Выбрать главу

Göz yaşımı mən tökərəm.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

294

Qollarım zəncirə bağlı,

Şamə əsir gedirəm.

Gəl yetiş dadıma, qardaş,

Susuzam mən bu gecə.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Bu Şamın xarabasında,

Artıbdı dərdim-qəmim.

Qalmışam zilləti-darda,

Nə atam var, nə əmim.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Düşüb Əkbər yadıma,

Ey bibi can.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Bu qərib yerdə, bibi,

Gəl sənə bir vəsiyyət edim.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Körpəydim, canım bibi,

Qardaş toyunu görmədim.

Bağladı zəncirə qollarımı,

Bibi, nə edim?

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Mən Əli Əkbərimi,

Tapmasam ölləm bu gecə.

295

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

Tapmışam qardaşımı,

Yer ilə yeksandı, bibi.

Bədəni yaralanıb,

Zülfü tamam qandı, bibi.

Zeynəb ağlar bu gecə,

Qara bağlar bu gecə. xor

YA HÜSEYN, VAY HÜSEYN

Azərbaycan Kərbiəlam,

Ya Hüseyn, vay Hüseyn!

Qarabağ Xeybər qalam,

Ya Hüseyn, vay Hüseyn!

Ağlayır anan Zəhra,

Ya Hüseyn, vay Hüseyn!

Günüm boyandı qara,

Ya Hüseyn, vay Hüseyn!

Gözüm yaşı dayanmaz,

Ya Hüseyn, vay Hüseyn!

Göydə fələk oyanmaz,

Ya Hüseyn, vay Hüseyn!

Köksümdən yaralandım,

Ya Hüseyn, vay Hüseyn!

Köçümdən aralandım,

Ya Hüseyn, vay Hüseyn!

Sənsən dinim-imanım,

Ya Hüseyn, vay Hüseyn!

296

Sel təki axır qanım,

Ya Hüseyn, vay Hüseyn!

Al qanımdı dil açan,

Ya Hüseyn, vay Hüseyn!

Mənəm üstünə qaçan,

Ya Hüseyn, vay Hüseyn!

Qanlı meydan buradır,

Ya Hüseyn, vay Hüseyn!

Hər günüm aşuradır,

Ya Hüseyn, vay Hüseyn!

Sinəmə çəkdi dağ,

Ya Hüseyn, vay Hüseyn!

Doğrandım budaq-budaq,

Ya Hüseyn, vay Hüseyn!

Mənəm sinəsi dağlı,

Ya Hüseyn, vay Hüseyn!

Mənəm qapısı bağlı,

Ya Hüseyn, vay Hüseyn!

Çırağım sönüb mənim,

Ya Hüseyn, vay Hüseyn!

Özüm-özümə qənim,

Ya Hüseyn, vay Hüseyn!

Kimim var, kimə gedim,

Ya Hüseyn, vay Hüseyn!

Dərdimi sənə dedim,

Ya Hüseyn, vay Hüseyn!

Sinəm yaman göynəyir,

Ya Hüseyn, vay Hüseyn!

Alışdı can köynəyim,

Ya Hüseyn, vay Hüseyn!

297

Yoxmu dərdimə çara?

Ya Hüseyn, vay Hüseyn!

Vallah yaman naçaram,

Ya Hüseyn, vay Hüseyn!

Başım yaman itibdi,

Ya Hüseyn, vay Hüseyn!

Sinəmdə dərd bitibdi,

Ya Hüseyn, vay Hüseyn!

Al qanım sel olubdu,

Ya Hüseyn, vay Hüseyn!

Qızılgüllər solubdu,

Ya Hüseyn, vay Hüseyn!

Hey əsir acı yellər,

Ya Hüseyn, vay Hüseyn!

Susubdu şirin dillər,

Ya Hüseyn, vay Hüseyn!

Gör dilim nələr deyir,

Ya Hüseyn, vay Hüseyn!

Şərə baş əyir xeyir,

Ya Hüseyn, vay Hüseyn!

İmdadıma özün çat,

Ya Hüseyn, vay Hüseyn!

Məni şəhidlərə qat,

Ya Hüseyn, vay Hüseyn!

Gen dünyam olubdu dar,

Ya Hüseyn, vay Hüseyn!

Sənə yaman ərzim var,

Ya Hüseyn, vay Hüseyn!

Təpəmdən çıxır tüstü,

Ya Hüseyn, vay Hüseyn!

Kərbəla sinəm üstü,

Ya Hüseyn, vay Hüseyn!

298

Yaralandı ürəyim,

Ya Hüseyn, vay Hüseyn!

Paralandı çörəyim,

Ya Hüseyn, vay Hüseyn!

Yerdə qalıbdı qanım,

Ya Hüseyn, vay Hüseyn!

Ağlar bəlalı canım,

Ya Hüseyn, vay Hüseyn!

Pənah apardım sənə,

Ya Hüseyn, vay Hüseyn!

Yoxdu özgə kimsənəm,

Ya Hüseyn, vay Hüseyn!

Allah, bilmirəm neynim,

Ya Hüseyn, vay Hüseyn!

Şəhid oldu Hüseynim,

Ya Hüseyn, vay Hüseyn!

299

QƏBUL EYLƏ

Bağışla bunu, ya Rəbb,

Abbasi Ələmdara.

Qolları düşüb təndən,

Məşki bulanıb qana.

Ehsanı qəbul eylə,

Xərcini həlal eylə,

Quranı qəbul eylə,

Məşhər günü ehsanı,

Birə-bir qəbul eylə.

BAĞIŞLA

Seyyidi Əbrarə bağışla!

Tabusu cahan-ruhi-rəvan,

Natiqi Quran,

Bikəsi Həsən Əsgərə bağışla.

Amin, Amin, ya Rəbbil-Aləmin!

Toy təxti kəfən, qanı həna,

Şahzadə cavan,

Qasimi dildarə bağışla!

Amin, amin, ya Rəbbil-Aləmin!

300

UŞAQ OYUNLARI

MORU-MORU

Oyunu dörd nəfər oynayır. İkisi qabaqda, ikisi isə arxada

dayanır. Qabaqdakılar əlləri ilə gözlərini tuturlar ki, kimin

harada durmasını görməsinlər. Arxadan bir uşaq irəli çıxır,

qabaqkı uşaqların birini aparır. Yerdə qalan uşaq yoldaşından

soruşur:

- Moru-Moru.

- Çıqqıdı Moru!

- Səni aparan

Hansı oğru?

Əgər oğrunun adı düz tapılarsa, birinci dəstə oyunu udur.

Udan dəstə uduzanın belinə minir. Tapa bilməzsə, ikinci dəstə

oyunu aparmış sayılır. Ortaya qoyulan müəyyən məsafəyə

qədər aparıb-gətirirlər.

YELLƏNCƏK

Get ələk gətir,

Get xəlbir gətir

Uşaqlardan biri yelləncəkdə yellənir. O biri isə onu

yellədir. Hər dəfə yelləncək gedib-gəlincə deyir:

- Get ələk gətir.

- Get xəlbir gətir!

301

ADDIM BASDIM

Bu oyunu iki uşaq oynayır. Müəyyən məsafə seçilir.

Uşaqlar addımlarını ataraq bir ayağın dabanını o biri ayağın

barmaq ucuna qoyub qarşı-qarşıya gəlirlər.

Uşağın biri deyir:

- Addım basdım,

- Kərələdim, kəsdim.

O biri uşaq deyir:

- Alma – armud,

Keçəl Mahmud.

Uşaqlar qarşılaşana qədər oyun davam edir. Sonuncu

addım kimin olursa, oyunu udmuş sayılır.

Bu oyun püşk atmaq, yaxud sanama saymağı əvəz edir.

Kim sona qalsa, başqa bir oyuna birinci başlayır.

DIRƏDÖYMƏ

Düzəngah yerdə çevrə çəkirlər. Çevrənin içində istənilən

sayda uşaq ola bilər. Uşaqlardan hərəsinin ayağının ucunda bir

toqqa olur. Çevrənin kənarında olan uşaqlar isə çalışıb onların

ayağının altından kəməri götürməlidirlər. Əsas şərt ondan

ibarətdir ki, çevrənin içərisindəkilər toqqanı yalnız ayaqla

qorusun.

Çevrədən kənarda olan uşaqlar toqqanın birini ələ

keçirərsə, həmin toqqa ilə rəqiblərin ayağına vurmaqla o biri

toqqaları götürməyə çalışır. Uşaq toqqanı götürə bilərsə, onun

vasitəsi ilə o biri toqqaları da ələ keçirmək asan olur. Yox əgər

toqqanı ələ keçirmək istəyərkən rəqiblərdən biri onu ayağı ilə

təpərsə (təpik vurarsa), o zaman təpilən uşaq çevrəyə girir,

təpən isə qırağa çıxır. Sonuncu toqqaya qədər oyun davam edir.

Çevrədəkiləri toqqa ilə vururlar. Əgər içəridəkilərdən hansı biri

təpməyi bacarsa azad olur. Sonuncu adam qalana qədər toqqa