
Çal qavalı.
-Kim oynasın?
-Gülzar qarı.
QARĞA QAR İSTƏR
Qarğa qar istər,
Qəhrəman arvad istər,
Arvadı tuman istər,
Tumanı da pul istər.
KEÇƏL
386
A keçəl, haran yaxşıdı,
Dağdan aran yaxşıdı.
Başın keçəl, gözün kor,
Bə sənin haran yaxşıdı?
Keçəl, keçəl, noxudu keçəl,
Ayran içər, kəndə qaçar.
Oxloy atar,
Gözünə batar.
YAĞIŞ YAĞAR
Yağış yağar,
Nəm çilər,
Qapını kəsər
Elçilər.
Anam deyər:
-Qoy verək.
Dədəm deyər:
-Qoy görək.
Ay dili qurumuş nənə,
Bir sən də dillən görək.
TÜKƏZBAN YATIR
Tükəzban yatır,
Qız demə qatır.
Xor-xor xoruldar,
Gur-gur guruldar.
Gözləri miş-mişi,
Yanağı bişmişi.
MAŞIN GƏLİR
387
Maşın gəlir dalbadal,
Ay ana, mənə arvad al,
Arvad olmasın,
Qız olsun,
Əli-ayağı
Düz olsun.
ÇƏKMƏÇİLƏR ÇƏKMƏ TİKİR
Çəkməçilər çəkmə tikir,
Sapı burur, mumda çəkir.
Deşir gönü bizlər ilə,
Taxır sapı belə-belə.
Çəkməyə bir qəlib salır,
Ağac mıxa gönə çalır.
Çəkicini alır ələ,
Mıxı döyür belə-belə.
A XALA, XALA
A xala, xala,
Xaldırına,
Bir tuman tikim
Baldırına,
O da qalmış
Andırına!
DAYI
388
Dayı, dayı,
Daylaqlıyım,
Səni minim,
Oynaqlıyım.
TARİX DƏRSİ GƏLƏNDƏ
Tarix dərsi gələndə,
Sinifə düşdü vayvələ
Müəllim dedi:
- Dur söylə,
Söyləməsən bir şillə.
Şillə yaman şartdadı,
Güllə kimi partdadı.
ALIQ-BALIQ OLAYDIM
Alıq-balıq olaydım,
Bankalara dolaydım,
Təzə müəllim gələndə,
Başıma papaq qoyaydım.
SİM, SİM, SİMGİLƏ
Sim, sim, simgilə,
Gedirdim nənəmgilə.
Tuflimi geyim getdim.
Anama dedeim getdim.
389
Tuflimin içi qırmızı,
Ölürəm, a doxtur qızı.
Əli dayı isti suda boğuldu,
Ö, ö, ö, …
Fatma nənə
Axtarmaqdan yoruldu,
Vay, vay, vay…
OTURUB TİKİŞ TİKİRDİM
Oturub tikiş tikirdim,
Üç iynəmi itirdim.
Birdən qapı döyüldü,
Elə bildim anamdı,
Açdım gördüm siçandı,
Siçana bir təpik vurdum,
Getdi dəydi divara,
Divardan bir qız çıxdı,
Adını qoydum Tamara,
Tamara, Tamara, tat qızı,
Erməni saldat qızı.
Tamara mindi maşına,
Çıxdı dağın başına,
Oğlanlar əsgər gedir,
Kül qızların başına!
390
ÜŞÜDÜM HA ÜŞÜDÜM
Üşüdüm ha üşüdüm,
Dağdan armud daşıdım,
Armudumu yedilər,
Mənə cühüt dedilər,
Cühütçunun arvadı
Tumanına qığladı.
O KÜRƏYİ VER MƏNƏ
- O kürəyi ver mənə.
- Neyləyirsən, ay bala?
- Ev tikirəm, ay nənə.
- Evi neynirsən, bala?
- Gəlin gətirrəm, nənə.
- Gəlin kimin qızıdı?
- Həsən bəyin qızıdı.
Ağıllıdı, kamallıdı,
Bəy oğlana nişanlıdı.
Getdik qızı görməyə,
İtləri var hürməyə.
Dədəsi köpək oğlu
Çıxdı bizi döyməyə.
Anası yaxşı arvad
Şəkərbura bişirdi.
Yedik-içdik,
Durduq qaçdıq.
391
SANAMALAR
ƏL-ƏL ƏPƏNƏK
Əl-əl əpənək,
Əldən çıxdı kəpənək,
Kəpənəyin yarısı,
Yumurtanın sarısı.
- Əmi, hara gedirsən?
- Qarabağa gedirəm.
- Qarabağda nəyin var?
- Bir oğlum var bir qızım.
- Qızının adı nədi?
- Fatma,
Yerində şıllaq atma.
Yeddi xoruz, bir fərə,
Fatmanı verdim ərə.
BİR - İKİ
Bir, iki, üç, dörd, beş,
Altı, yeddi, səkkiz, doqquz, on,
Arabaya qon.
Arabanın təkəri,
İstanbulun şəkəri,
Hop-hop,
Qızıl top.
392
ÇIXDIM ÇİNAR BAŞINA
Çıxdım çinar başına,
Baxdım üzük qaşına.
Üzük qaşı laxladı,
Verdim anam saxladı,
Anama qurban olum,
Yarı qonaq saxladı.
PİŞİYİM
Pişiyim, pişiyim, puş başı,
Pişiyim yeyər döş başı,
Döş başı yağlıcadı,
Bazarda ballıcadı,
Bazar getdi oduna,
Qarğı batdı buduna,
Qarğı deyil, qamışdı,
On barmağım gümüşdü.
Gümüşü vurdum itirdim.
Gürcüstana yetirdim,
Gürcüstanın atları
Məni gördü kişnədi.
- Ay at, niyə kişniyirsən?
- Arpa üçün kişniyirəm.
- Arpanı hardan alaq?
- Xanın qızından.
Xan qızı zili toxur,
İçində bülbül oxur,
Bacadan baxdım, işıqdı,
Taxçalar dolu qaşıqdı.
A qart, yanın burcutma,
Qızın mənə aşıqdı.
393
PORTAĞALI SOYDUM
Portağalı soydum,
Dil ucuna qoydum,
Min bir oyun uydurdum,
Duma, duma, dum,
Qırmızı don,
Sarı limon,
Luka-tuka bitməz,
Yara-yara itməz,
Fatmacık,
Çık-çık-çık …
Sən bu oyundan
Çıx!
ƏKDİM NOXUD
Əkdim noxud,
Bitdi söyüd,
Yarpağı da şabalıd.
Şabalıdı bəsləmişəm,
Noxudları səsləmişəm,
Neçə rəqəm istəyirsən?
De!
ODUR – BUDUR
Odur-budur,
Gombulların
Böyüyü budur.
394
LAMPANI QOYDUM ORTAYA
Lampanı qoydum ortaya,
Günortadan günortaya.
Həbil,
Bübül,
Çıx!
EKKİDİ – BEKKİDİ
Ekkidi-bekkidi,
Çıkıdı be,
Abyl-fabyl,
Dumane.
Ek-bek,
Bulum-bek,
Navş!
DOVŞAN
Dovşan gedir yol ilə,