Выбрать главу

xeyirlidir. Damarları təmizləyir, qanın qatılaşmasının

qarşısını alır.

TUT SİRKƏSİ

Tut sirkəsi hərarəti aşağı salır. Gülab ilə qarışdırıb

bədənə sürtdükdə xəstəni tərlədir, soyuqdəyməni sağaldır.

443

NAR VƏ ONDAN HAZIRLANAN

MƏHSULLAR

Xalq təbabətində narın həm özündən, həm də ondan

hazırlanan məhsullardan istifadə edilir.

Nar qızdırmanı salır, nar qabığından hazırlanan

dəmləmə qarınağrısını kəsir.

444

NARŞƏRAB

Turş narı sıxır, ağzı kip bağlanan şüşə qablara

doldurub saxlayırlar. Narşərab iştahı açır, qanı

durulaşdırır.

NARTAŞA

Narın gilələrini sıxır, qaynadır və içinə azca şəkər

tozu qatırlar. Bir çox yeməklər sürfəyə nartaşa ilə verilir:

əvəlikli umac, xəngəl, kabablar və s.

Nartaşanın müalicəvi əhəmiyyəti həzm sistemini

qaydaya salmaq və soyuqdəyməni aradan götürməkdir.

ÇÖRƏK NÖVLƏRİ

ÇAD

Qarğıdalı unundan xəmir yoğrulur. Xamralı kimi

yayılır, sac üstündə bişirilir.

445

KÜLLÜ KÖMBƏ

Buğda ununa şəkər tozu, yağ qatılır, bərk xəmir

yoğrulur.

Sininin içini yağlayırlar. Xəmiri yastılayıb qoyurlar.

Üstünə yumurta çəkir, küncüt, xaşxaş səpirlər. Çəngəllə

bəzək vururlar.

Ocaqdakı közü götürüb qırağa atırlar. İsti külün

üstünə qoyulmuş sininin ağzını sacla örtürlər. Sacın

külünü təmizləyirlər. Sacın belinə köz tökürlər.

XAMRALI

Buğda ununa balatı qatıb acıdırlar. Xəmir gələndə

kündələyir, təndiri odlayırlar. Təndir ağarır. Közün üstünə

su səpirlər. Buna dəndənə deyirlər. Təndirin ağzından

başlayaraq cərgə ilə çörəkləri yapırlar. Təndir əppəyinin

üzünə yumurta yaxır, xaşxaş səpir, çəngəllə naxışlayırlar.

Yarısı qızarmış əppəkləri çəkib təndirin dibinə düzür,

koğa ilə qızardırlar.

SAC YUXASI

Həm acıtmalı, həm acıtmasız olur. Yuxa nazik

yayılır. Sacın üstünə salınır. O üz, bu üz çevirib

götürürlər.

FƏSƏLİ

446

Çox yuxa bişirəndə dalınca fəsəli salırlar. Deyirlər

ki, günahdı, sac yanır, qarğış eləyir.

5-6 yuxanı yağlayıb üst-üstə yığırlar, sonra lülələyib

yastılayır, təzədən yayırlar. Sacın üstündə oxlovun ucu ilə

deşdəkləyirlər. Deşiklərə yağ tökür, o üzə - bu üzə

çevirirlər.

FƏTİR

Fətir yuxaya nisbətən qalın yayılır, kiçik olur.

Xəmiri yuxanın eynidir.

TƏNDİR LAVAŞI

Xəmiri xamralının eynidi. Azca bərk yoğrulur. Ən

azı dörd, yaxud altı adam bişirir.

Təndir lavaşı quru olduğundan uzun müddət qalır.

İlıq su ilə isladıb üstünü basdırırlar. Bir qədər keçdikdən

sonra qatlayıb üst-üstə yığırlar.

GƏNCƏ MƏTBƏXI

KƏTƏ

Bərk xəmir yoğrulur. Xəmirə maya vurulmur. Bir

qədər qalın yayılır, içinə içlik qoyulub ağız-ağıza qatlanır.

447

KƏTƏNİN İÇİ:

Cincilim, çöl keşnişi, ispanaq, şomu və s. pencərdən

kətə bişirilir. Göy doğranır, yuyulur, ovulur, pendir,

yaxud şor qatılır, nar dənəsi və göy soğan vurulur.

Göy kətəsi bişən kimi üst-üstə yığılır, bir-bir

yağlanır.

QATDAMA

Yeddi yuxa yayılıb üst-üstə yığılır. Sonra lülələnib

bir neçə yerə kəsilir. Yastılanır. Qatlamanı dağ olmuş

yağa salıb o üz-bu üz qızardırlar. Hazır qatlamanın üstünə

şəkər tozu səpirlər.

QUYMAQ

Unu su ilə möhkəm çalır, yumurta əlavə edib

qarışdırırlar. Sonra xəmiri dağ olmuş yağın içinə tökürlər.

Bir üzü qazmaq tutan kimi o biri üzünə çevirib qızardırlar.

XƏŞİL

Suyu qaynadırlar. Bəzən bu su çiçəklərin (kəkotu,

qəfli, qantəpər) dəmləməsi olur. Suya azca duz atırlar. Bir

əllə unu yavaş-yavaş səpir, o biri əllə qarışdırırlar. Xəşili

taxta qaşıqla çalırlar. Sonra ağzını örtüb qaynamağa

qoyurlar.

Hazır olduqda boşqablara çəkilir, üstünə kərə yağ,

bəhməz, yaxud şəkər tozu tökülür.

448

HALVA

Halvanı iki cür bişirirlər: un halvası, umac halvası.

Gəncədə əsasən umac halvasına üstünlük verirlər. Bu

halva daha ləzzətli çıxır.

Undan umac ovulur. Aşsüzəndən keçirilir, irisi,

xırdası ayrılır. İri umac əvvəlcə tökülür, xırda isə qızarana

yaxın. Şərbəti düzəldib hazır qoyurlar. Şərbətə gülab,

sarıkök, zəfəran vurulur.

Yağı dağ edib umacı yavaş-yavaş tiyana tökür, iri

kürəklə çalırlar. Umac qızaranda qaynar şirəni əlavə edib

qarışdırırlar. Halva yağa düşür. Hazır olana yaxın qoz

ləpəsi (əzilmiş halda) qatırlar.

Halvanı nazik yayılmış yuxa ilə yeyir, ehsanlıqdısa,

yuxalara büküb paylayırlar. Boşqablara düzdükdə qaşıqla

naxışlar salırlar.

YARMA XƏŞİLİ

Buğda arıtlanır, yuyulur, kirkirədə çəkilir. Su

qaynadılır, azca duz atılır. Yarmanı yavaş-yavaş

qarışdırmaqla xəşil çalınır. Yarma xəşili un xəşilinə

nisbətən gec bişir. Hazır olanda üstünə sarımsaq-qatıq

tökürlər.

TUTMAC

Soğanı yağda qovurub üstünə su tökürlər. Başqa

qabda umac lobyanı bişirib qatırlar. Xəmir yoğrulur.

Əriştə kəsilir və qaynayan suya əlavə edilir. Hazır olana

yaxın doğranmış keşniş səpilir, duz, istiot vurulur.

449

UMAC

Əvəlikli umac müalicəvi bişmişlərdəndi.

Soyuqdəyməni götürür. Soğan qovrulur, üstünə su

tökülür, əvəlik xırda-xırda doğranıb isti suda yüngülvari

pörtlədilir. Umac ovulur və əvəliklə birgə qazana tökülür.

Əvəlikli umaca duz, istiot əlavə edərək süfrəyə verirlər.

Bu xörəyə nartaşa, yaxud alça turşusu qatanda daha

ləzzətli olur.

QAŞXƏNGƏLİ

Soyuq havalarda tez-tez bişirilən xörəkdir. Əksər

hallarda toyuq əti ilə hazırlanır.

Soğanı doğrayıb yağda qızardırlar, üstünə

əvvəlcədən bişirilmiş toyuq ətini suyu ilə bərabər tökürlər.

Qaynayanda xırda-xırda kəsilmiş xəngəl əlavə edirlər.