ilə döyürlər. Oyun bu cür davam edir.
302
QOZ-QOZ OYUNU
Bu oyunda bir neçə nəfər iştirak edə bilər. Oyunçuların
sayına görə qozlar bir-birindən 3-5 qarış aralı bir xətt boyunca
düzülür. Düzülmüş qozlar 3 -5 m aralıdan əlaqqa ilə vurulur.
Oyunçuların hərəsinin ayrıca bir qozu da olur ki, ona əlaqqa
(əldə olan qoz) deyilir. Əlaqqa hansı qoza dəyirsə, yiyəsi
həmin qozu götürür, o biri qozlara atır. Kim sərrast atırsa qoz
onunku olur. Sonuncu qoz vurulanda oyun bitir.
YUMURTA DÖYÜŞÜ, QATAR
Adətən bu oyun Novruzqabağı keçirilir. Burada hərə
özünə bir əlaqqa (əldə atmaq üçün yumurta) götürür. Əlaqqa
bərk olsun deyə əvvəlcədən duza, südə, yaxud peyinin içərisinə
qoyulur. Təxminən 10-dan 50-yə qədər yumurta qatara
düzülür. Püşk atılır. Kimə düşsə, oyunda birinci olur. Yəni
əlaqqa ilə yumurtaları sındırır. Əgər əlaqqa yumurtaların
hamısını sındırarsa, yumurtalar həmin iştirakçıya qalır. Əgər
əlaqqa yumurtanın hamısını qıra bilməsə, o biri oyunçu
başlayır. Sonuncu yumurtanı kim qırarsa, yumurta qatarının
hamısı ona çatır.
* * *
Bəzən bu oyunu əlaqqasız da oynayırlar. Püşk atılır. Kim
birinci olsa qatardakı yumurtanın birincisini götürüb oyuna
başlayır. Kimin əlində sağ yumurta qalarsa, oyunu udur.
«Harda qırıldı-qırıldı» məsəli də bu oyundan
götürülmüşdür.
* * *
Yumurtanı tək-tək də döyüşdürürlər. Biri əldə tutur. O
biri vurur. Başı başla, sonra künə ilə döyüşdürürlər. Ola bilər
ki, baş künəni qıra bilməsin. Onda künəni döyüşdürürlər.
Kimin yumurtasında sağ yer qalarsa o, udur.
303
ARTIRMA
Bir neçə oyunçu bir yerə toplaşır. Əldə daş tutmaqla daşı
tapırlar. Daşı tapmayan axıra qalır. Axıra qalan ikiqat əyilir. O
birilər gəlib bunun üstündən hoppanır, keçir. Hamısı keçə bilsə,
xətt çəkilir, məsafə artırılır. Kim keçə bilməsə, həmin adam
ikiqat dayanır, onun üstündən hoppanırlar. Beləliklə, oyun
davam edir.
Əvvəlcədən şərt qoyurlar ki, danışan uduzacaq. Bəzən
belə də deyirlər:
O yandan bir it gəlir,
Quyruğu dolu bit gəlir.
Kim danışsa ağzına.
Kim danışsa, məğlub hesab olunur. Qarşı tərəfin
əmrlərinə, tələblərinə sözsüz əməl edir.
ƏL ÇƏKIŞMƏ
İki uşaq şəhadət barmaqlarını bir-birinə keçirib çəkir.
Çəkişmənin müəyyən şərtləri olur. Məsələn, ad çəkmək, ələ bir
şey vermək və s. Hər kim şərti pozursa, uduzur.
304
SÖYLƏYICILƏR HAQDA MƏLUMAT
TOY MƏRASIMLƏRI, OYUNLAR VƏ NƏĞMƏLƏR
1. Əhmədova Zivər. Gəncə şəhəri 81 yaş.
2.Məmmədova Hürü İsa qızı. Goranboy rayonu, Dəlməmmədli
qəs. 74 yaş.
3. Quliyeva Gülüstan İsa qızı. Goranboy rayonu, Qaradağlı
kəndi. 81 yaş.
4. Zeynalzadə Həsən Məmmədhəsən oğlu, Gəncə şəhəri, 88
yaş.
NAĞILLAR
1. Qiyas Cilovdarlı. Gəncə şəhəri, 72 yaş.
2. Qocayeva Səfa Abbasəli qızı. Qazax rayonu Çaylı kəndi 65
yaş.
3. Cəfərova İlhamə Abdı qızı, Gəncə 40 yaş.
DASTAN
1. Aşıq Əkbər Bozalqanlı, Tovuz rayonu, Bozalqanlı kəndi, 75
yaş.
YAS MƏRASIMLƏRI
1. Məmmədova Ziyafət Qəşəm qızı. Goranboy rayonu,
Dəliməmmədli qəs. 33 yaş.
UŞAQ OYUNLARI
1. Ağamirov Cahan Mirbaba oğlu. Gəncə şəhəri, 57 yaş.
2. Mirişli Gülnur Miriş qızı. Gəncə şəhəri, 26 yaş
305
DIALEKTOLOJI LÜĞƏT
A
Ağzıayrıq - iş bacarmayan
Ağzı qatıq kəsməmək - sözü ötməyən
Alasəy - səfeh, gic
Ardı qırmax - qorxaq
Arna - ədavət, kin
Arımaz - təmizlənməz
Aynımax - xəstəlikdən qalxmaq
B
Bayaz - ağ
Bağlış - pul kisəsi
Bozaran - ayın bozaran çağı
Bülöy - sırtıq
Bozalaşmaq - mübahisə etmək (məcazi məna)
Ç
Çalvadar - qoyunçuluqdan başı çıxan adam
Çoğuşmaq - qışqırmaq, hay-küy salmaq
Çoydar - alverçi
Çözələmək - bir işin axırına çıxmaq
Çələbi - Allah
Çükür - saz
Çırtım - qohum-əqraba
306
D
Dabanını qaldırmaq - qiymətini artırmaq
Davar - heyvan (qoyun)
Daranqı - qələmə
Damarranmaq - azacıq varlanmaq
Dilal - qaşxəngəli
Dilaf - rəf
Dili duzlu - ətiacı
Dimrih - diribaş
Dihləşmək - deyişmək
Dəyinti - yolxucu xəstəlik
Dəngiş - yelbeyin
Dəftərqazı - yağlı çörək növü
Dələmə - yaxşı bərkiməmiş təzə pendir
Döşürməx - yığmaq
Dışdamax - çıxarmaq
Dulğu - dülgər aləti
Dürmək - bükülmüş lavaş
Dümbürək - lavaşa bükülmüş
E
Eycahannıx - sərbəstlik, asudəlik
Eyham - bəlkə, hər ehtimala qarşı
Ə
Əfi - pis adam
Ərusək - mancanaq, daş atmaq üçün qurğu
F
Filfili - nazik
307
G
Gap - söhbət
Gənəşmək - məsləhətləşmək
Gərmə - qurudulmuş peyin
Givit - kip, sıx
Götürgə - xəncərin asılma yeri
Güpzəmək - əllərlə başa vurmaq
Gırtım - qohum-əqraba
H
Haydı - gözüm səni görməsin
Helih - selik
Həlim - ürəyi yumşaq
Hırna - hirs
Hoyrux - ovuq
Hüləki - tələsik
X
Xım - özül
Xılta - xalta
Xıldı - ağılsız
Xoryat - naqis
Xum - çaxır növü
Xorramaq - bəyənməmək
İ
İncəvara - yaxşı ki
İddələşmək - çəkişmək
İmircəmək - iylənmək, xarab olmaq