Выбрать главу

Doğranmış keşniş, duz, istiot vururlar. Süfrəyə sarımsaq-

qatıqla verirlər. Soyuqdəymə hallarında ən yaxşı dərman

sayılır. El arasında deyirlər: «Ölü yesə dirilər».

HOPBACA

Südlə bişirilən xörəklərdəndir. Əriştəni kəsib

qovururlar. Bişmiş südün içinə tökürlər. Süd əriştənin

canına hopur. Bişmişin adı da buradan götürülüb. Hazır

450

olana yaxın duz və sarıkök əlavə edir, üstünə yağ tökürlər.

Hopbacanı azca düyü qatmaqla da bişirmək olar. Süfrəyə

verəndə şəkər tozu səpilir.

FİRNİ

Düyünü arıtlayıb yuyurlar, sonra qurudub əl

kirkirəsində yarma kimi əzirlər. Hazırlanmış unu camış

südünün içinə töküb qaynadırlar. Düşənə yaxın şəkər tozu

və gülab qatılır.

SƏMƏNİ HALVASI

Buğda təmizlənir, cücərdilir. Cücərtilər

həvəngdəstədə, yaxud daşla əzilir. Torbalara tökülüb

sıxılır. Buğdanın şirəsi tiyanlara tökülüb qaynadılır.

Səməni halvası çətin hazırlanan və gec başa gələn xörək

olduğundan bu işi tək görməzlər. Halvanı əksər hallarda

kişilər çalırlar.

SÜLFÜLLÜ

Sülfüllü çox zaman qaxac ətdən hazırlanır. Qaxac

olmayanda təzə ət də götürmək olar. Əvvəlcə yağlı,

sümüklü əti soğanla bişirirlər. Sülfüllü xəmiri oxlov

formada yuvarlanır. Bıçaqla kəsilir, araları açılıb

qaynanmış duzlu suya tökülür. Qaynatdıqdan sonra

süzülür. Üstünə sarımsaq-qatıq və əvvəlcədən hazırlanmış

ət, suyu ilə birlikdə əlavə edilir.

451

QOVUT

Buğdanı arıtlayıb qovururlar. Qovurğanı kirkirədə

çəkib ələyirlər. İrisi ayrı olur, xırdası ayrı.

Qovut ununu şərbətin içində çalırlar. Halvaya

bənzər kütlə alınır. Əsasən Xıdır Nəbi bayramında

hazırlanır. Çox tamlıdı.

HƏDİK

Buğdanı, qarğıdalını ayrı-ayrı bişirirlər. İri qazana

doldururlar. Üstünə lobya və umac töküb yenidən

qaynadırlar. Bişənə yaxın qoz ləpəsi tökürlər.

Bəzi hallarda hədik qazanına hazır baş –ayaq da

salırlar. Hamısı birlikdə həl bişir.

Hədiyi çox vaxt diş çıxaran körpə uşaqların adına

asırlar. Buna diş hədiyi deyilir. Diş hədiyini qonum-

qonşuya paylayırlar.

ƏVƏLİK AŞI

Əvəlik aşı da xalq təbabətində dərman kimi

işlədilir.

Əvəlik aşı üçün götürülmüş düyü yuyulmur. Əgər

yuyulsa, müalicəvi əhəmiyyətini itirər.

Xırda-xırda doğranmış soğan azca yağda qızardılır.

Bu xörək əsasən mədəsi pozulmuş xəstələr üçün nəzərdə

tutulduğundan yağı az işlədirlər. Qızarmış soğana su əlavə

edib qaynadırlar. Doğranıb isti suda yuyulmuş əvəlik və

düyü qazana tökülüb qatılaşana qədər qaynadılır, istiot və

duz vurulur.

452

BALIQ LƏVƏNGİSİ

Balıq bütöv təmizlənir, içərisi çıxarılır. Bir dəstə

şüyüd, bir dəstə keşniş doğranır, halqa-halqa kəsilmiş bir

limon, az miqdarda qoz, şabalıd, duz və istiot

qarışdırılaraq balığın içinə qoyulur. Sonra qazana iki

stəkan su tökülür. Hazırlanmış balıq buxarda bişirilir,

süfrəyə nartaşa ilə verilir.

SÖYLƏYƏNLƏR HAQQINDA

MƏLUMAT

453

ALQIŞ VƏ DUALAR

Quliyeva Gülüstan İsa qızı (77 yaş) - Goranboy rayonu,

Qaradağlı kəndi; Məmmədova Hürü İsa qızı (70 yaş) –

Goranboy rayonu, Dəliməmmədli şəhəri; Həsənova

Məsmə Cəfər qızı (72 yaş) – Gəncə şəhəri; Qasımova Pəri

Əkbər qızı (75 yaş) – Goranboy rayonu, Qırıxlı kəndi;

Nağıyeva Maya Bahan qızı (73 yaş) – Gəncə şəhəri;

Məmmədova Gülaf Vəli qızı (60 yaş) - Daşkəsən rayonu;

Hüseynova Nərgiz Hacı qızı (62 yaş) – Gəncə şəhəri;

Hacıyeva Tərlan Nəcəf qızı (81 yaş) – Gəncə şəhəri.

QARĞIŞLAR

Mahmudov Əziz Bəylər oğlu (68 yaş) – Gəncə şəhəri;

Hüseynova Səltənət Əli qızı (63 yaş) – Gəncə şəhəri;

İmanova Tərlan Əbduləli qızı (70 yaş) – Daşkəsən

rayonu, Kollu kəndi; Orucova Gülgəz Hüseynqulu qızı

(95 yaş) – Goranboy rayonu, Qaradağlı kəndi; Zeynalova

Tərifə Məmməd qızı (70 yaş) - Goranboy rayonu,

Qaradağlı kəndi.

ANDLAR

Əmrahova Fatma Müseyib qızı (71 yaş) – Goranboy

rayonu, Qarapirimli kəndi; Quliyeva Durnatel Zaman qızı

(52 yaş) – Goranboy rayonu, Qaradağlı kəndi; İsmayılova

Leyla Hüseyn qızı (51 yaş) – Gəncə şəhəri; Bayramova

Sədaqət Vəli qızı (52 yaş) – Goranboy rayonu, Xoylu

kəndi.

TAPŞIRMALAR

454

Hüseynova Nərgiz Hacı qızı (62 yaş)- Gəncə şəhəri;

Quliyeva Viladə Zaman qızı (45 yaş) – Gəncə şəhəri;

Hüseynova Vüsalə Cəbrayıl qızı (28 yaş) – Gəncə şəhəri.

İNAMLAR

Həsənova Həmayə Əli qızı (67 yaş) - Gəncə şəhəri;

Alıyeva Xəzəl Usuf qızı (72 yaş) - Goranboy rayonu,

Qaradağlı kəndi; Məmmədova Mətanət Qəşəm qızı (40

yaş) - Goranboy rayonu, Dəliməmmədli şəhəri.

ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Həsənova Həmayə Əli qızı (67 yaş) – Gəncə şəhəri;

Quliyeva Şəhla Nəriman qızı (30 yaş) – Gəncə şəhəri;

Namazova Yavər Xəlil qızı (41 yaş)- Gəncə şəhəri;

Məmmədov Qəşəm Ələkbər oğlu (70 yaş) – Goranboy

rayonu, Dəliməmmədli şəhəri; Museyibov Ağakişi

Zaman oğlu (50 yaş) - Goranboy rayonu, Qaradağlı kəndi;

Hüseynov Cəbrayıl Hacıbaba oğlu (67 yaş) – Gəncə

şəhəri;

Zeynalzadə İsrayıl Məmmədhəsən oğlu (91 yaş) – Gəncə

şəhəri.

MÖVSÜM VƏ MƏRASİM NƏĞMƏLƏRİ

İmamverdiyeva Həqiqət Cəfər qızı (70 yaş) - Daşkəsən

şəhəri; Məmmədova Gözəl Məmmədtağı qızı (63 yaş) -

Goranboy rayonu, Qaradağlı kəndi; Həsənova Məsmə

Cəfər qızı (72 yaş) – Gəncə şəhəri; Quliyeva Gülüstan İsa

qızı (77 yaş) - Goranboy rayonu, Qaradağlı kəndi;

Quliyeva Gülsüm Mustafa qızı (80 yaş) – Goranboy

rayonu, Xoylu kəndi; Baratzadə Nərminə Zülfüqar qızı

(46 yaş) – Gəncə şəhəri; Mirzəyeva Səmayə Həsən qızı

455

(76 yaş) – Gəncə şəhəri; Məmmədova Süsənbər Əsəd qızı