üzünü o biri başçıya tutub deyir:
405
- Bənövşə!
O biri dəstə xorla cavab verir?
- Bəndələn düşə!
Birinci dəstənin başçısı soruşur:
- Bizdən sizə kim düşə?
Yenə xor cavab verir. Uşaqlardan birinin adını
çəkirlər:
- Adı gözəl, özü gözəl Lalənin özü düşə.
Lalə öz cərgəsindən ayrılıb yüyürə-yüyürə qarşıdakı
dəstənin içinə girir. Oyunçuları biri-birindən aralamağa
çalışır. Əgər cərgəni aralaya bilsə, uşaqlardan birini
götürüb öz yerinə qayıdır. Mühasirəni keçə bilməsə, əsir
düşür. Beləliklə, oyun davam edir. Hansı dəstədə çox uşaq
qalarsa, həmin dəstə oyunun qalibi sayılır.
SİÇAN - PİŞİK
İştirakçılar dairəvi düzülür. Bir-birinin əlindən
möhkəm yapışırlar. Uşaqlardan biri siçan, o biri pişik
olur. Siçan dairənin içinə girə bilməz. Hansı uşaq buna
imkan versə, özü siçan olmalıdır. Dəstə pişiyin
tərəfindədir. Hamı çalışır ki, pişik siçanı tutsun. Siçana
yol verməsələr də, pişiyə yol verirlər.
Əgər pişik özü siçanı tuta bilsə, başqa iki uşaq
siçan-pişik olur.
MOZADAŞ
Bu oyunda iki uşaq iştirak edir. Xırda, yumru bir
daş tapır, buna moza deyirlər. Mozanı böyük bir daşın
üstünə qoyub, aralıdan xətt çəkirlər. Əl boyda yastı daş
406
götürürlər. Bunun da adı löpükdü. Uşaqlardan biri
mozadibi olur, o biri löpük atır. Löpüyü atan xətdən irəli
keçsə, cığallıq eləmiş olur. O biri uşaq tələb edir ki,
yenidən atsın. Löpük mozanı vurub salarsa, mozadibi
gedib gətirməlidir. Yox əgər vura bilməsə, oyunçuların
yeri dəyişir.
Əgər mozadibi mozanı gətirə bilməsə, daşı atan
əlindəki daşla mozanın yerini döyəcləyir, acıq-qıcıq verir:
-
İşlə, canın tərləsin,
Tərləməsə, çərləsin …
Mozadibi mozanı yerinə qoyur, oyun davam edir.
YEDDİ DAŞ
Yeddidaşın oyun qaydaları Mozadaşla eynidir, fərqi
yalnız daşların sayıdır. Burada mozadibi və moza
qoymurlar. Yeddi yastı daşı üst-üstə yığırlar.
GÖZ BAĞLAYICI
Uşaqların sayında məhdudiyyət yoxdur. Nə qədər
çox olsa, oyun o qədər maraqlı keçir. Sanama sanıyırlar,
kim axıra qalsa onun gözünü bağlayırlar. Gözübağlı uşaq
o biri uşaqları əl fəhminə tapmalı və tutmalıdır. Uşaqlar
onun yan-yörəsində durub oynayır, səs salırlar.
Gizlənməyə ehtiyac qalmır. Gözübağlı oyunçu kimi tutsa,
həmin uşaq onu əvəz etməlidir.
407
XAN – VƏZİR
Oyunda beş uşaq iştirak edir. Eyni ölçüdə beş kağız
götürülür. Kağızlara beş ad yazılır: Xan, vəzir, axtarıcı,
vurucu, oğru. Püşk atırlar. Hərə kağızdan birini götürür.
Heç kəs dinmir. Şah kimdədirsə, əvvəlcə o dillənir:
-Axtarıcı oğrusunu tapsın!
Yerdə qalanlar da bu sözü xorla deyirlər. Oğru
səsini çıxartmır.
Axtarıcı bir-bir uşaqların üzünə baxır. Əgər oğrunu
düz tapmasa, şah əmr verir. Vurucu axtarıcını
cəzalandırır. Əgər oğrunu düz tapsa, oğruya cəza verilir.
DALA YAYLIQ ATMA
Oyunçular yerdə dairəvi istiqamətdə otururlar.
Uşaqlardan biri dəsmal götürüb dairə boyunca yüyürür.
Dəsmalı xəlvətcə birinin dalına atır. Həmin uşaq bunu
bilərsə, yüyürüb dəsmal atanı tutur. Birinci uşaq öz
yerində əyləşibsə, oyunçular dəyişir.
QOTURUM SƏNDƏ
Bu oyunda əsas şərt əlini başqasına
toxundurmaqdır. Onda qotur o biri uşağa keçir. O da əlini
bir ayrısına vurur. Beləliklə, oyun davam edir.
GİZLƏNPAÇ
408
Əvvəlcə sanama sanayırlar, kim sona qalsa, gözünü
yumur. Qalanları gizlənir. Gözünü yuman açmamışdan
əvvəl xəbərdarlıq eləyir:
- Açdım qaç,
Gizlən paç.
Gizlənməyən
Yekəbaş.
Gizlənənlər deyir:
- Alma desəm, açarsan,
- Armud desəm, açmazsan.
Gözünü yuman uşaq yenə qışqırır:
-Alma saraldı,
Gözüm qaraldı …
Gizlənənlər alma deməsələr, göz yumanın gözünü
açmağa ixtiyarı yoxdu. Uşaqlar yerini bərkidəndən sonra
biri deyir:
- Alma, alma!
Yuman gözünü açır, kimi birinci tapırsa, həmin
oyuncu gözünü yumur.
BEŞDAŞ
Beş dənə xırda yumru daş götürülür. Əvvəlcə
qərcimək olur. Daşları qərciyirlər. Yəni ovucun içindən
göyə atıb, üstü ilə tuturlar. Kimin daşı yerə düşmürsə,
oyun onundur. Daşları yerə atıb bir-bir dənləyirlər. Buna
dənnəmə deyirlir. Daşın dördü yerdə qalır, birini göyə
atırlar. O, göydən düşüncə yerdəki daşla bərabər tuturlar.
Dənnəmədən sonra ikiləmə gəlir. İkiləmədə daşı
həmin qaydada göyə atıb, yerdəkinin ikisi ilə birlikdə
409
götürürlər. İkiləmədən sonra üçləmədi. Üç daşı bir-bir, bir
daşı ayrıca götürürlər. Sonra doppa gəlir. Doppa nisbətən
çətindir. Bura çatanda rəqib oyunçu deyir:
- Doppa,
Yerdən qopma!
Doppada daşın beşini də ovucun içində tuturlar.
Daşın birini göyə atıb, dördünü yerə qoyurlar. Sonra
həmin daşları təzədən yerdən götürürlər. Oyunun axırıncı
mərhələsi itləmədi. İtləmədə daşları dağınıq atırlar. Bir-
birinə bitişirsə, oyunu davam etdirmək olmaz. O biri
oyunçu başlayır. İtləmədə baş barmaqla ortadakı uzun
barmağı yerə qoyub, şəhadət barmağı üçüncü barmağın
üstünə keçirirlər. Daşlardan birini götürüb rəqibə deyirlər
ki, itini göstər. Bir daş it olur. İti, adətən, qapının
ağzından seçirirlər ki, o biri daşları keçirməyə mane
olsun. Tək əllə daşın birini göyə tullayıb o biriləri qapıdan
keçirirlər. Əgər o daşlardan biri yaxud, oyunçunun əli itə
toxunsa, yanmış sayılır. Lap axırda iti qapıdan keçirirlər.
Beşdaşın xüsusi cəza qaydaları var. Bal çıxartma,
quşunu göstərmə, çimdikləmə, cırmaqlama, yağlama.
Daşların hamısını əlin üstünə düzür, atıb-tuturlar. Bu işi
uduzan tərəf icra edir. Daşlardan hansı yerə düşübsə,
həmin daş rəqibin cəzası olur. Əgər küpədən bal çıxartma
düşübsə, daşı əlinin içində gizlədirsən. Əli yerə dayayıb
barmaqların arasında yer qoymaq şərti ilə daşı ovcunda
saxlamalısan. Rəqib həmin daşı çıxartmaq istəyəndə əlini
cırırlar. Əgər quş göstərmə yerə düşübsə, daşı rəqibin
barmaqlarının arasına qoyub bərk sıxırlar. Quşu göstərə
bilmirsə, istənilən qədər cəzalanır.
Çimdikləmə – daşı göyə atıb-tutma məqamında