Cibi dolu pul ilə.
- Dovşan pulu neynədi?
- Saqqız alıb çeynədi.
- Kül dovşanın başına,
Kələm alıb yemədi,
395
EKLİ – MEKLİ
Ekli-mekli,
Şam şariki,
Dolma, xiyar, aş,
Axşama bozbaş,
Dal qapıdan girməliyəm,
Müdürə salam verməliyəm,
Ka-ran-daş,
Götür özünə bir yoldaş!
İYNƏ - İYNƏ
İynə, iynə
Ucu düymə.
Bəli-bəli
Bətir keçi.
Qoz ağacı
Qotur keçi.
Yırtıl, yırtıl,
Su iç, qurtul!
MOTAL - MOTAL
Motal, motal,
Dərzi motal.
Qıl atar,
Qaymaq tutar.
Ağ quşum
396
Ağarcığım,
Göy quşum
Göyərçinim.
Əmim oğlu,
Üzü bığlı
Vur nağara,
Çıx qırağa!
BİR - İKİ
Bir-iki
Bildirki,
Üç-dörd
Qapını ört.
Beş-altı
Daş altı.
Yeddi səkkiz
Firəngiz,
Doqquz-on
Qırmızı don.
BİRİ BİRƏ
Biri birə,
İkisi yerə.
Üçü üzük,
Dördü döşək.
Beşi beşik,
Altısı alma,
Yeddisi yemiş,
Səkkizi sərçə,
397
Doqquzu donuz,
Onu oraq.
Gəlin gedək
Nənənin evini yaraq.
ƏKİL - BƏKİL
Əkil-bəkil quş idim,
Divara qonmuş idim.
Divarın ağacları
Dən gətirib quşları.
Çəpər çəkdim, yol açdım,
Qızıl gülə dolaşdım.
Bir dəstə gül dərməmiş
Nənəm gəldi, mən qaçdım.
ZƏHRƏ - ZİVEYDƏ
Zəhrə, Ziveydə,
İkisi bir öydə.
Zəhrə dalaşdı,
Ziveydə qaşdı,
Barıdan aşdı.
İtlər hürüşdü,
Kişilər gülüşdü.
BARMAQLAR
Baş barmaq,
398
Başala barmaq.
Uzun hacı,
Qıl turacı,
Balaca bacı.
Bu vurdu,
Bu tutdu,
Bu bişirdi,
Bu yedi,
Vay, bəbəyə qalmadı.
OKKUDU, BUKKUDU BİLMİRƏM
Okkudu, bukkudu bilmirəm,
Laləni dindirmirəm.
Lalə yaman forsdudu,
Pişiklərin dostudu.
O ÇAYNİKƏ, BU ÇAYNİKƏ
O çaynikə,
Bu çaynikə,
Dımbılı qız.
Səni verim
Nəçənniyə,
Dımbılı qız.
Nəçənnik də saxlamasa,
Min maşina,
Gəl öymüzə,
Dımbılı qız.
399
UŞAQ OYUN NƏĞMƏLƏRİ
A TƏRXANA – TƏRXANA
A Tərxana-Tərxana,
Al di məni arxana!
Göydə nə var?
- Göy muncuğu.
Yerdə nə var?
- Yer muncuğu.
Adın nədi?
- Tərxana.
Al di məni arxana!
O QARA QAZAN DOLDUMU
O qara qazan doldumu?
- Doldu da, boşaldı da!
Anan saçını yudumu?
- Yudu da daradı da.
Hansı qızını ərə verirsən?
- Balaca qızı ərə verirəm.
Oğlan evi gəldimi?
- Gəldi də, apardı da.
Toynan gəldi, tütəknən ?
- Toynan da, tütəknən də.
Anan nə qədər pul qoyub?
400
- Bir abbası pul qoyub.
Bir abbasını verək,
Gəlini geri göndərək.
QIY QILINCIM
Qıy qılıncım,
Qıyma qılınc!
Ox atdım,
Oğru tutdum.
BƏNÖVŞƏ
Bənövşə?
- Bəndə düşə!
Bizdən sizə kim düşə?
- Adı gözəl, özü gözəl
Lalənin özü düşə!
Ala qapı, qara qapı,
Tez gəlin, uşaqlar!
GÖZ BAĞLAYICI
Alma desəm açarsan,
Armud desəm açmazsan.
Alma saraldı,
Gözüm qaraldı.
401
YANILTMACLAR
Ay axır çərşənbə axşamı, gəlmişəm səninlə
çərşənbələşəm. Çərşənbələşsən də çərşənbələşəcəyəm,
çərşənbələşməsən də çərşənbələşəcəyəm.
Yetişmiş yemişi yetim yemiş.
Bu dükcə cüt-cüt dükcə, üç cüt dükcə.
Dadaş dayı damın dalındakı danaları dama doldur.
Dadaş dayı dədəm deyir dəmiri dəmirə döyməsin.
Dəmiri dəmirə döyəndə dəmir deşilir.
Əlli əl əlli əli əlli dəfə əllədi.
Göy cöngə, gömgöy cöngə, dümgöy cöngə.
Çatı gətir, çay içində çal qatıra çayı çataq.
Cümə axşamı Cümə məscidində Cürə Cabbarın
cübbəsini cüvəllağılar cilvitdilər.
Şikəstə çalan, şikəstəsizləmişəm, şikəstə çal.
Təndirə girdim, sildim-süpürdüm, silkindim çıxdım.
Mollanı əmmamələməlimi, əmamələməməlimi?
Dilim-dilim olasan dedim dilimə, dedi dinməz idim.
Dindirdilər dindim mən.
Səhər saat səkkizdə Səmədova Səkinə saatını sındırdı,
sınıqçıya saldırdı. Sağ ol səni, Səkinə, Səmədova Səkinə.
Səhər saat səkkizdə Səmədova Səkinə səhəngini sındırdı.
Siz Azərbaycanlaşdırıcılardansınızmı?
402
DOLAMALAR
- Deynən qayçı.
- Qayçı.
- Nə var, a qaraçı ?
***
- Deynən pendir.
- Pendir.
- Nişanlını qayadan endir!
***
- Deynən: yeddi.
- Yeddi.
- Nənənin tumanı əldən getdi.
***
- Deynən: bir.
- Bir.
- Birə qəbirinə gir.
***
- Deynən üç.
- Üç.
- İt yalağından su iç.
***
- Deynən doqquz.
- Doqquz.
- Get anannan, dədəni qorxuz.
403
***
- Deynən on.
- On.
- Get divara qon.
***
- Deynən sarımsaq.
- Sarımsaq.
- Kəs səsini, qurumsaq.
***
404
OYUNLAR
ÇİLİNG - AĞAC
Uşaqlar bir uzun, bir kiçik ağac götürürlər. Gödək
ağacın adı çiling olur. Sonra iri dairə çəkirlər.
Oyunda iki nəfər iştirak edir. Uşaqlardan biri
dairənin içində durub əlindəki ağacla çilingi vurur.
Bacardıqca uzağa atır. O biri uşaq yüyürüb çilingi gətirir.
Dairənin içinə atmağa çalışır. Çilingi atanın əlindəki
ağacla çilingi ceri qaytarır. Çiling dairənin içərisinə
düşərsə, oyunçuların yeri dəyişir.
MÜÇÜK
Qoyun dərisini üstündə yun olmaq şərtilə dəmir
manatlıq boyda kəsirlər. Dəridən bir az balaca qurğuşunu
deşib dəriyə bağlayırlar.
Müçüyü ayaqla oynayırlar. Topuğun iç tərəfi ilə
dayanmadan vurub sayırlar. Əgər müçük yerə düşsə, o
biri oyunçunun növbəsi çatır.
BƏNÖVŞƏ
Uşaqlar bərabər sayda iki dəstəyə bölünür. Hər
dəstə özünə başçı seçir. Dəstələr bir-birindən xeyli aralı
dayanır. Uşaqlar əl ələ tutuşurlar. Dəstə başçılarından biri