dəmləməsindən istifadə olunur.
Böyrək daşını salır, mədəsi pozulanlar üçün
faydalıdır.
GÜLXƏTMİ
Gülxətminin çiçəklərini yığıb kölgədə qurudurlar.
Çay kimi dəmləyib içirlər. Sinə ağrılarını və
öskürəyi kəsir.
ƏMƏNKÖMƏNCİ
Yarpaqlarını və zoğlarını yığıb sıyıq bişirirlər. Quru
öskürək və sinə tutulması hallarında çox təsirlidir.
436
GİCİTKƏN
Gicitkənə söyüd çubuğu, yarpız, qəfli, kəkotu,
qantəpər, cökə çiçəyi, nanə qatıb bir yerdə qaynadırlar. Bu
suya horhouş suyu deyirlər. Qarın ağrısı və səpmələrdə
xəstəni horhouş suyuna salırlar.
ŞİRNİ XƏMİRİ
Çiban, dolama və irinləmiş yaralar da şirni xəmiri
qayırırlar. Unu şirni ilə yoğurub azca təpidirlər. İsti-isti
yaranın üstünə qoyurlar.
BAĞAYARPAĞI
Bağayarpağı irinləmiş yaralarda, çibanda, sızaqlarda
istifadə olunur. Təzə dərilmiş bağayarpağını həmin
yaraların üstünə bağlayırlar.
NAR KÖKÜ
Narın nazik köklərini yuyub suda yaxşıca
qaynadırlar. Nar kökünün suyu mədə ağrılarını, qarın
ağrısını dayandırır.
NANƏ ARAĞI
Nanəni çiçəkləyəndə şaxlı-şəvəlli qazana doldurub
arağını çəkirlər. Sonra şüşə qablara doldurub ağzını
xəmirlə möhkəm bağlayırlar.
Nanə arağı sancını kəsir, ayaq işləməsini dayandırır.
437
ŞAFTALI ARAĞI
Şaftalı çəyirdəkdən ayrılır, qıcqırır, sonra ondan
araq çəkilir.
Şaftalı arağı uşaqlarda qurdu tökür.
ŞAHTƏRƏ ARAĞI
Şahtərə dağətəyi yerlərdə bitir. Kövrək zoğları,
xırda çəhrayı çiçəkləri olur. Şahtərə yazın axırlarında,
yayın əvvəllərində yığılır, arağı çəkilir.
Şahtərə arağı qaşınmanı, səpkiləri sağaldır.
YARPIZ ARAĞI
Yarpız çiçəkləyəndə yığılır. Qazanlara doldurub
arağını çəkirlər.
Yapız arağı öd yolları və qaraciyər xəstəliyində çox
yaxşı təsir göstərir.
BİŞMİŞ SOĞAN
Baş soğan qabıqlı halda közdə bişirilir. Qat – qat
soyub isti-isti yaraya döşəyirlər.
438
Bişmiş soğan hoylamış yaralarda, çibanda,
dolamada çox xeyirlidir.
ƏVƏLİK
Əvəlik iki cür olur: Qara əvəlik, ağ əvəlik. Qara
əvəlik həm dağlıq, həm də aran yerlərdə bitir. Ağ əvəlik
isə təkcə dağda olur.
Əvəliyin dəmləməsi qarın ağrısını, sancını kəsir.
QARĞIDALI SAÇAĞI
Qarğıdalı saçağını qurudurlar. Dəmləməsi böyrək
ağrılarında yaxşı təsir göstərir.
HEYVA TOXUMU
Heyva toxumu qurudulur. Qaynadıb suyunu içdikdə
sinə ağrılarını kəsir, öskürəyi dayandırır.
YEL CÖVÜZÜ
Yel cövüzünü ana südü ilə qatıb körpə uşaqlara
verirlər. Bunun üçün yel cövüzünü həvəngdə döyür,
yaxud bıçaqla qaşıyırlar.
Yel cövüzü körpələrin sancısını götürür.
439
DUZ
Duzu qabda yaxşıca qızdırır, dəsmala bükürlər.
Ağrıyan qulağa qoymaqla xəstəni sağaldırlar.
DÜYÜ
Düyü həlimini camış qatığına, yaxud süzməsinə
qatıb çalırlar. Mədəsi pozulmuş uşağa yedirtmək üçün çox
faydalıdır.
GÖYƏM
Göyəm suyu və mürəbbəsi mədə ağrıları və ayaq
işləməsi zamanı çox yaxşı təsir göstərir.
LİMON
Qanı duruldur, iştah açır, qan təzyiqini aşağı salır.
Limonu həm çaya salır, həm də dilimləyib yeyirlər.
İSTİOT
İstiot bişmişlərə dad verməklə yanaşı, sancını kəsir,
qarın ağrısını dayandırır.
440
GAVALI
Gavalının bir neçə növü var: sarı gavalı, qara
gavalı, uzunburun gavalı, albuxara gavalısı, partdax gavalı
və s.
Qara gavalı ilə albuxara gavalısını qurudurlar.
Bunları isladıb yemək, qəbizliyi aradan qaldırır.
ARMUD
Armudun müalicəvi əhəmiyyəti çoxdur. Mədəni
qaydaya salır. Həzm prosesini yaxşılaşdırır, işləmə-
qusmanı dayandırır.
ƏNCİR
Əncirin həm özü, həm də mürəbbəsi və cemi ürək
ağrıları, zəiflik hallarında çox xeyirlidir.
Ənciri qurudub, qurusundan da istifadə edirlər.
BAL
Balı südə qatıb içdikdə öskürəyi kəsir, ümumi
zəifliyi aradan qaldırır. Diş ətini balla sağaldırlar. Bal
kəsik yaraları tez bitişdirir, qanaxmanı dayandırır. Balı
qozla qarışdırıb yemək bədəni möhkəmləndirir, qan
dövranını tənzimləyir.
KİŞMİŞ
441
Kişmiş dənəsi olmayan xüsusi növ üzümdən –
kişmiş üzümündən hazırlanır.
Qızdırmanı salır, damarları genəldir. Qızılca
xəstəliyində yaxşı təsir göstərir.
TUTDAN HAZIRLANAN
MƏHSULLAR
Deyirlər tutu Xızır İlyas Özü əkib. Tut qədər bol
məhsul verən ağac çətin tapılar. Tutun növləri çoxdur: ağ
tut, qara tut, xartut, mor tut və s. Tut ehsandır.
BƏHMƏZ
442
Tutu iri şala çırpırlar. Sonra pörtlədib süzürlər. Tut
şirəsini mis tiyanlarda qaynadırlar. Bəhməz hazır olana
yaxın üzündə sarı köpük olur. Buna sarıköynək deyirlər.
Sarı- köynəyi tökməzlər. Ayrıca yığıb, qatıq-bəhməz
düzəldərlər.
Bəhməz sinə ağrılarında, öd, qaraciyər
xəstəliklərində təsirli dərmanlardan sayılır. Suya, yaxud
inək südünə qatıb içərlər.
TUT QURUSU
Tutu çırpıb təmizləyərlər. Qarğıdan təpəcə hörüb
üstünə bez salarlar. Tutu ora səpib qurudarlar. Çalışarlar
ki, su dəyməsin. Su dəyəndə tut qaralır, öz keyfiyyətini
itirir.
Tut qurusu şəkər xəstəliyi olanlar üçün xeyirlidi;
qəndi əvəz edir.
TUT ARAĞI
Tutu çırpıb taxta qablara - çəlləklərə doldururlar.
Qıcqırdıqdan sonra arağını çəkirlər.
Tut arağı qan-damar sistemi xəstəliklərində