Аннотация
Elmi rəyçi: Şöhrət Mirzə oğlu İbadov, Tarix üzrə fəlsəfə doktoru Elmi redaktor: Fuad Nurullah, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Məsləhətçi: Samid Quliyev, Ilahiyyatçı-alim, AJB-in üzvü Redaktor: Yalçın Yəhya oğlu Heydərli, Filoloq Aqşin Böyükağa oğlu Əliyev Lerik tarixi – memarlıq və arxeoloji abidələri., Bakı, “Ecoprint”, 2023,252 səh. Lerik rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən ilk kitabdır.Oxucuların xahişi ilə əlavələr edilməklə təkrar nəşr olunur.Kitab elmi-inoformativ, fakt və məlumatların zənginliyi, məzmununun mükəmməlliyi baxımından diqqət çəkir. Burada ictimai-siyasi həyatımızın, o cümlədən Lerik rayonunun tarixini, etnoqrafiyasını, arxeoloji və memarlıq abidələrini – mağaraları, yaşayış yerlərini, qalaları, kurqanları, nekropolları, qədimqəbiristanlıqları, məscidləri, hüseyniyyələri, ziyarəthagları, məqbərələri, pirləri, ocaqları, dəyirmanları və bulaqları əks etdirən, Lerik rayonu haqqında ümumi ensiklopedik məlumatlar və abidələrin fotoşəkilləri verilir.Kitab elmi-tədqiqat xarakteri daşıyır və geniş oxucu kütləsi və elmi-tədqiqat işi aparanlar və araşdırmalar üçün nəzərdə tutulmuşdur.
Комментарии к книге "Lerik tarixi - memarlıq və arxeoloji abidələri(2023)"