Выбрать главу

Bədnəzərin paltarından, ayaqqabısının içindən xəlvətcə

kəsərlər. Gedəndən sonra yandırarlar.

Təndir başında bir tikə isti çörək kəsməlisən. Yoxsa

evin bin-bərəkəti qaçar.

Ulduz axanda kimsə ölər.

Qəfildən tufan qopsa, demək hardasa nahaq qan

tökülüb.

Küt yeyən pullanar.

Çörək tikəsinə and içilərsə, onu yemək olmaz.

Yanan ocağa su tökmək günahdı.

Ehsanı ən azı yeddi atanın uşağı yeməsə, qəbula

keçməz.

Ehsan paylayana deyərlər: «Allah qəbul eyləsin!,

Ehsanında olsun!»

41

Savab işlər Allaha agahdı. Hər saat dilə gətirməzlər.

Deyəndə də belə deyərlər: «Allah ovsanatdan çıxartmasın!»

Yas yerindən gələn əl yaylığını içəri gətirməzlər.

Yuyub sərərlər.

Can verən adam ölümqabağı halallıq almasa, əzab

çəkər.

Nəzir-niyazınan tapılan uşağı niyyət eyləyib yeddi

qapı diləndirərlər.

Ağac bar gətirməyəndə onu qorxuzarlar. Baltanın küpü

ilə vurub deyərlər: «Bu il də bar verməsən, səni

kəsəcəyəm». Belədə ağac qorxar.

İlin axır çərşənbəsində öz ocağında olmayan, yeddi

bayramı qıraq yerdə keçirər.

İlk dəfə yatdığın evdə nə yuxu görsən, çin olar.

Ananın qarğışı balaya keçməz. Süd qoymur.

Pişik əl-üzünü yuyarsa, qonaq gələcək.

Uzanan adamın üstündən addamaq olmaz. Ağırlığın

üstünə tökülər. Keçən adam dala qayıtmalıdır.

Qızın üstünə ağ sap yapışsa, dalınca ağ oğlan düşəcək.

Qara sap yapışsa, qara.

Şər vaxtı balatı, çalası verməzlər.

Pulu sona kimi xərçləməzlər, kisədibi saxlayarlar.

Gəlin bəy evində zehə baxarsa, qaynanası ölər.

Toy günü gəlinin qucağına oğlan uşağı qoysalar, onda

ilk uşağı oğlan olar.

Uşağın ilk dişi çıxanda diş hədiyi bişirirlər. Qapı-qapı

paylayırlar.

Uşaq süd dişini dəyişəndə dişini siçan deşiyinə atar,

deyər: «Balta dişimi sənə verdim, inci dişini mənə ver».

Göz dəymiş adamın altında üzərlik yandırarlar.

Nəzər toxunmuş adamın başına duz hərləyərlər. Həmin

duzu ocağa atıb yandırarlar, ad çəkərlər.

Bədnəzərdən qorunmaq üçün dağdağan düzəldərlər.

Dağdağanın üstünə göz kimi nöqtələrlə dağ basarlar.

42

Nehrə çalxayanda altına dairəvi cızıq çəkər, dairənin

ortasına kəsər (balta, dəhrə, bıçaq və s.) qoyarlar.

İki qızın arasından keçən şərə düşər.

Ocaq başında, su üstündə elənən qarğış daha tez tutur.

Hər saat and içməzlər. Andın iki başı olar.

Xaş bişirəndə iki adam ayrı-ayrılıqda gözün yağını

yesə, öc düşər. Yola getməyən adama deyərlər: «Mənnən

göz yağı yeyibsən?».

Uşağın üzü nurdu. Uşağın üzünə tüpürmək günah

sayılır.

Qız uşağının yanında hər sözü danışmazlar. Onda abır-

həyası tökülər, sırtılar.

Qonaq gəlməmiş ruzusu gələr.

Sonsuz adamın gözü dar olar.

Qabın sınması xata - balanın sovuşmasıdır.

Toy günü gəlinin ayağı altına qız evindən götürülmüş

boşqab qoyarlar. Gəlin həmin boşqabı təpiyi ilə sındırar.

Xəstə üstünə gedəndə deyərlər: «Yastığın yüngül

olsun!», «Allah şəfanı versin!»

Xəstə üstünə, körpə uşaqlı evə əliboş getməzlər.

Evin binəsinə pul səpərlər.

Toy günü gəlinin çamadanına yaylıq-corab, şirin çörək

qoyarlar.

Nişan şirnisi yeyən qız tezliklə nişanlanar.

Yuxuda palaz görmək uzaq səfərə çıxmaqdı.

Gözdən öpməzlər. Onda adam ayrı düşər.

Sağ əlin içi qaşınarsa, pul gələcək. Sol əlin içi

qaşınarsa, pul gedəcək.

Bostana göz dəyməsin deyə düz ortadan ağac basdırıb,

it kəlləsi asarlar.

Düyünün qulfallahı var. Ona görə də düyünü yerə

tökmək günahdır.

Uşağın başında ağ tük varsa, dövlətli olacaq deyərlər.

Ağ tük dövlət tüküdür.

43

Üzərliyi xoruz səsi eşidilməyən yerdən yığarlar.

Qoz, əncir ağacının altında yatmazlar. Kim yatsa

vurğun vurar.

Bir adam başqasının yanında gərnəşərsə, öz sinəsinə

vurmalıdır. Yoxsa ağırlığı yanındakının sinəsinə düşər.

Kim qabında yemək saxlasa, nişanlısı çirkin olar.

Qazan dibi qartdayanın toyunda qar yağar.

Dərman verməyin düşər-düşməzi olar. Birinə dərman

vermək istəyəndə gərək şirinlik alasan.

Su içəndə ilan da adamı vurmaz.

Sınıq qabı, güzgünü evdə saxlamazlar.

İşləyən adama deyərlər: Yorulmayasan, Allah xeyir

versin!

Bazara çıxana deyərlər: Bazar olsun!

Əli yüngül adam siftə eləsə, mal tez satılar.

Ayağı ağır adam qabağına çıxsa, işin rast gətirməz.

Uğura çıxana deyərlər: «Uğur olsun!», «Uğruna

xeyir!», «Sağ gedib, salamat gələsən!»

Yuxuda meyvə görmək bin-bərəkətdi. Təkcə üzümdən

başqa.

Saçın tökülməsi, başın qırxılması azar-bezardan

qurtarmaqdır.

Deyirlər duş dəyişikdir. Yəni yuxuların çoxu tərsinə

yozulur.

Yuxuda qaraçuxa arxadı.

Yuxuda palaz, sap, parça, xalça görmək yoldur.

Yuxuda papaq görmək ucalıqdı.

At görmək muraddı.

Yuxuda corab, ayaqqabı görmək darlıqdı.

Yuxuda çılpaq qalmaq dərd-sərdən azad olmaqdır.

Yuxuda qapının açılması darlıqdan xilas olmaqdır.

Qoyunu saymazlar. Saysan azalar.

44

Evin damında bayquş ulaması nəhs əlamətdir. Əgər

ulasa, qabağına duz-çörəklə çıxıb, duz-çörəyə and verərlər

ki, çıx get.

Qarğa qarıldaması həm yaxşı, həm də pis xəbər ola

bilər. Qarğaya deyərlər: «Qara qarğa, xoş xəbər de, sənə acı

bağırsaq ataram».

Sağsağan xeyir xəbərdir.

Qızılgül, alma, nar, armud, tut dilək ağacıdı. Dilək

diləyəndə onların dibində diləyərlər.

Süfrə müqəddəsdi. Süfrənin üstündən adlamazlar.

Adlayası olsan gərək deyəsən: «Süfrə, məni bağışla!»

Çörəyi kəsməmişdən «bismillah» deyərlər.

Yeyib doyduqdan sonra deyərlər: «Allah, şükür, sən

yetir! Ruzumuzu bol elə»!

Ağacın çox bar gətirməsi nəsh əlamətdi. Kiminsə

başını yeyəcək. Onda gərək nəzir çıxasan.

Un çuvalının üstündə oturmazlar. Bərəkəti qaçar.

Çörəkdən danışanda deyərlər: «Bərəkətinə qurban

olum»!

Dar vaxtı ev süpürməzlər.

Hamilə qadın qəbir üstünə getməz.

Böyüyün yanında uşağı danlamazlar, döyməzlər. Bu,

böyüyə hörmətsizlikdi. Onda deyərlər: «Səni qurban olasan

yanında-kına!»

Qonaq Allah qonağıdı. Qonaqlı evin ruzi-bərəkəti

əksilməz.

Əl və ayaq dırnağı bir vaxtda kəsilsə, toyla vay

qovuşar.

Uşağı süpürgə ilə vursan, tez-tez xəstələnər.

Boynu çökək adam xain olar.

Yuxuda göyərçin görən qıza elçi gələr.

Boylu qadın yuxuda qızıl üzük görsə, qızı olar.