Выбрать главу

KİTABI YAZMAĞIMIN SƏBƏBİ

Şahlıq dərgahından gizli işarə Dəyincə gözumə, mən birdən-birə Döndüm qanadları gərilmiş quşa, Mülki-Süleymana uçum birbaşa. İşarə deyirdi: "Qələmə əl at, Bayram gecəsindən bir hilal yarat. Qoy salsın əsərin gen dünyaya səs, Bu qara pərdədən baxarsa hər kəs, Görünməsin incə hilalın sənin, Bir əsər versin ki, xəyalın sənin, Kəlam cadugəri sənə vurulsun, Sehrinin əsiri, dustağın olsun. Bu məqsədlə oda sən istiot sal, Atəşdə partlayıb salsın qalmaqal. İsit donmuş mumu, yupyumşaq elə, Könüllər sayəndə yumşalsın belə. Dar yoldan taxtını çıxar qırağa, Ayaq döymə minib axsaq ulağa. Asqırt nafə açan qələmi, şair, Səhər yeli alsın ondan xoş ətir. Müşk ilə oynasın, – əmr et küləyə, Xoş ənbər çiləsin yaşıl ipəyə. İnan, vaxtındadır çəkdiyin əmək, Bu vərəq saymaqla belə söz demək, Şah xəzinəsidir, bir belə zəhmət Salacaq yolunu xəznəyə əlbət. Bir gün bar götürər ağaç əkənlər, Xəzinə aparar əmək çəkənlər. Tənək ağlamasa vaxtında zar-zar Yetirməz axırda sevinclərlə bar. Varmıdır sümüksüz ilik ya beyin, Arısız şan balı olarmı, deyin? Susuz bulud olmaq bəsdir, çarə tap, Təndir qızışıbdır, közdür, çörək yap! Durma, çək pərdəni, durma, hünər saç, Pərdəli qızların üzlərini aç". Qasid belə tələb eylədi, durdu, Bu dəm qəm yerində şadlıq oturdu. O zaman aradım, tarixə keçdim, İncə ürək açan dastanlar seçdim. Şahların çox uzun tarixi vardı, Birindən bir əsər yazmaq olardı. Bir dərin fikirli varmış ki, o tək Yazmış bu şeyləri nəzmə çəkərək.[35] Yerdə qırıntılar qalmış ləldən, Onu da çoxları buraxmaz əldən. Gövhər ustadıtək mən də yaratdım, Belə xəzinəni ortaya atdım. Əsil şey axtaran aqil insanlar Əziz tutar bunu, qədrini anlar. Bakir söz demişəm, çox əlləşmişəm, Yarı deşilmiş bir gövhər deşmişəm. Doğru saydığımı yerinə qoydum, Hər şeyin qədrini haqqıyla duydum. Dedim ki, bir əsər yaradım gərək, İncə naxışlara kəsilsin bəzək. Dünyada nə qədər kitab var belə, Çalışıb, əlləşib gətirdim ələ, Ərəbcə, dəricə, yeri düşərkən, Buxari, Təbəri əsərlərindən.[36] Oxudum, oxudum, sonra da vardım, Hər gizli xəznədən bir dürr çıxardım. Əlimə yetişən hər bir varaqdan Nüsxələr bağladım mən zaman-zaman. Onda ki fikrimi saldım səhmana, Dedim ki, qoy onu düzüm dastana. Oxuyan bəyənib afərin desin, Ariflər, alimlər mənə gülməsin. Deməsin yaşadım quru səs kimi; Mən onun deyrini "Zənd-Avəst" kimi Bəzədim yeddicə dilbər gəlinlə,[37] Göyün hər gəlini bir dəfə belə Mənim gəlinimə baxarsa əgər, Olar hər gözələ aşiq bir ülkər. Nə zaman yeddi xətt uyar, yar olar, Səadət nöqtəsi aşikar olar. On naxış vursa da, bir nəqqaş əgər, Əsas bir cizgidən sanma əl çəkər. Bir cizgi naxışdan çıxarsa kənar, Başqa cizgilər də bütün pozular. Kimsə bu xətt üzrə doğru getməmiş, Ancaq ki, doğruluq hələ itməmiş. Mən ki incə xətlər ölçən rəssamam, Kənara çıxmaram, sanmayın xamam. Bircə qat telə çox gövhər düzmüşəm, Qorxuram qırılsın, xətər sezmişəm. Gərək min su üzüb, varıb keçəsən, Axırda bir şirin sudan içəsən. Qabil yerdə sudan insan da bitər, Belə yer olmasa su qalmaz, itər. Sudan sədəf kimi inci yaratdım, Çörək, su tapmadım, yenə ac yatdım. Hər sözum dadırkən bal ilə şərbət Neçin dinləməsin məni səxavət. Sözdən, səxavətdən gərək vaz keçəm, İş ki, taledədir, mən isə heçəm. Sultan Mahmud ilə şair Firdovsi Andırır nisbətdə Əqrəblə Qövsi.[38] Əsədi, Əbu-Düləf bəxtiyar oldu, Çünki taleləri güldü, yar oldu.[39] Nələr danışıram, bax, ey könül, mən, Suyum buluddandır, dürrüm Ədəndən. Görərsə buluddan sədəf səxavət, Bulud da sədəfdən görər məhəbbət. Bulud nə səpərsə göylərdən yerə, Sədəf də onları çevirər dürrə. Bu Cəbrayıl təbim cin qələmimlə Çəkər səhifəyə cizgilər belə.[40] Onun cin öyrədən füsunu vardır, Dəyiş paltarını, fəsli-bahardır. Bu yolda cəhd elə, bu yolda səy et, Divlərin əlindan, gəl, onu gizlət. Süleymandan özgə olmasın görən, Məni onda ara zaman-zaman sən. Beynidir şairin hər şah əsəri, Mən kiməm, ortada qalmış bir dəri. Balsız, arısız bir mumam tərtəmiz, Üzüyün qaşından uzaqdayıq biz. Şahın möhrü ilə bu əsər ancaq Əsil qiymətini tapıb alacaq. Üzümü qara, ya al görən hamı Bilər möhürdardır onun rəssamı. Mənsə çalışmışam hər an, yaxşı bil, Xalis qızıl verim, onda beş deyil.[41] Heç kəs almasa da ətrimi əgər, İpəyimin müşkü hər şeyə dəyər. Ustalar çox şirin sözə əl atdı, Lakin yarı yolda yıxıldı yatdı. Dünya dahiləri verdi nəsihət. O dəstədən aldı daima ücrət. Dilcə şeirimizdə olsa da kəsir, Mənaca böyükdür ondakı təsir. İçsiz qabıq gördük, çox yuxu kimi, Qabıqsız iç verdik, təmiz su kimi. Yazdığımız sözlər nadir olsa da, Yenə köhnələri salırıq yada. Dürr saçdıq, görmədik lakin bir kömək, Sanki piyaləylə ölçdük biz külək. Varmı bir cəvahir, mən qoca sərraf Qədrini bilməyim, eyləyin insaf! Mən ki çox seçilmiş xəznələr açdım, Çox gövhər yaradıb, incilər saçdım. Xilas açarını tapmadı hünər; Göyün nemətinə bənzər yeməklər Hazırladım, indi eyləyirəm ah, Tövbə, yenə tövbə, əstəğfürullah! Nizami, İsandır sənin nəfəsin, Məryəm ağacındır düşüncən, hissin. Xurma ağacından vermisən çox bar, Hər zaman görəydim səni bəxtiyar.
вернуться

35

Firdovsiyə və onun "Şahnamə" əsərinə işarə edilir.

вернуться

36

Buxari – Əbu-Əbdullah Məhəmməd ibn İsmail ibn İbrahim Səmərqəndi (810-870) məşhur alim, hədis toplayan, "Səhih əl-Buxari" və "ət-Tarix" əsərlərinin müəllifidir.

Təbəri – Əbu-Cəfər ibn Cərir (855-942) məşhur tarixçi alim, fəqih, hədisçi. Nizami Təbərinin "Tarixi-Təbəri" adı ilə məşhurlaşmış "Tarix ər-Rüsul vəl-mülük" ("Peyğəmbərlərin və şahların tarixi") əsərinə işarə edir.

вернуться

37

Deyr – monastır, məsihilərin və atəşpərəstlərin məbədi, dərviş və abidlərin, sufi və cahidlərin hücrəsi.

"Zənd-Avesta" – zərdüştilərin müqəddəs kitabı. Kitabın əsil adı "Avesta" olub. "Zənd" isə sonralar pəhləvi dilində "Avesta"ya yazılmış şərhdir; Nizaminin dövründə kitab "Zənd-Avesta" adı ilə məşhur idi.

вернуться

38

Mahmud – Sultan Mahmud Qəznəvi (999-1030) rəvayətə görə Firdovsiyə "Şahnamə"ni yazmaq üçün çoxlu qızıl pul vəd etmişdi. Lakin şair əsəri bitirəndən sonra simic sultan qızıl əvəzinə gümüş yollamış və şair də həmin gümüş pulları hamamçıya bəxş etmişdi. Nizami həmin əfsanəyə işarə edir.

Astrologiya elminə görə ƏqrəbQövs bürcləri həmişə biri-biri ilə vuruşurlar, odur ki, Nizami sultanları əqrəbə, şairləri isə Qövsə (göy qurşağına) bənzədir.

вернуться

39

Əsədi – Əbu-Nəsr Əli ibn Əhməd Tusi (XI) məşhur fars-tacik şairi. Ömrünün mühüm hissəsini Azərbaycanda (Naxçıvanda və Gəncədə) keçirmişdir. O, əsərlərinin çoxunu Naxçıvan hakimi Əbu-Düləfə həsr etmişdir. Əbu-Düləfin Əsədiyə səxavəti isə dillər əzbəri olmuşdur. Nizami Əbu-Düləfin Əsədiyə göstərdiyi qayğıya işarə edir.

вернуться

40

Qədim ərəb şairləri ən zərif və gözəl şeirlərini, nadir bədii obrazlarını cinlərin müdaxiləsinə mənsub edərdilər. Ən nəfis şerə cinyazan şer deyərdilər. Həmin təsəvvürü Nizami burada şairanə qələmə almışdır.

вернуться

41

Yəni xalis, təmiz, yüzdə-yüz əyarlı qızıl verim. Əsərimin keyfiyyəti yüksək olsun.