Выбрать главу

Özgə gözündə qıl axtarır.

Xançalının qaşı düşər.

Bundan yayda isitmə, qışda buz almaq

olmaz.

Qarnının altını fələk də bilməz.

Azreyılnən çiling- ağac oynayır.

Gah nala vurur,

Gah mıxa.

Yada yalaq,

Qohuma dalaq.

Eşşək gəti,

Mərəkə qur.

Ta eşşəyin körpüdən keçib.

Quyruğun qapının arasından çıxıb.

Gözü ayağının altını seçmir.

Al payını,

Çağır Əhməd dayını.

Çalınmamış oynayır.

Oğursaq quzudu.

419

Südə çəkib.

Qarınınkı Qurandan keçib.

Qırx dili var, qır iki əmcəyi.

Sən girən kol deyil.

Bildiyini babasına vermir.

Hürkütməsən saymaq olmur.

Başı ötmür.

Yandığından yarma çəkir.

Yuxa qırağı sulayır.

Yağlı dala quyruq yamayır.

Yıxılana balta çalır.

İtin qursağı yağ götürmür.

Hay-hayı gedib,

Vay-vayı qalıb.

Başının çivinini qoruyammır.

Üzüm ayağının altına, özü də salxımnan.

Özünə umac ovammır, özgəsinə əriştə

kəsir.

Aşına ha aşına,

Çıxdı ocaq başına.

Qar təbini dəyişməz.

Quz ağzı,

Küz ağzı

Kərə də çıxır,

Kürə də.

Cökədən saz da olur,

Paz da.

420

Südlü qoyun sürüsündən ayrılmaz.

Qərib itin quyruğu dalında olar.

Nə quyruğunu belinə qoyub.

Elə bil alçaq dağları bu yaradıb.

Öyündə yoxdur urvalıq,

Könlündən keçir darğalıq.

A keçəl, başını yudunmu?

Yudum da, daradım da.

Yaz əkinçi,

Qış dilənçi.

Gözəllər içində gözəlim itdi,

Başı sirkəliydi, yaxası bitdi.

A xala, xala xaldırına,

Bir tuman tikim baldırına,

O da qalsın andırına.

Dayı, dayı, daylaqlayım,

Səni minim, oynaqlayım.

Eybi çəkər eybəcər,

Dərdi çəkər dərdəcər.

Toydan sonra nağara,

Xoş gəldin, Bayramağa!

Səbr elə, səbr daşı,

Su cürdəyi, qaş bıçağı.

421

Acıbsan, arı ye,

Dəyirmanda darı ye.

Ölmüş eşşəyin ətini ye,

Qaynananın …… ye.

Əlimin içindən gəlir,

İçinin içindən gəlir,

İçində bir noxud var,

Onun da içindən gəlir.

Göy söyüd göyərdi,

Ərim məni döyərdi.

Baldızım, çuvaldızım,

Dəm-dəm batar.

Sən verərsən ətdən-mətdən,

Mən vuraram bərtdən-bərtdən,

Sən verərsən şordan-mordan

Mən vuraram ordan-burdan.

Yaxşılığa yamanlıq,

Kor eşşəyə samanlıq.

Keçəl halva yeyər, puluna minnət.

422

LAĞLAR

Düzəldi hər yarağı,

Qaldı saqqal darağı.

Balağı batdaq,

Dabanı çatdaq.

Bəzənmisən bu gündəsən,

Bəzənməsən nə gündəsən?

Hamı gedir quş gətirir,

Şaqqulu bayquş gətirir.

Dədəmi öldürmüşəm goruna and içim.

Gözəlağa çox gözəldi, vurdu çiçək

çıxartdı.

Aralıq atı,

Kor Fatı.

423

Qudurasan qurbağa,

Gəlirsən bizi vurmağa.

Bu da dağarcığını götürüb çuvallar

cərgəsinə qoyur.

Arım var, arım var, - eşşək arısı.

Desinlər Xaçaturun da xançalı var.

Cındırından cin hürkür.

Daz daznan yatdı,

Daz da dazalaq atdı.

Andır, a cındır.

GİLEYLƏR

Çanaq bizim başımızda çatdadı.

Üstümə it əsnəyib.

Başına at təpib?

Dilin ağzında yansa, bir içim su verməz.

Əlin oda düşüb yansa, çıxartmaz.

Ondan qışda buz almaq olmaz.

İt çarıq yığan kimi hey yığır.

İt ağzına keçmişəm.

İtin kəlləsini ağzına alıb.

Üzümə itin sözünü dedi.

Yolumun üstündə qara daş kimi bitib.

Loğaz oxuyur.

Ucundan tutub ucuzluğa gedir.

Evdə it axtalayıram?

Bir köynək ət tökdüm.

Ölüb yerə girdim.

Yer ayrılsa, yerə girərdim.

424

Suya axıtdım.

Suyu qiymətinə verdim.

Nağdını qoyub nisyə dalınca qaçır.

Ayağını yorğanına görə uzatmır.

Odnan oynayır.

Odnan suyun arasında qalmışam.

Dilqanmaz əlində qalmışam.

Çəkmə, yaxam cırıldı.

Sən görən küllü kömbə yoxdu.

Qabırğadan qalındı.

Yeyib-içib, dünyadan keçib.

Kürəyini bir şələ odun qızdırmaz.

Axar suyun üstə getsəm, su da quruyar.

Dünya alışıb-yansa, bir xorum otu yanmaz.

Sözünün tutumu yoxdu.

Gözümə kül üfürür.

Uşaq üzü əlləyir.

Əysim tüstülüdü.

Mənim bəxtim ikidi,

Biri eşşəyinkidi.

Yanan da mən,

Yaman da mən.

Üstümü unlu görüb,

Adımı dəyirmançı çağırır.

Əppəyimin duzu yoxdu.

Kəsdiyim baş meydanda qalmayıb.

Kəsdiyi başa sorğu-sual yoxdu.

Qılıncının dalı dı kəsir, qabağı da.

Əlinin üstü də birdi, içi də.

Aşı dibinə kimi yağlı deyil.

425

Örkəninin üstünə darı sərmək olmaz.

İpinin üstə odun yığılması deyil.

Eşşək eşşəkdi, palçığa bir dəfə batar.

Özü-özünə elədi,

Külü gözünə elədi.

Özünü urvatsız elədi.

Dilimi gödək elədi.

Papağımı yerə soxdu.

El içində xar oldum.

Sümüyümüz it sümüyünə calandı.

İtdən bir əppək borc aldım.

İtə də ağız açdım, qurda da.

İtin qursağı yağ götürmədi.

İtin kəlləsini şöytəli ağacından asdım, dığırlanıb,

düşdü.

İt kəlləsini xonçanın başına mindirdik.

Eşşəyi adam yerinə qoyduq.

Elə itin, elə də küçüyü olar.

Əlimi-ayağımı daladı.

Başıma oyun açdı.

Başım nələr çəkib.

Başıma od ələndi.

Başından yekə qələt elədi.

Yüz il oruc tutdum, iftarımı gör nə ilə açdım?

Ayda-ildə bir namaz,

Onu da Şeytan qoymaz.

Çənəsini Allah yolunda qoyub.

Keçi suyu bulandırdı.

İçim özümü yandırır, çölüm özgəni.

Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış.

Başlı başını saxlasın.

Elə bil dibi sudadı.

Kabab iyinə getdim, gördüm eşşək dağlayırlar.

Elə bil acı bağırsaqdı.

426

Dəlləkliyi başımızda öyrəndi.

Başıma tərs dəyirman açdı.

Köhnə bazara təzə nırx qoyur.

Təzə girdi bazara,

Köhnə düşdü azara.

Dad yarımçıq əlindən!

Nəfsinə tət deyəmmir.

Dilim od tutudu.

Çiy süd əmib.

Yağırı yağ götürmür.

Goruma ha aparmayacam?

Adın çıxınca canın çıxsın.

Payımı verdi.

Yaxşılığımın əvəzini çıxdı.

Şapalaqnan üz qızardır.

Əlinin papağını Vəlinin başına qoyuram.

Boz otdan balta sapı.

Ayran içməyibsən, için niyə qıcqırır?

Soğan yeməyibsən, için niyə göynəyir?

Ağrımaz başıma buz bağladım.

Şirin ağzımızı zəhər elədik.

Sən sarıdan belim bərk deyil.

Qanımızı it qanına döndərdin.

Deyən məni təkəlli tutubsan?

Saqqalım yoxdu, sözüm keçmir.

Soyub-soyub quncunda bıçaq sındırır.

Elə bil at satıb, qüsuru qalıb.

Elə bil başıma bir qazan qaynar su tökdülər.

Başımın tükü ayağa qalxdı.

Bərkdə əli yoxdu.

İynənən gor qazıram.