Выбрать главу

Qırxı çıxmamış uşağın üstünə göy rəngli paltarda

getməzlər. Onda uşaq göyərər.

45

Qırxlı uşağın üstünə çiy ət aparmazlar. Uşağın bədəni

qıpqırmızı qızarar. Bu qızartını yox eləmək üçün həmin

ətdən bir tikə salınmış suda uşağı çimizdirərlər.

Sonsuz qadın qırxlı uşağın üstünə girməz.

Həmzatlı qadın zahının üstünə girsə, həmzatı ona

keçər. Körpə ölər. Sonrakı uşaqlar da durmaz.

Qırxlı uşaq xəstələnsə, qurd dərisi salınmış su ilə

çimizdirərlər.

Qırxlı uşağın üstünə qəfil girən adamın əllərini suya

çəkərlər. Həmin sudan uşağın üstünə çiləyərlər.

Körpəni güzgüyə tutmazlar. Onda yeriməz.

Gecə güzgüyə baxanın bəxti küsər.

Qorxan uşağı dul arvadın tumanından keçirərlər.

Uşaq anasından əl çəkmirsə, astanadan ayaqqabı tayı

götürüb ağzına-ağzına vurarlar.

Körpənin üstünə qızıl taxarlar. Qızıl bəd nəzəri

qaytarır.

Gedənin dalınca göz yaşı tökməzlər.

Səfərə çıxanın dalınca su atarlar.

Qəbul olunmuş nəzirdən bir-iki tikə qənd götürərlər.

Niyyət edərlər. Niyyət hasil olanda həmin qənddən şərbət

düzəldib paylayarlar.

ATALAR SÖZÜ VƏ MƏSƏLLƏR

Bulud altından çıxan gün, yaşmaq altından çıxan dil.

46

Ağzın isti yerdədi.

Əlin dəllal əlinə dəyməyib.

Qohum qohumun ətini yesə də, sümüyünü çölə atmaz.

Ağaclı ağacını götürdü, suçlu suçunu başa düşsün.

Yarrağan uçdu, toz qopdu.

Öylüsən, öydən halısan.

Elə bilir yuxa içində halva var.

Davadan bir büküm halva yaxşıdı.

Halva-halva deməknən ağız şirin olmaz.

Su girdi qaba, oldu içməli.

Qırılan qoşunnandı.

Tatın gəlişi, kürdün görüşü.

Yaxşı kişinin ətəyinin dalını kəsib, qabağına

yamayasan.

Bir gün gələn bir gün gedər.

Ev davasız, kor əzabsız olmaz.

Al qapıda, sat qapıda.

Qız qapısı- şah qapısı.

Qurbağa gölünə daş atıblar.

Torpaq deyər: öldür məni, dirildim səni.

İki eşşəyin arpasını böləmmir.

Ağ yelnən Qara yeldi.

Bildirçinin bəyliyi darı sovulana qədərdi.

Dünən şeş,

Bu gün beş?

Adam bir il uşaq anası olar, bir il iş anası.

Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.

Allah əyməyəni bəndə əyə bilməz.

Get naxıra,

Gəl axıra.

Söz sözü kəsər.

Düz söz acı olar.

Aşına ha aşına,

Çıxdın ocaq başına?!

47

Yersiz gəldi, yerli qaç.

Gah nala döyür, gah mıxa.

Namərdi bir gördüm, bir də görsəm namərdəm.

Allah heç kimin əppəyini tək eləməsin.

Dəvə durdu, dam yıxdı.

Dədə evində də soğan-çörək, ər evində də soğan-

çörək?

Bostançının kar vaxtıdı.

Qız öyündə toydu, oğlan öyünün xəbəri yox.

Meşə çaqqalsız olmaz.

Yalan olmaz, yalnış olar.

Uşaq anadan yetim qalar.

Yetənə yetir, yetməyənə bir daş atır.

Ələ də yetir, əlləzə də.

Qazıcaq da bilir, quzucaq da.

Örkən nə qədər uzun olsa, yenə gəlib doğanaqdan

keçər.

Dəvə bir fikir eləsə, sarvan iki fikir elər.

Dəvəyə dedilər boynun niyə əyridi? Dedi: haram düzdü

ki, boynum da düz ola?

Əkiblər yemişik, əkərik yeyərlər.

Köçən yurdun qədrini düşən yurdda bilərlər.

Gəlin bəzənincə toy əldən gedər.

Mərdi qova-qova namərd eləyirlər.

Od düşdüyü yeri yandırar.

Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə

deyər.

Sözü at, yiyəsi götürər.

Söz danışıqdan keçər.

Tula itdən murdar.

Uman yerdən küsərlər.

Uşaq dədəsini hamıdan güclü bilər.

Çox qarışqa bir fili öldürər.

Turpun sıxından seyrəyi yaxşıdı.

48

Kötük üstə çox çır-çırpı doğranıb.

Gəmidə oturub gəmiçiynən dava çəkir.

Hər kəs nə eləsə, özünə eləyər.

Göydən nə yağsa, yer götürməlidi.

Qar yağıb, ayaq üşüməyə.

Qurban olum o qana, üstündən bir gün keçə.

Qızını qoy beşiyə,

Cehizini qoy eşiyə.

Yüz acını udarlar bir şirinin xətrinə.

Kələknən gələn küləknən gedər.

Oğul da bir ev tikir, qız da.

El elə sığışdı, ev evə sığışmadı.

Atlı qonaq sığışdı,

İtli qonaq sığışmadı.

Ağıllın hansıdı? Qabaqda gedən zəncirli.

Dəli dəliyə qoşulanda dəyənək göydən yağar.

Külü küllükdən götür.

Qılınc kəsməyəni söz kəsər.

Dınqır ələk,

Dınqır sac.

Əlim xəmir,

Qarnım ac.

Tısbağa qınından çıxdı, qınını bəyənmədi.

Ağır hapılı, taxta qapılı.

Süleymana qalmayan dünya sənə də qalmaz.

Qarına gedən qazancdı.

Elə bil İsa yeyib, Musa təpib.

İgid odu atdan düşə atlana,

İgid odu hər əzaba qatlana.

İt də getdi,

İp də getdi.

Yalan üz qızardar.

Yel aparan yelinki,

Yerdə qalan mənimki.

49

Arı yeyib, namusu da dalına şəlləyib.

Nökər nədi, bekar nədi.

Nökər, durma bekar,

Aç qapını, ört qapını.

Su gələn arxa bir də gələr.

İt özünü murdar bilməz.

Qız qaldıqca qızıla dönər.

Qız taxt üstündə oturmaz, baxt üstündə oturar.

Allah dərdi çəkənə verər, ağını yalayana.

Dərziyə dedilər, köç, iynəsini yaxasına sancdı.

Axar su mundar götürməz.

Üzülkəsillik döy ha.

Atı torbalı dalaşdırır.

Çörək Qurandan irəlidi.

Dostluq bir almadı: dəm səndə, dəm məndə.

Ayı qandı, ayrım qanmadı.

Meymun baxar güzgüyə,

Adını qoyar özgəyə.

Bir oturmuram deyənnən qorx, bir yemirəm deyənnən.

Çəkməçinin ayağı yalın olar.

Qaşıq qayıranın öyündə qaşıq tapılmaz.

Yeddi il quraqlıq oldu, aclıq olmadı, bir il yağannıq

oldu, aclıq oldu.

Hörmət var xalvar-xalvar,

Hesab var dinar-dinar.

Birə də hey, minə də.

Kotan nə bilir, qayış nə çəkir.

İştah diş altındadı.

Dəvə şıllağa qalxanda qar yağar.

Xanım qıran boşqabın səsi çıxmaz.

Dədəlinin dədəsi, dədəsizin Allahı.

Yuvasına girən ilanı dəvə də çıxarda bilməz.

Göydə yeddi batman ağırlığında dəyirman daşı var,

kim özünü pis bilsə, başına düşəcək.

50

A xala donun niyə gödəkdi,

Deyir: bezin qıtlığından.

Yeməknən doymayan yalamaqnan heç doymaz.

Yalamasan doymazsan,

Yamamasan geyməzsən.

Arığın nə işi var qoruqda, vurub qıçını sındıralar.

Allah dəvəyə qanad versə, uçurmamış dam-daş

qoymaz.

Elə elə ki, qapına bir də şorsatan gəlsin.

Kasıb toy eləyəndə gecə gödək olar.

Mən oğru oldum, Ay dana qaldı.

İstədiyim yar idi,

Yetirdi pərvərdiyar.

Əmiyə qalan dəmyə qalar.

Arvad yıxmayan ev min il tikili qalar.

Saqqalım yoxdu, sözüm ötmür.

Adam torbanı dibindən silkələməz.

Arsızın üzünə tüpürsən, elə bilər yağış yağır.

Almağa alıcı quşdu, verməyə kor yapalaq.