Выбрать главу

uduzanın əlini çimdikləyirlər. Daş yerə düşənə qədər cəza

davam edir. Yağlamada daşı atıb tutana qədər rəqibin

əllərini yağlayır, yəni sığallayırlar. Beşdaş oyunun yüksək

410

məharət və ustalıq tələb edən oyundur. Bir zamanlar bu

oyunu təkcə uşaqlar yox, böyüklər də oynamışlar.

QARA QAZAN

Oyunçular iki dəstəyə ayrılırlar. Hər dəstənin öz

başçısı olur. Arada müəyyən məsafə saxlayırlar. Birinci

dəstə soruşur:

- O qara qazan doldumu?

İkinci dəstə cavab verir:

- Doldu da, boşaldı da.

Oyun bu qayda ilə davam edir:

- Çömçə yarım oldumu?

- Oldu da, boşaldı da.

- Anan saçını yudumu?

- Yudu da daradı da.

- Hansı qızını ərə verirsən?

- Balaca qızımı ərə verirəm.

- Toynan gələk, tütəknən?

- Toynan da, tütəknən də.

İkinci dəstə çala-çala gəlir. Kiçik qızı gəlin

aparırlar.

A TƏRXANA –TƏRXANA

411

Bu oyunda iki uşaq iştirak edir. Uşaqlar qollarını

bir-birinin tərsinə keçirirlər. Hərəsinin üzü bir tərəfə

baxır. Biri belini aşağı əyir, o birini dalına alır. Aşağı

əyilən soruşur:

- Göydə nə var?

O biri cavab verir:

- Göy muncuğu.

Bu dəfə göyə baxan uşaq soruşur:

- Yerdə nə var?

- Yer muncuğu.

Yenə birinci uşaq deyir:

- Adın nədi?

- Tərxana.

Bu sözü eşidən kimi əyilən uşaq belindəki uşağı

yerə atır, deyir:

- Al di məni arxana!

Oyunçuların yeri dəyişməklə oyun davam edir.

ƏNZƏLİ

Bu oyunu oğlan uşaqları oynayırlar. Əvvəlcə

sanama sanayırlar. Hər kim sonda qalsa, əllərini dizinə

qoyaraq ikiqat əyilir. Sanamada birinci çıxan uşaq molla

olur. İlk dəfə molla tullanır. Sonra qalan uşaqlar əlini

əyilən uşağın belinə qoyub hoppanır və deyir:

- Ənzəli xan, Ənzəli.

İkinci dəfə tullananda deyirlər:

- Firkrə xatun rəhbəri.

Üçüncüdə əyilən uşağa bir təpik vururlar,

hoppanırlar.

-Üçdə bir təpik vurarlar.

Hər dəfə tullandıqca ayrı-ayrı sözlər deyirlər:

- Dörddə donquz əzərlər.

412

- Beşdə papaq qoyun düşməsin.

Papaq qoyub hoppanarlar. Altındaca deyərlər:

- Altıda papağı götürərlər.

Papağı götürüb keçərlər.

Yeddincidə guya qulunc qırırlar. Əl hərəkəti ilə

göstərib tullanırlar:

- Yeddi də qulunc qırarlar.

Oyun bu qaydada davam edir:

- Səkkizdə əl dəysin, ətək dəyməsin.

- Doqquzda nə əl dəysin, nə ətək.

Səkkizdə hoppanan uşağın ətəyi, doqquzda isə nə

əli, nə ətəyi əyilən uşağa toxunmamalıdır.

Onuncuda yerdən xırda daşlar yığıb adını yumurta

qoyarlar. Hoppanan deyər:

- Onda yumurtlayarlar.

Bununla da oyun sona çatır.

413

ATMACALAR

Papağı keçi dərisindən,

Xəbəri yoxdu gerisindən.

Qaraquş deyər: «Sap dayım olmasaydı,

Bir yaşar daylağı yerindən götürərdim.»

Şeytan aparası imanı yox,

Bəylər aparası malı.

Dəndiyində dən durmur.

Dəndiyi doludu.

Səpənəsi yatdı.

İtin quduran yeridi.

İti bağlasan durmaz.

Dədəsinə kəfən alanların günündədi.

Bu nə zoğallayır?

Lap qatıqladı.

Oğru dərziyə sap verir.

Tasa-pasası yatdı.

Çıxacağı çıxdı.

414

Ürəyi yerinə gəldi.

Dəryada balıq sevdasıdır.

Daş oturub kəsəyin gününə ağlayır.

Suyu süzülə-süzülə getdi.

Yel vurub, yengələr oynayır.

Dədəmi öldürmüşəm, goruna and içim.

Çaya susuz apardım, susuz gətirdim.

Hələ əlimin suyunu görməyib.

Aşının suyunu verdim.

Çulunu sudan çıxartdı.

Sudan quru çıxdı.

Ağzını boza verdim.

Elə bil baş kəsib.

Tula itdən mundar.

Şeytanın qıçını sındırıb.

Gün hayandan doğub?

Ölmə eşşəyim, ölmə,

Yaz gələr, yonca bitər.

Qara qızın dərdi var.

Eşşək nə qanır, zəfəran nədir?

Yatıbsan fil qulağında.

Adını çıxart, dəyirmanda dur.

Sarısını uddu.

Çadra dərdindən yurdda qalıb.

Buynuzu içindədi.

Eşşəyin də buynuzu çıxmayıb.

Ağzı isti yerdədir.

Elə bilir yuxa içində halva var.

Kabab iyinə gəlir.

Duza gedir.

Gəlin yedi,

Gəlin nə yedi?

Bir baş idi,

415

Bir ayaq,

Gəlin aşırdı

Bayaq.

Dünyanın quyruğu uzundu.

Aşığın sözü qutaranda neynim-neylim

deyər.

Hərə öz şəhərindən xəbər verir.

Hərə öz arşınınnan ölçür.

Dəliyə yel ver,

Əlinə bel ver.

Buğda yeyib cənnətdən çıxıb.

Nə teşdə barama var,

Nə çarxda ipək.

İtdən çox çarıq yığan yoxdu, yenə ayağı

yalındı.

Dədən sarımsaq,

Anan soğan,

Sən hardan oldun

Gülməşəkər?

Ala itdən manşırdı.

Toy toğlusudu.

Elə bil gönü-köşəsi yanıb.

Qurbanı quruda qalıb.

Kürkünə bit düşüb.

Nə sirkə-şirəyə çəkir?

Ayağını yuxarı pilləkənə qoyur.

Keçi qurdun nəyini aparıb?

416

Sən ağa,

Mən ağa,

İnəkləri

Kim sağa!

Elə bil qırx eşşəyi sağına gəlir.

Ağır hanılı,

Taxta qapılı.

Allahdan buyruq,

Ağzıma quyruq.

Bu gecə çillə qarpızı çəkəcəm.

Tərəzi altı yerə döyür.

Arığın nəyi var qoruqda,

Vurub qıçını sındıralar.

Çox ütüdən çıxıb.

Kərəm əli açılıb.

Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.

Quru-quru qurbanım olum?!

Quyruğu qapı arasında qalıb.

Hamı hamıynan olanda keçəl də

apağınnandı.

Düyü deyənə tarf deyir.

Anasının əmcəyini kəsəndi.

Dədəsindən xəbəri yoxdu.

Dul arvad çörəyi yeyib.

İkiüzlü sac əppəyidi.

İki eşşəyin arpasını böləmmir.

Toyuq tara çıxmamışdan yatır.

Gözü qızıb.

Gözünü qan örtüb.

Şunu götür,

417

Şunu qoy.

İfliyi üzülüf.

Get naxıra,

Gəl axıra.

Çevir tatı,

Vur tatı.

Ağzına qurud atan olmadı.

Nə yardan doyur,

Nə əldən qoyur.

Elə bir qaraçı torbasından düşüb.

Yandığından yarma çəkir.

Ağzından hörrə tökülür.

Xətir ucundan xəstə düşüb.

Xala, xətrin qalmasın.

Dava dağarcığı.

Bu gecə ayağımı soyunub yatacam.

Yel əsib,

Qoz tökülüb.

Atdanan qozlu bağa.

Saman altdan su yeridir.

İlanı Seyid Əhməd əli ilə tutur.

Torbada pişik var.

Üzüsuluykan, qırağını qatla.

Ayağı üstə qırxı çıxıb.

Qaç, atım basdı.

Uzun donumu gödək biçəcək.

Öynəliyim öyündən gəlir?

Qənədinə baxıb.

418

Əlim ətəyindədi?

Əldən ağıza qalmışam?

Gör nə üzdürür?

Köpü senib.

Eşşəyə gücü çatmır,

Palanı tapdayır.

Öz gözündə tiri görmür,